Qazaxıstanda güclü zəlzələ oldu - 6,1 bal gücündə

img

04-03-2024 [13:40]


Qazaxıstanın cənubunda - Almatı şəhəri yaxınlığında 6,1 bal gücündə zəlzələ olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmik Stansiya Mərkəzi açıqlama yayıb.

Bildirilib ki, episentri Almatıdan 31 kilometr cənubda olan 6,1 bal gücündə zəlzələ yerli vaxtla saat 11.22-də baş verib.

Almatı Fövqəladə Hallar İdarəsi küçələrə çıxan şəhər sakinlərinə panikaya düşməmələri barədə xəbərdarlıq edib.

Açıqlamada can itkisinin olmadığı vurğulanıb.

Zəlzələ qonşu Qırğızıstanın paytaxtı Bişkekdə də hiss olunub.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA