Qəzzada daha 96 nəfər öldürülüb, 200-dək yaralı var

img

27-02-2024 [12:51]


İsrail ordusunun Qəzza zolağına hücumları davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, son 24 saatda daha 100-ə yaxın mülki şəxs həlak olub.

Bu barədə Fələstin Səhiyyə Nazirliyinin yaydığı son məlumata görə, İsrailin son 24 saat ərzində Qəzzada 11  bölgəni bombardman edib: "Nəticədə 96 nəfər ölüb, 172 nəfər yaralanıb. Bununla da 7 oktyabr 2023-cü ildən bəri Qəzzada həlak olan fələstinlilərin sayı 29 min 878-ə, yaralı sayı isə 70 min 215-ə yüksəlib".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:28 17.04.2024

ZİYANLI VƏRDİŞLƏR