Mətbuat katibi yeni vəzifəyə təyin olunub

img

03-04-2024 [11:06]


Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılı yeni vəzifəyə təyin olunub.

Mia.az xəbər verir ki, o,  Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.

Qeyd edək ki, IBSA özündə 120 ölkədən çox üzvü birləşdirən görmə məhdudiyyətli şəxslərin ən böyük idman təşkilatıdır. Assosiasiya 10 idman növünün koordinasiyası ilə məşğuldur. Bunlardan üçü paralimpiya üzrə paracüdo, qolbol və futbol idman növləridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA