Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MƏDƏNİYYƏT
26.02.2024, 00:02
Qoç - işgüzar və şəxsi münasibətlər diqqət mərkəzində olmalıdır. Gözlənilməz çətinliklər yeni əlaqələr sxemlərinin aranmasına rəvac verəcək. İndi əsas məsələ sizin üçün təhlükəsizliyin əsasını təşkil edən ünsürləri qorumaqdır. Tərəfdaşınız müstəqilliyini nümayiş etdirəndə güclü emosional reaksiya verməyin. Təmkinli olun və şəxsi münasibətlərdə sizi çoxdan bəri narahat edən məqamı araşdırın. Axşam saatlarını ev işlərinə həsr edin.
Buğa - işlərdə yaranan çətinliklər sizi daha diqqətli olmağa, prosesi intensivləşdirməyə, ciddi söhbətə qatılmağa vadar edəcək. Planlaşdırdığınız bəzi işləri yalnız təmkin və intizam sayəsində reallaşdıra biləcəksiniz. Hadisələrin sizə sərfəli olan istiqamətdə spontan inkişafını da gözləmək olar. Tərəfdaşlarla rolları düzgün bölüşdürün, dərin ixtilaflar yaratmayın. Ümumi məqsədlər səyləri sinxronlaşdırmaq zərurəti yaradır. Emosiyalar həddən ziyadə olduğundan şəxsi münasibətlər üçün çətin gündür. Soyuqqanlı və səmimi olun.
Əkizlər - yaxın ətrafınızdakı insanların hisslərinə, gözləntilərinə diqqətli olun. Kimsənin xətrinə dəyməyin, incitməyin, tənqidləri müzakirə etməyin. Daha çox sual verin. Mahiyyətə varmağa çalışın. Bir şərtlə ki, həmsöhbətiniz sizin marağınızı və ona xoş münasibətini hiss etsin. Bütün bunlar çətindirsə, müstəqil fəaliyyət göstərin.
Axşam saatlarında gəzintiyə çıxın, pozitiv emosiyalar alın. İstirahət sizə prioritetləri müəyyənləşdirməyə, işə marağı bərpa etməyə imkan verəcək. Xəstəyə baş çəkmək, zəng və yazışma üçün əlverişli gündür. Emosional olmayın, etiraflara qapılmayın.
Xərçəng - nigaranlıq və həyəcandan qorunmaq, yaşam arealınızı kənar təsirlərdən hifz etmək istəyi ifrata varmasın. Qapalı məkan yaradaraq hər kəsdən və hər şeydən təcrid olunmağa çalışmayın. Dəyərlərinizi qoruyun. "Mənim" kəlməsi xüsusi əhəmiyyət kəsb edir.
İşlərdə tempi bir qələr azaldın, ailəyə, evə, yaxınlara daha çox diqqət yetirin. Ailə işləri üçün əlverişli zamandır. Ailə üzvlərinin problemlərindən hali olun, onları dəstəkləyin. Axşam saatlarında qonaq ola bilər.
Şir - diqqət mərkəzində olacaqsınız. Uğurlar və nailiyyətlərinizin paxıllıq yaratmamasına çalışın. Yarışmayın, üstünlüklərinizi nümayiş edirməyin. Enerjinizi gərəkli məcraya yönəldin. Adi günlərdən fərqli olaraq uğurlu zamandır. Köhnə tanışlıqlardan biri aktual məsələni həll etməyə təkan verəcək. Şəxsi münasibətlərdəki problemin aradan qaldırılması, barışıq, təmasların normallaşdırılması üçün əlverişli zamandır.
Günün ikinci yarısında stress və gərginlik yaradan məqamlar yarana bilər. Yaşananları daha çox təcrübə əldə etmək, önəm verdiyiniz insanlarla qarşılıqlı anlaşmaya nail olmaq imkanları kimi dəyərləndirin. Situasiyanın diqtə etdiyi işlə məşğul olun. Aktivliyi uzunmüddətli layihələr strategiyasına yönəldin. Planları tərəfdaşlarla müzakirə edin.
Qız - fəaliyyət göstərdiyiniz və ya maraqlanızı reallaşdırdığınız kollektivdə, yaxud qrupda emosiyalarınızın izharına imkan verməyin. Köhnə planlar, ideyalara fikir verin. Problemin həllinə həmfikirləri cəlb edin. Ətrafınızdakı insanların fəaliyyətini pozitiv dəyərləndirin. Planlarınızı reallaşdırmaq üçün dəstək ala bilərsiniz.
Gərginliyə düçar olmadan, ifrat yorulmadan görə biləcəyiniz işlərə başlayın. Əks halda hər şeyin mürəkkəbləşdiyini, əhvalınızın pisləşdiyini hiss edəcəksiniz. Rahat, qarşılıqlı fəaliyyətin rəvan olacağı gündür. Bir sıra məsələləri qeyri-formal vəziyyətdə müzakirə etmək əfzəldir. Pozitiv olun.
Tərəzi - yaşımınızda ciddi dəyişikliklər başlanır. Hisslərinizdə tam açıq olmayın, planlarınızı bölüşməyə tələsməyin. Qarşınızdakı insanın sizə münasibətini dəqiq bilmirsinizsə, ehtiyatlı davranın.
İşgüzar tərəfdaşlar və həmkarlarla münasibətlərdə soyuqqanlı olun, təmaslara sərinlik gətirməyin. Ümumi problemlər, maraqlar sizi birləşdirə bilər. Başqa işlərə ilginiz arta bilər. Çətinliklər iş və əməkdaşlığın yeni variantına çıxışı sürətləndirir. Mühüm xəbərlər gözləyin. Sizi narahat edən məsələlərə cavablar ala biləcəksiniz. Səhhətinizə fikir verin. Stresslərdən qurtulmağa çalışın.
Əqrəb - maliyyə vəsaitinizə qənaət edin. Məqsədə çatmaq üçün səylə çalışmaq gərəkdir. Diqqət mərkəzində saxlamağınız gərəkən obyektlərin sayı artır. İşinizi daha effektiv etməyə çalışın, yardımçılar arayın. İnformasiya aramaq, bilik və təcrübəni artırmaq üçün əlverişli gündür. Axşam saatlarında normal istirahət edin.
Oxatan - qarşınızda yeni imkanlar və yeni yollar yaranır. Konkret olanı seçin, diqqətinizi yayındırmayın. Cari işləri, xüsusilə də maliyyə məsələlərini sürəkli nəzarətdə saxlayın. Birgə əmlak, mirasla bağlı məsələləri həll etmək üçün uğurlu gündür. Yaşamınızda başqasının pulları ilə bağlı mövzu peyda ola bilər. Perspektivlər əlverişlidir. İntuisiyanıza qulaq asın. Başqalarının zəiflik və nöqsanlarını bağışlamağı bacarın.
Oğlaq - niyyətlər və istəklərinizi bacarıqlarınız və imkanlarınızla uyğunlaşdırın. İşlərdə pozitiv dəyişikliklər olacaq. Emosional təsirlərə dürüst reaksiya verin, hadisələri yanlış dəyərləndirməyin. Təhlükəsizliyinizin təminatına nail olun, münaqişəli situasiyalara qarışmayın. İmkanları əldən verməyin, şanslardan iş üçün yararlanın. Bədxərclik etməyin. Pul sizə konkret məqsədlər üçün gərək olacaq.
Dolça - peşəkar fəaliyyət arealında yeniliklərə başlaya bilərsiniz. Şərait, ünsiyyət çevrəsi, ətrafınızdakı insanların kimliyi önəm kəsb edir. Şəxsi işlər və maraqlara diqqət ayırın. Əsas fəaliyyətinizlə bağlı yeni ideyalar yarana bilər.
Köçürmələr, alış-veriş etmək, cari xərclərlə bağlı tərəfdaşlarla qarşılıqlı anlaşmaya nail olmaq mümkündür. Ünsiyyət çevrəsini məhdudlaşdırın, müstəqil işləməyə çalışın. Emosionallıq səviyyəsi yüksək olduğundan tələskən, düşünülməmiş addımlar atmayın. Şikayətləri dinləyin. Öhdəsindən gələ bilmədiyiniz problemi ürəyinizə salmayın.
Balıqlar - bu gün sizi maraqlandıran, arzuladığınız məqamlara daha yaxınsınız. Narahat və nigaran qaldığınız nəsnəni əldə edə bilərsiniz. Tələskən davranaraq yeni problemlər yaratmayın. Güclü emosiyalara ehtiyacınız varsa, onları alacaqsınız.
Planlar, istəklər, iradlar çoxdur. Dəyişikliklərin intensiv olacağını düşünməyin. İntuisiya güclüdür. Bununla yanaşı, ətrafınızda mübhəm amillər güclənir. Kiminsə gizli təsiri, marağı var. Təmasların sayını azaldın. Sosial şəbəkələrdə ehtiyatlı olun. Müşahidə edin, mühüm məlumatı paylaşmayın.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yeni icra başçısı kollektivə təqdim olundu - FOTOLAR
Bugün, 16:40 GÜNDƏM
-
Xalq artistinin səhhəti haqqımnda açıqlama: "Həkimlərin nəzarətindədir"
Bugün, 16:18 CƏMİYYƏT
-
637 min manatlıq mühaisəli iş üzrə məhkəə davam edir
Bugün, 16:10 KRİMİNAL
-
Lənkəranda zəlzələ olub
Bugün, 15:59 GÜNDƏM
-
Torpaq sahəsinin koordinatlarının naturada tanıdılması xidməti elektronlaşdırılıb
Bugün, 15:56 İQTİSADİYYAT
-
Oktaybar ayında hava necə olacaq? - AYLIQ PROQNOZ
Bugün, 15:35 CƏMİYYƏT
-
Xətainin abidəsinin postamenti üzərindəki yazı... - Araşdırma başlayıb + FOTOLAR
Bugün, 15:20 MƏDƏNİYYƏT
-
NATO-dan bəyanat: "Rusiyaya qarşı gücümüz var"
Bugün, 15:08 GÜNDƏM
-
90-ların müğənnisi illərə meydan oxuyur - FOTOLAR
Bugün, 14:57 ŞOU-BİZNES
-
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
Bugün, 14:39 CƏMİYYƏT
-
Daha bir rayonun statistika idarəsinin rəisi işdən çıxarılıb
Bugün, 14:29 CƏMİYYƏT
-
Qubad İbadoğlu Azərbaycandan getdi
Bugün, 14:28 SİYASƏT
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Bugün, 14:21 GÜNDƏM
-
Misli Premyer Liqası: VIII turun oyun cədvəli açıqlandı
Bugün, 14:09 İDMAN
-
"Azəriqaz"ın gizlinləri: əhalinin adına yazılan borclar, kadr, sayğac və "Təmizqaz" siyasəti... - "Əvvəlki rəhbərliyin dövrlərində cüzi itkiyə görə..." (MÜSAHİBƏ)
Bugün, 14:03 İQTİSADİYYAT
-
Jurnalist Əvəz Zeynallı dəfn olundu (Yenilənib)
Bugün, 13:55 PRESS
-
"Roşka” ləqəbli tiktokerə 5 il cəza istənilib
Bugün, 13:24 PRESS
-
Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək
Bugün, 13:20 SİYASƏT
-
İki ölkə arasında 74 günlük müharibə təkrarlanacaq? - Britaniya yenə hədələndi, ölkəyə vaxt verildi
Bugün, 12:56 DÜNYA
-
Sabah rayonlara yağış yağacaq
Bugün, 12:39 CƏMİYYƏT
-
Nurgül Yeşilçay serial üçün nələ etməyib? - FOTOLAR
Bugün, 12:37 MƏDƏNİYYƏT
-
Tələbələri şantaj edən Qarabağ Universitetinin müəllimidir? - Açıqlama (YENİLƏNİB)
Bugün, 12:24 CƏMİYYƏT
-
İqtisadçı-ekspert Pərviz Heydərov vəfat edib
Bugün, 12:22 CƏMİYYƏT
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib - FOTOLAR
Bugün, 12:13 GÜNDƏM
-
Hava limanında sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkarlanıb
Bugün, 12:00 KRİMİNAL
-
Salahın xanımı və 3 övladı Türkiyəyə köçür
Bugün, 12:00 İDMAN
-
FIFA prezidenti Azərbaycana gəlib
Bugün, 11:44 İDMAN
-
Səlim Müslümov bu Akademiyada müəllimliyə başladı
Bugün, 11:35 GÜNDƏM
-
Azərbaycanda dizel bahalaşacaq? - Açıqlama
Bugün, 11:29 İQTİSADİYYAT
-
“Xankəndi” futbol klubunun yeni baş məşqçisi bəlli olub
Bugün, 11:06 İDMAN
-
Vətəndaşların 150 min manatdan çox vəsaitini ələ keçirən şəxs saxlanılıb
Bugün, 10:54 KRİMİNAL
-
Türkiyə yığmasının futbolçusu üzr istədi: "Utanırıq"
Bugün, 10:49 İDMAN
-
Milli Depozit Mərkəzində yeni təyinatlar olub
Bugün, 10:40 CƏMİYYƏT
-
Azərbaycan nefti ucuzlaşdı
Bugün, 10:33 İQTİSADİYYAT