SOCAR-da daha bir dəyişiklik - Direktor vəzifədən çıxarıldı, nazirlik işçisinə yüksək vəzifə verildi

img

26-02-2024 [15:22]


Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Midstream Operations” MMC-nin direktoru Fuad Əhmədov vəzifəsindən azad edilib.

Mia.az Report-a istinadla xəbər verir ki, şirkətə rəhbərlik Fərhan Əliyevə həvalə olunub.

O, vaxtilə Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini olub.

Xatırladaq ki, "SOCAR Midstream Operations” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 59,501 milyon manatdır. Şirkət qurudakı neft və qaz ixrac boru kəmərlərində və obyektlərində Azərbaycanın strateji səhmdar hüququnu və maraqlarını təmsil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA