UEFA Bəhram Dadaşovu təltif edib

img

22-02-2024 [16:58]


UEFA AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin maliyyə meyarları üzrə meneceri Bəhram Dadaşovu təltif edib.

Mia.az istinadən xəbər verir ki, o, Niderlandın paytaxtı Amsterdamda UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda keçirilmiş seminarında sertifikat alıb.

Qeyd edək ki, seminar zamanı Niderlandda lisenziyalaşdırma sisteminin inkişafı, klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı qaydalarında yeniliklər, lisenziar olan milli assosiasiyaların sertifikasiyası, UEFA lisenziyalaşdırma üzrə illik hesabatı, lisenziar və lisenziya iddiaçısı arasında kommunikasiyalar, UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı, qadın futbolu, klubların lisenziyalaşdırılması və başqa məsələlər müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:08 11.04.2024

Bakıda qətl törədilib

12:18 10.04.2024

Sabah yağış yağacaq

16:01 09.04.2024

Millimiz yenə uduzub