Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatrın qonağı olacaq
30-03-2024 [11:22]
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə dünyanın müxtəlif teatrları arasında yaradıcılıq əlaqələri ildən-ilə daha da genişlənir.
Mia.az xəbər verir ki, bu dəfə Moskvanın "Pyotr Fomenkonun emalatxanası” teatrı Musiqili Teatrın qonağı olacaq.
Kollektiv 18 və 19 may tarixlərində saat 19:00-da dünya şöhrətli yazıçı-dramaturq Aleksandr Ostrovskinin eyniadlı pyesi əsasında hazırlanan "Qurdlar və qoyunlar" adlı iki hissəli komediyasını təqdim edəcək.
Süjet xətti müasir dövrlə səsləşən bu səhnə əsərinin quruluşçu rejissoru Pyotr Fomenkodur. Tamaşada “Qurdlar” və “Qoyunlar” arasında əbədi qarşıdurmaların mövcudluğu komik vəziyyətlərlə göstərilir. Bəzi insanlar sadəlövh və həlim xarakterli olsalar da, bəziləri qurd kimi yırtıcı və təhlükəlidilər. Lakin ən “təhlükəli yırtıcı”nın da işləri müşkülə düşə bilir…
Səhnə əsərinin rejissoru Ma Çjen Xun, rejissor assistenti Everet Kristofer Dikson, rəssamı Tatyana Selvinskaya, işıq rəssamı Vladislav Frolov, müsiqi tərtibatçısı Boris Qorbaçovdur. Tamaşada Nataliya Kurdyubova, Aleksandr Morovov, Dmitri Zaxarov, Mariya Andreyeva, Yekaterina Smirnova, Qalina Kaşkovskaya, Aleksey Kolubkov, İlya Lyubimov, Tahir Rahimov, Denis Avramov, Maxim Litovchenko, Anton Sergeyev, Kira Persits və başqaları iştirak edəcəklər. Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.
Mia.az
Prezident İlham Əliyev Səudiyyə Kralına məktub ünvanlayıb - MƏTN
Şamaxıda zəlzələ olub
Ər əvvəl arvadını öldürüb, daha sonra isə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + FOTO
AGENTLİK SƏDRİ HƏBS EDİLDİ - Nə baş verir?
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu
Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər
Ana dilimiz: ən gözəl arzu... - Əli Cabbarov yazır
Adnan Əhmədzadənin biznesini alan Yusif Məmmədov: "Gizlətmirəm, Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki..."
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
Bazar günü Azərbaycanda arabir yağış yağacaq - PROQNOZ
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb
Türkiyədə 4,5 maqnitudalı zəlzələ baş verib
Yevlax stadionu futbol azarkeşlərinin ortaq görüş nöqtəsi olacaq - "Karvan Yevlax”ın icraçı direktorundan maraqlı açıqlamalar
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Muğlada 44 qanunsuz miqrant xilas edlib
“Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə icra olundu
Tramp savaş anonsu verdi: "İrana lokal zərbə endirməyi düşünürəm"
Almaniya kansleri: "Yeni dünya nizamı sürətlə formalaşır" - "Bu yeni dünya sərt və bəli, təhlükəlidir"
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
"Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər" - SƏFİRLİK BƏYANAT YAYDI
PREZİDENTDƏN MÜHİM İSLAHAT FƏRMANI: bu qurumlar birləşir, yeniləri yaradılır - DETALLAR
Prezident onlara yeni vəzifə verdi - SƏRƏNCAM
Şəhid Nofəl Əsgərov dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Oqtay Qasımovun məqsədi məni dələduz göstərməkdir" - Həbs olunan partiya sədri hakim qarşısına çıxarıldı
Müğənni Fərəh Samirəqızı saxlanılıb
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı... - Yeni qanun
"Vilyarreal" Marko Asensionu heyətinə qatmaq istəyir
Milli Məclisin növbəti plenar iclasınin vaxtı açıqlandı
"Brayton" və "Bayern Münhen" Said El Malanı transfer etmək istəyir
Xocavənd şəhəri və kəndinə ilk köç karvanı yola salınıb
Sabah hava necə olacaq? - Proqnoz
Mülki və inzibati işlər tam elektronlaşdırılacaq
Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sı ratifikasiya olunub
Bu qanunu pozanlar 2500 manatadək cərimələnəcək - Dəyişiklik
Zahid Oruc Milli Məclisdə: "Emin Hüseynov insan haqlarının vəziyyətini soruşur, Mehriban xanım isə..."
Sumqayıtda şəhidlə vida mərasimi olub
Prezident İlham Əliyevin ABŞ-a səfəri başa çatıb
Şəhid Rafiq Hüseynovla vida mərasimi keçirilib
Bakıda Azərbaycan Hakimlərinin II Forumu keçirilir
Venesuelada siyasi məhbuslar həbsdən buraxıldı
Daha 9 azərbaycanlı Almaniyadan geri qəbul edilib