YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI

img

28-03-2024 [11:10]


Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin müəyyənləşdirilməsi üçün işə başlanılıb.

Mia.az xəbər verir ki, Gununsesi.info-nun hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, ölkənin 125 seçki dairəsi üzrə hakim partiyanın namizədlərinin ilkin siyahısı bu yaxınlarda elan ediləcək.

“Milli Məclisin YAP-dan olan hazırki deputlarının bir çoxu vahid namizədlər siyahısında olmayacaq” deyən mənbəmiz onlardan bəzilərinin adını açıqlayıb: “Nizami Cəfərov, Rauf Əliyev, Oqtay Əsədov, İsa Həbibəyli, Vasif Talıbov, Ülviyyə Həmzəyeva, Eldar İbrahimov, Aydın Mirzəzadə, Aqil Məmmədov, Anar Məmmədov, Siyavuş Novruzov,Bəxtiyar Sadıqov, Tahir Rzayev və Mixail Zabelin yola salınacaq şəxslərdir.

YAP-ın irəli sürəcəyi namizədlərin seçimində partiyanın İdarə Heyətindən daha çox hakim komandada yüksək vəzifə tutan 3-4 şəxsin təqdimatını verdiyi şəxslər əsas götürüləcək.

Məlumatda, həmçinin o da xüsusi vurğulanır ki, irəli sürülən namizədlərin seçilməsi üçün yeri icra hakimiyyəti orqanlarına hansısa saxtakarlıqlara getmək qadağan ediləcək.

“Ali siyasi rəhbərliyin mövqeyi budur ki, YAP-ın namizədləri seçkini özü qazanmalıdır” deyə mənbəmiz vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR