Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-04-2024 [00:03]
Qoç - qarışıq, laübəli zamandır. Təəssüratlar və hisslər burulğanında çaş-baş qalmayın. Görüşlər, müzakirələr çox ola bilər. Faktları ehtimallar, sonucları gümanlarla əvəzləməyin. Hadisələrin bundan sonrakı inkişaf məcrasını təxminləməyə çalışın.
Günün ikinci yarısında intuisiyanıza güvənin, emosiyalara qapılmayın. Yaşam sizə önəmli həll variantını təklif edir. Tələsik qərarlar verməyin. Axşam saatlarında yaşanan günün və prosesləri təhlil edin. Yaxşı düşünsəniz, çətin problemin həllini tapa bilərsiniz.
Buğa - sərfəli və mənfəətli işləri başqalarına həvalə etməyin. Peşəkar fəaliyyət müstəvisindəki ambisiyalarınız həddən ziyadə olmamalıdır. Ailənin maraqları və yaxınlarınızla münasibətlər daha çox diqqət tələb edir. Bir əldə iki qarpız tutmaq mümkün deyil. Təmkinli, soyuqqanlı olun. Problemlərin optimal həll yolunu arayın.
Günün ikinci yarısında unudulmuş əlaqələr və təmaslardan bəzilərini bərpa etmək olar. Sevdiyiniz insanın könlünə yatan addımlar atın. Stressi yeməklə azaltmaq olmaz. Rasionu dürüst seçin.
Əkizlər - günün ilk yarısında hadisələrin gedişatında ləngimə, astagəllik hiss olunacaq. Başqalarının pulları ilə risk etməyin. Kredit götürməyin, borc verməyin.
Borclarınız varsa, onları qaytarın. Mühüm saydığınız informasiyanı göndərin. Ətalətli və süst olmayın.
Müşkül problemin həlli asan olmayacaq. Mürəkkəb həll və ya məsuliyyətli qərar tələb etməyən monoton fəaliyyəti seçin. Axşam saatlarında sənəd imzalamaq məsləhət deyil. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - ailənizin maraqlarını ani tanışlarınızın mənafelərinə qurban verməyin. Yaxınlarınıza dəstək olun, qohumlarınıza kömək edin. Ən mühüm məsələlərin həllinə yetərincə vaxt ayırın. Cari hadisələrin axınını dəyişməyin. Günün ikinci yarısında maddi və formal sonuc əldə etməyə çalışın.
Bələd olduğunuz insanla görüşün, müzakirələr aparın. Yaradıcılıq sizdə məmnunluq hissi yaradacaq. İmpulslara aldanmayın. İstədiyiniz yox, gərəkli işlə məşğul olun.
Şir - maliyyə məsələri, hesabatlar və ödənişlərdə diqqətli olun. İmpulsiv qərarlar verməyin. İşlə bağlı nigaranlıq, maliyyə perspektivlərinin tam aydın olmaması sizi təbdən çıxarmamalıdır. Müzakirələri konstruktiv məcraya yönəldin. Yarımçıq qalmış işi bitirin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda sakit, soyuqqanlı, təmkinli olun. Dedi-qodular və şayiələri dəstəkləməyin. Əks halda anlaşılmazlıq və inciklik yarana bilər. Şəxsi münasibətlərdə yeni intriqa yaranacaq. Ən kiçik məsələ sevdiyiniz insanla təmaslarla küskünlük yarada bilər.
Qız - günün ilk yarısı gərgin dönəmdir. Yaşananlara ifrat aqressiv, sərt reaksiya verməyin. Heç nəyi mürəkkəbləşdirməyin. Yarımçıq məsələlərin mahiyyətini anlamaq üçün tələsməyin. İntuisiyanız güclənsin. Orijinal ideyalar, problemlərin həllinin alternativ yolları istisna deyil.
Günün ikinci yarısında çətinlikləri aradan qaldırmaq üçün maksimal dərəcədə aktiv olun. Sizinlə eyni işlə məşğul olan insanlarla qarşılıqlı mübadilə faydalı tapıntılar verəcək.
Bəzi ideyaların reallaşmasını təxirə salın. Gərginliyi yaratdığı yorğunluq və stress ən təcili, təxirəsalınmaz işlərdə ləngimələrə səbəb ola bilər. Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - uzaqgörən olun, rəqiblərin addımlarının və qərarlarının heç olmasa, bir qismini əvvəlcədən təxminləməyi bacarın. Sağlam məntiq çərçivəsində hərəkət edin. Emosiyalara uymayın. Situasiyanın mürəkkəbliyini və birgə fəaliyyət göstərdiyiniz insanların hisslərini instiktiv anlayın.
Vəd etdiyiniz işi görün, yaxınlarınızı aldatmayın. Etibar etdiyiniz insanlarla işləyin.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Yalan, izafi xərclər riski var. Axşam saatlarında uzaq məkana yollanmayın.
Əqrəb - yeni məqsədlər və hədəflər bəlirləmək üçün əlverişli zamandır. Niyyətlərinizdə ardıcıl olun. Bir işi başa vurmamış başqasına başlamayın. Eqoizm, təşəxxüs, başqalarının fikirlərinə və mövqelərinə sayğısızlıq baha başa gələ bilər. Emosiyalar əlaqələrə əsla təsir etməməlidir.
Günün ikinci yarısında hisslərə qapılsanız, işlərinizdə problemlər yaranacaq. Məşğul olduğunuz işə kənar təsiri minimuma endirin. Özünüzün və yaxınlarınızın təhlükəsizliyini təmin edin. Axşam saatlarında şəxsi münasibətlərdə gərginlik yarana bilər.
Oxatan - sizi aldatmağa, fırıldaq gəlməyə çalışacaqlar. Sadəlövh olsanız, problemlərlə qarşılaşacaqsınız. İntriqalara, müzakirələrə, dedi-qodulara qatılmayın. Şayiə daşıyıcıları olmayın.
Yaranmış problemi tələsmədən təhlil edin. Çıxış yolunu tapa bilərsiniz.
Günün ikinci yarısında əhəmiyyətli xəbər həmişəki mənbələrdən gəlməyəcək. Ətrafınızda formalaşmaqda olan prosesləri diqqətlə müşahidə edin. Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın.
Ev işlərini başa vurun. Valideynlərlə təmasda olun. Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Oğlaq - günün ilk yarısı dərin emosional sarsıntılar vəd edir. Qüvvə və enerji çatışmazlığı hiss edə bilərsiniz. Yalnız cari məsələlərin həlli ilə məşğul olun.
Yeni işlərə başlamaq üçün münasib zaman deyil. Çalışdığınız yerdə, işlədiyiniz kollektivdə yeni intriqa başlanır. Çoxdan gözlədiyiniz olay yaşana bilər. Amma bu hadisə birmənalı deyil.
Günün ikinci yarısında malik olduqlarınızı dəyərləndirin, hadisələrə süni təkan verməyin. Axşam saatlarını sevdiyiniz, dəyər verdiyiniz insanlara həsr edin. Ev işləri ilə məşğul olmaq mümkündür.
Dolça - ədalətsizlik və haqsızlıqla qarşılaşmağa hazır olun. Adi günlərdən fərqli olaraq hissiyyatlı davranış incikliklər yarana bilər. Tənbəllik etməyin, hər şeyi atıb getmək hisslərindən uzaq olun.
Praqmat olun. Emosiyalara əsir düşməyin.
Günün ikinci yarısında yaxınlarınızla birlikdə çalışmaqda xeyir var. İnsanların gur olduğu tədbirə qatılmayın. Müstəqil fəaliyyət daha məhsuldar olacaq.
Yaşlı qohumlarınıza diqqət ayırın.
Axşam saatlarında həssaslığı unutmayın.
Balıqlar - çalışdığınız və ya oxuduğunuz kollektiv üçün xas problemlər sizi də narahat edəcək. Yaşanan olaylardan kənar qalmağa çalşısanız da, bu mümkün deyil. Gərgin, emosional situasiyaya rəğmən təmkinli davranın. Günün ikinci yarısında hadisələrə süni təkan verməyə lüzum yoxdur. İşlər rəvan şəkildə davam edəcək.
Yaxınlarınızla münasibətlərinizdə diqqətli, məsuliyyətli olun. Şəxsi təmaslarda önəmli qərar qəbul etmək olar. Vədlərinizə əməl edin. Yorulsanız da, sözlərinizin sahibi olun.
Milli.Az
Prezident İlham Əliyev Səudiyyə Kralına məktub ünvanlayıb - MƏTN
Şamaxıda zəlzələ olub
Ər əvvəl arvadını öldürüb, daha sonra isə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + FOTO
AGENTLİK SƏDRİ HƏBS EDİLDİ - Nə baş verir?
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu
Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər
Ana dilimiz: ən gözəl arzu... - Əli Cabbarov yazır
Adnan Əhmədzadənin biznesini alan Yusif Məmmədov: "Gizlətmirəm, Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki..."
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
Bazar günü Azərbaycanda arabir yağış yağacaq - PROQNOZ
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb
Türkiyədə 4,5 maqnitudalı zəlzələ baş verib
Yevlax stadionu futbol azarkeşlərinin ortaq görüş nöqtəsi olacaq - "Karvan Yevlax”ın icraçı direktorundan maraqlı açıqlamalar
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Muğlada 44 qanunsuz miqrant xilas edlib
“Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə icra olundu
Tramp savaş anonsu verdi: "İrana lokal zərbə endirməyi düşünürəm"
Almaniya kansleri: "Yeni dünya nizamı sürətlə formalaşır" - "Bu yeni dünya sərt və bəli, təhlükəlidir"
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
"Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər" - SƏFİRLİK BƏYANAT YAYDI
PREZİDENTDƏN MÜHİM İSLAHAT FƏRMANI: bu qurumlar birləşir, yeniləri yaradılır - DETALLAR
Prezident onlara yeni vəzifə verdi - SƏRƏNCAM
Şəhid Nofəl Əsgərov dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Oqtay Qasımovun məqsədi məni dələduz göstərməkdir" - Həbs olunan partiya sədri hakim qarşısına çıxarıldı
Müğənni Fərəh Samirəqızı saxlanılıb
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı... - Yeni qanun
"Vilyarreal" Marko Asensionu heyətinə qatmaq istəyir
Milli Məclisin növbəti plenar iclasınin vaxtı açıqlandı
"Brayton" və "Bayern Münhen" Said El Malanı transfer etmək istəyir
Xocavənd şəhəri və kəndinə ilk köç karvanı yola salınıb
Sabah hava necə olacaq? - Proqnoz
Mülki və inzibati işlər tam elektronlaşdırılacaq
Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sı ratifikasiya olunub
Bu qanunu pozanlar 2500 manatadək cərimələnəcək - Dəyişiklik
Zahid Oruc Milli Məclisdə: "Emin Hüseynov insan haqlarının vəziyyətini soruşur, Mehriban xanım isə..."
Sumqayıtda şəhidlə vida mərasimi olub
Prezident İlham Əliyevin ABŞ-a səfəri başa çatıb
Şəhid Rafiq Hüseynovla vida mərasimi keçirilib
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir
Venesuelada siyasi məhbuslar həbsdən buraxıldı
Daha 9 azərbaycanlı Almaniyadan geri qəbul edilib