Ermənilərin unutduğu yeddi reallıq - Əli Cabbarov yazır
08-04-2024 [11:17]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Tarixən türklərin qanını töküb, Türk soyuna qarşı amansız nifrətlə yaşamış ermənilər, yaxud öz dillərincə, hay tayfası belə qeyri-insanıi əməlləri mənimsəməkdə fenomenal yaddaş göstərdiyi halda, dünyanın reallıqlarını görmək, gerçəkləri düzgün təhlil edib normal qonşuluq həyatı sürməmək üçün özlərinə xas inadcıl kütbeyinliklə dünyada tanınırlar.
Təbiət kimi cəmiyyətin də sabit qalmadığı, texnoloji yeniliklər kimi beynəlxalq münasibətlərin, qlobal məsələlərin də sürətlə dəyişildiy bir zamanda Aralıq dənizindən Xəzərə qədərki torpaqlara ərazi iddialarından hələ də əl çəkməyən haylar 2 min əvvəlki Tiqranın Roma sərkərdəsi qarşısındakı rüsvayçı diz çöküşünü unutmüş kimi görünsələr də Azərbaycana qarşı əsassız torpaq iddialarından sonra düşdükləri reallığı heç vax unutmamalıdırlar. Yaranmış, yeni reallıq qorxaq, yaltaq, ikiüzlü və etibarsız ermənilərin sahib olduqları bədnam niyyətlərinin onlara çox baha başa gələcəyini deyir. Bəs, revanşizm xəyalları ilə alışıb yanan məğlub ermənilərin unutduğu realliqlar nədir?
Əvvəla, 2020-ci ildən sonra ermənilərin başına gələnlər bir təsadüf olmayıb, illər, onillər, hətta əsrlər boyu bu etnosun əkdiyi zəhər toxumlarının cücərib boğazında qalan tikanları, tökdüklər nahaq qanların naləsi idi. 44 günlük Vətən müharibəsində “Tək mərmi, tək hədəf!” taktikası ilə döyüşən Azərbaycan topçusundan başlarına ölümcül zərbə almış bu ermənilər o ermənilər idi ki, rəhmətlik Çingiz Mustafayevin Xocalı soyqırımı günü sonrası lentə aldığı həmin cansız uşaq bədənlərinin üzərində vandallıq etmiş, sonra da məhz buna görə Fransadan, Livandan mükafatlar almışdılar. Ona görə də bu gün Qafanda tövlə kimi binalara sığınmış sarkislər, haykanuşlar Kəlbəcəri tərk edərkən söküb gətirdkiləri həmin o unitaza qəmli-qəmli baxaraq Araz sahilindən gələn yardımlara ümidinə qaldıqlarında bu reallıqla artıq barışdığından xəbərsizdir. Yəni, Ermənisan həmişəki kimi kimlərəsə möhtacdır, vəssalam!
İkinci reallıq, Ermənistanın faktiki olaraq hər cür sahillərdən uzaqlarda, coğrafi cəhətdən Türkiyə və Azərbaycanın arasında yerləşməklə tərs sevrilmiş bir kal armuda bənzəməsidir. Armud da tez yetişən meyvə olduğundan Araz sahilindən onu bəsləyən bu saplağın gec-tez qılılacağı və beləliklə onun ayılara yem olacağı qaçınılmazdır. Hələlik isə şimal ayısının başı bərk qarışıq olduğundan bəlkə də payızda armudlar yetişənə qədər Ermanistanın da dadına baxmağa etiraz etməz.
Üçüncü reallıq, bəlkə də ən güclü reallıq, ermənilərin ayılara arxalanıb savaşı uduzdüqlarına görə möhkəm küsüb incisələr də, bu saat bütün dolanışıqlarının həmin o köhnə dostlarının qış azuqəsinin artıqları olduğunu untmalarıdır. Üstəgəl, ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Ermənistanı üçüncü ölkə kimi seçən hazırki incik dost ermənilərə bu yolla da əməlli başlı çörək pulu qazandırır.
ABŞ və Avropa ikilisi bu günlərdə təzə gəlin kimi Ermənstanın qoluna girib ona yeni evlilik təklif etsələr də bu itifaqa haylar qətiyyən bir reallıq kimi inanmamalıdırlar. Çünki erməni xanımları ilə evlilikdən heç kim şərəf qazandırmadığı kimi, Avropa ilə dostluq da heç kimə güc qazandırmır. Tam əksinə, növbəti, dördüncü reallıq kimi ermənilərə bilməlidirlər ki, ABŞ və Avropa heç zaman strateji müttəfiq olmamışlar və əgər mövzu Ermənistan kimi yeddinci dərəcəli bir dövlətdən gedirsə, bu heç inandırıcı deyil. Ermənilər ABŞ-ın Avropada ən etibarlı müttəfiqinin yalnız Avropa İttifaqını tərk etmiş Böyük Britaniya olduğunu yaxşı bildiyindən onların da qarşısında başlarından böyük-böyük danışa bilmirlər. Ağlınız Fransaya getməsin!
Ermənilərin unutduğu, təkcə bu gün yox, tarixən də həmişə unudub, buna görə hörmətdən düşdükləri reallıq, qonşularla adam kimi yola getməmələridir. Osmanlı Türkiyəsində paşa rütbəsinə qədər çatmış, amma sonradan qanı və südü xarab olduğu üçün onlara xəyanət etdiyinə görə gözdən düşmüş ermənilər bu gün de-fakto yenə də Türkiyə iqtisadiyyatından asılıdırlar. Birbaşa olmasa da üçüncü ölkələrdən təkrar ixrac yolu ilə yüksək kefiyyətli türk mallarına həmişə ehtiyacı olmuş ermənilər bu gün təbii qazı Rusiyadan alsalar da qazanı və qazan dənini Türkiyədən almağa məcburdular. Bu da olsun beşinci reallıq!
Əslində, Paşinyan, onu seçən və ya seçməyən, yaxud xaricdəki dispora üzvü, hansı erməni olursa olsun, hamısının qarşısındakı reallıqlar bu gün daha çox və daha ciddidir. Amma bu yazıda söz verdiyimiz kimi onlara hələlik yeddi reallığı xatırlacacağıq. Yoxsa onların Kim kimi problemlər də varsa, bundan dünyaya nə?! Amma bu gün dövlət başçımız cənab İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi Ermənistan istəsə də, istəməsə də ən sonda Zəngəzur dəhlizini açacağını buradan haylara bir daha xatırlaqmaq istərdik. Ermənilər Zəngəzur dəhlizinə paralel, xəyali alternativlər düşünməklə bu dəhlizin qlobal bir layihə olduğunu, Çin və Avropa arasındakı trilyonluq ticarətin ən hamar yolu olduğunu unutmamalıdırlar. Yeni gələndə, bir qazan suda bişmiş kartofla bir qışı keçirməyə adət elmiş ermənilər üçün bu cür qlobal iqtisadi əməkdaşlığın miqyası onlara böyük gəlsə də, Çindən Avropa bazarına gedən Orta Dəhlizin Zəngəzur dəhlizi hissəsində heç bir hayın hay-həşir qoparıb dayana bilməyəcəyi altıncı reallıqdır.
Və sonuncu, təkcə Ermənistan ermənilərinin, yaxud dünyaya səpələnmiş erməni diasporunun deyil, bütün hay xəstələrinin də heç bir zaman unuda bilməyəcəyi yeddinci reallıq — Dəmir yumruq! Bəli, Azərbaycan artıq o Azərbaycan deyil! Artıq nə 1918, nə 1948, nə də 1988-ci illərdir. Artıq güclü Azərbaycanın, onun şanlı Ordusunun və müzəffər Ali Baş Komandanının tək yumruq olub erməni faşizminin başına endirdiyi Dəmir yumruq bu gün dünya siyasətinin gündəmindəki yerini qorumaqdadır. Ermənilər unutmamalıdırlar ki, hər dəfə “Dəmir yumruq yerindədir” — deyən Ali Baş Komandanımız 44 günlük müharibə sonrası revanşizmə qapılanların qapısına elə bir qıfıl vurub ki, onun açılması üçün tək yol Azərbaycanın diqtə etdiyi sülh müqaviləsinə imza atmaq, ölkəmizə və qardaş Türkiyəyə qarşı əsasssız torpaq iddialarından birdəfəlik imtina etməkdir.
Bəli, ermənilərə, onların iştahına hər nə qədər antiseptik gəlsə də bu günün reallıqları belədir. Bəlkə sabah havalar dəyişdiyində yeni reallıqlar da yarana bilər. Amma bütün bu reallıqları unudan ermənilərin yaxşı bildiyi bir reallığı biz də heç zaman unutmamalıyıq. Erməni həmişə ermənidir!
MİA.AZ
Kəmaləddin Heydərov kadrını qoruya biləcək?
İcra Hakimiyyətinin tenderləri şübhə yaradb
10 kq-lıq sovqat limti və... - Pərviz Həşimli yazır
Derbi həyəcanı: "Fantastik bir geri dönüş etdik"
Noyabrda ardıcıl dörd gün iş olmayacaq
Türkiyə Rusiyadan aldığı S-400-ün ağır bədləlini ödəyir - TƏHLİL
Çin daha bir tarixi kəşfə imza atıb: "üzən generator" - Yağış damcılarından enerji istehsal olunur
"Bunlar səhnəarxası söhbətlərdi"
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv olunacaq - MN-dən xəbərdarlıq
Kosmosa 4 qara siçovul göndərildi - Çin dünyanı heyrətəndirir
Deputat "Azərpoçt"un "bostanına daş" atdı - FOTO
Qax rayonunda evdən oğurluq edən şəxs tutulub
Prezidentin Təhlükəsizlik Xidmətində dəyişiklik olub
HƏMAS daha üç israilli girovun cəsədini təhvil verib
Meksikada bazarda partlayış: 23 nəfər ölüb, 11 yaralanıb
Qafqaz və Alp dağları qara həsrət qalacaq - İnsan faktoru dünya böyük fəlakətə sürükləyir (ARAŞDIRMA)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“Turan-Tovuz” və “Şamaxı”nın Baş məşqçiləri Mia.az-ın suallarını cavablandırdı - VİDEOLAR
Tovuzda futbol bayramı: “Turan-Tovuz” öz meydanına döndü - Oyunda üç qol var + VİDEO (Yenilənib)
QARADAĞ İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: kimlər qandallandı? - SİYAHI + FOTO (YENİLƏNİB)
Sabah yağış yağacaq
Süleyman Mikayılovun ta Lənkərandan "əli üzərində" olan müavini... - Həbs olunan Nadir Muradov, əslində, kimdir?
Sahibə Qafarova Misir prezidenti ilə görüşüb
İsmayıllı rayonunda zəlzələ olub
"Elə dostlarım var ki, görüntülü yığır, məni görür və..." - "Beşimiz harasa gedirik, 4-ü oxuyur, mən pul alıb çıxıram"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xətaidə gecəylə çoxalan tiklilər - İcra başçısı ilə "anlaşma"lar, yoxsa... (FOTOLAR)
"Qalatasaray" "Trabzonspor" səddini aşa bilmədi
İsmayıllıda zəlzələ oldu
Taleh Qaraşov, Şahmar Usubov, Abdin Fərzəliyev, Süleyman Mikayılov, Vidadi İsayev, İlqar Abbasov... - İcra başçıları haqda maraqlı araşdırma yayıldı
Məşqçilər üçün seminar keçirilib - FOTLAR
Vilayət Eyvazov 315 vətəndaşın müraciətlərini dinlədi, rəislərə tapşırıqlar verdi - Polis olmaq istəyən 163 nəfər isə... (VİDEO)
Sabah bəzi yerlərdə yağış yağacaq
"Ümid edirəm, ADY rəhbərliyi utanar" - İLKİN RÜSTƏMZADƏ YAZIR
Bakıda hərbi parada hazırlıq başlayıb
Prezident İlham Əliyev Əlcəzair liderinə məktub göndərdi - MƏTN
Rektor Ramiz Mehdiyevin həyat yoldaşı barədə əmr imzaladı - Qalina Mehdiyeva BDU-dan uzaqlaşdırıldı
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Media əhlindən Zəfər bayramına hazırlıq - "Jurnalistlərin Binası" bayrağımızı əks etdirən rənglərlə işıqlandırılıb (FOTO)
Çexiyalı məşqçi istefaya göndərildi - Yerinə türk gətirildi