24-06-2014 [15:26]
"Stil ikonası" deyəndə ağıla ilk gələn məşhurlardan biri də Skarlet Yohansondur. Seksuallığı və gözəlliyi ilə gündəmdə qalmağı bacaran aktrisanın geyim tərzi də daim diqqət mərkəzindədir. Həddindən ziyadəseksual görünməkdən narahat olduğunu dilə gətirən Skartletin geyim tərzi onun bədənini çox yaxşı tanıdığını göstərir. Bu gün"Onların stili”layihəsindəSkarlet Yohansonu qonaq edəcəyik.
Skarlet Yohansonun saçları
Skarlet Yohanson stili deyəndə ilk öncə gözəl aktrisanın saçları yada düşür. Saç rəngini və kəsimini tez-tez dəyişməyi sevən aktrisanı bu illər ərzindədemək olar ki, bütün saç rənglərində və stillərində görmüşük. Skarletə bütün saç rəngləri yaraşır,desək yanılmarıq. Elə söhbət saçlardan düşmüşkən, gəlin aktrisanın müxtəlif illərdəki saç rəngi seçimlərinə nəzər yetirək.
Skarlet Yohanson2005-ci ildəplatin sarısısaçları ilə kişilərin ağlını başından alırdı. Bu rəng onsuz da hər qadını seksual göstərir, məşhur ulduzun cazibədarlığı ilə birləşəndə isə əlbəttə, nəticə möhtəşəm oldu. Həmin vaxtlar aktrisa saçlarını daha çox retro toppuz formasında yığırdı.
2006-cı ildə aktrisanışokoladrəngli saçlarla gördük. Bu isti qəhvə rəngli saçlar Skarletə həqiqətən çox yaraşıb.
Deyəsən, aktrisa saçlarını o qədər də bəyənməyib. Çünki2006-cı ilin oktyabrındayenidən saçlarınısarı rəngə boyayıb. Amma buçiyələk sarısıSkarletə çox da yaraşmayıb. Ulduzun dərisinə yaraşmayan bu rəng ona xəstə insanlara xas görkəm verirdi.
Deyəsən, ulduz özü də bunu fərq edib. Bəlkə də stilisti kömək edib deyə bilmərik. Fakt odur ki, Yohanson2007-ci ildə sarının o qəribə tonundan qurtulub. Sarışın qadınlarınsarısına qovuşub. Skarletə ən çox yaraşan rəng budur desək, yanılmarıq. Onu da qeyd edək ki, daha çox düz saç xoşlayan aktrisaya bu dalğalı saç modeli çox yaraşıb. Fikrimizcə, saçlarını daim bu rəngə boyasa və belə dalğalı saxlasa, pis olmazdı. Amma Skarlet yeknəsəkliyi sevmir.
Elə ona görə də2009-cu ildə aktrisanışabalıdırəng saçlarla görürük. Gözələ nə yaraşmaz ki?! Bu rəng də Skartletə yaraşıb, xüsusilə də ulduzun gözlərinin gözəlliyini daha da ortaya çıxarıb. Amma gözlərimiz yenə də əvvəlki sarı tonu axtarır.
2010-cu ildə saçlarını yenidən sarı rəngə boyadan aktrisaya bu rəng də yaraşıb. Amma əvvəlki seksuallığından biraz uzaqlaşdırıb. Bu rəng saç onu məsum, şirin və gözəl göstərirdi.
2011-ci ildə "Iron Man 2” filmi üçün saçlarınıqırmızıya boyadan Skarlet bir daha hər rəngin qadını olduğunu sübut edir.
Aktrisa2012-ci ilin mayında "Iron Man 2”-nin çəkilişləri bitən kimi təkrarsarışınolmağa qərar verib.
Hazırdahamilə olan Skarletin saç rəngi:
Bunu qeyd etmədən keçə bilməyəcəyəm. Yəqin ki, xatırlayanlar olar, "Vogue” jurnalının üz qabığında yer alan Skarletin qısa sarı saçları o qədər bəyənilmişdi ki, 2011 yaz-yay mövsümününsaç trendinə çevrilmişdi. "Bed Hair” adlanan saç modeli uzun müddət qadınların sevimli saç düzümüarasında yer aldı.
Əqrəb qadını Skarlet və seksuallıq
Bildiyimiz kimi, zodiakın ən seksual bürcü Əqrəbdir. Elə Skarlet Yohanson da bürcünün qadını olduğunu atdığı hər addımda sübut edir. Cazibədarlığını nümayiş etdirən geyimlərə üstünlük verən Yohanson qadınlığın simvolu olanqırmızıvə Əqrəb qadınının sirli ruhunu əks etdirənqararəngləri daha çox sevir.
Daha çox sinə və ayaq dekoltəli geyimlər seçən aktrisanın bədənini yaxşı tanıdığını öncədən qeyd etmişdik. Həqiqətən də Skarletin sinəsi və ayaqları çox cazibədardır və bunu bilən aktrisa onları ön plana çıxararaq diqqət mərkəzində olmağı bacarır.
Onu dəvətlərdə daha çox"Marc Jacobs”,"Chanel”,"Alberta Ferretti”və"Gucci”geyimlərində görmək olar. Ən sevdiyi çanta brendi isə"Bottega Venetta”dır.
Günlük həyatında isə o, cırıq cins şalvar, babet ayaqqabı vəbol kəsimli sviterlə rahatlığa üstünlük verdiyini nümayiş etdirir. Amma nə yalan danışaq, Skarlet hətta bu dəbdəbədən uzaq geyimlərdə belə olduqca cazibədar görünür.
Aksessuar seçimi
Aksessuarlardan istifadə etməyi o qədər də sevməyən seksual aktrisa daha çox sadə və kiçik sırğalar, incə qolbaqlar və saatlardan istifadə edir.
Makiyajda sadəlik
İndi isə keçək seksual aktrisanın makiyaj stilinə. Makiyajda da sadəliyə üstünlük verən Skarlet daha çox gözlərini və dodaqlarını vurğulayır. Mükəmməl dolğun dodaqlara və inanılmaz dərəcədə gözəl, mənalı və eyni zamanda, seksual baxışlıgözlərə sahib Skarleti bu gözəllikləri vurğulamaqda haqlı hesab edirik. Günlük həyatda bej rəng dodaq boyalarına üstünlük verən Yohansonu dəvətlərdə qırmızı rəng dodaq boyasında görmək olar.
Brendlərin qapısında növbəyə düzüldüyü "Dəb ikonası”
Skarlet nə geyinsə, trendə çevrilir, atdığı hər addım xəbər olur, fanatları onu izləyirlər, özlərini ona oxşatmağa çalışırlar. Kişilər ona heyran olurlar, qadınlar onun stilindən ilham almağa çalışırlar. Əlbəttə, bu dəb ikonası brendlərin də nəzərindən qaçmır. Dünyaca məşhur markalar onu reklam üzü edə bilmək üçün qapısında növbəyə düzülürlər.
Bu brendlərdən biri də"Mango”dur.2009-2010 payız-qış mövsümünün yeni reklam üzü olaraq Skarleti seçən marka uğurlu reklam kampaniyası aparmağı bacardı. "Mango” üçün bir-birindən cazibədar pozalar verən aktrisa brendi layiqincə təmsil etdi.
Əvvəlcədən də qeyd etdiyimiz kimi aktrisa daha çox saçları ilə diqqət çəkir və saç trendlərini müəyyənləşdirir. Deyəsən bunu"Loreal”firması da anlayıb. Aktrisa ilə 4 milyon dollarlıq müqavilə imzalayan "Loreal” saç rənglərini 50 milyondan çox satmağı hədəfləyirdi. Skarlet reklam kampaniyası çərçivəsində bir-birindən fərqli saç rənglərində roliklərə çəkilmişdi.
Dünyanın ən məşhur brendləri Skarletdəki ulduz işığına o qədər inanırlar ki, onu reklam üzü etmək üçün aralarında qızğın mübarizə gedir.
Bu mübarizənin qaliblərindən biri"Dolce&Gabbana”olur. Brendin aktrisaya nə qədər pul təklif etdiyi bilinmir, amma məlum həqiqətdir ki, Skarlet ilk dəfə bir brend üçün soyunur. Reklam kampaniyası üçün yarı çılpaq fotosessiyaya çəkilən aktrisa bir daha bütün diqqətləri üzərinə çəkir.
Skarlet"Louis Vuitton”və"Calvin Klein”in də reklam üzü olub.
Gördüyünüz kimi, brendlər aktrisanı bölüşə bilmirlər, bir firma ilə müqaviləsi yekunlaşan kimi başqa brend onun qapısını döyür.
Bəlkə də bunda Skarletin qeyri-adi cazibədarlığı da rol oynayır. Təsadüfi deyil ki,"Esquire”jurnalı aktrisanı 2 dəfə"yaşayanən seksual qadın”seçib.
İlk dəfə 2006-cı ildə və 7 il sonra – 2013-cü ildə ən seksual qadın seçilən Skarlet "Esquire” tərəfindən iki dəfə bu titula layiq bilinən ilk qadın olub.
Çempionlar Liqası: ilk finalçı bəlll oldu - PSJ uduzdu
Aleks de Souza "Antalyaspor"la anlaşdı - Köməkçisi isə...
Qəzzada BMT-nin daha 6 əməkdaşı həlak olub - Hesabat
Türkiyə kuboku: "Beşiktaş"ı finala yüksəldi
Şotlandiyanın yeni baş naziri bəlli oldu - 64 səslə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir partiya sədri istefaya gedir: "Səhhətim imkan vermir"
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi