Rəsmi Vaşinqton: "Azərbaycan və Ermənistan liderləri problemin həlli üçün səylər göstərir"

img

22-02-2024 [10:30]


"ABŞ Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstək verir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinqdə  suala cavabda deyib.

O, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının mümkün olduğunu xüsusi vurğulayaraq,q eyd edib ki, ölkəsi bu istiqamətində aparılan danışıqları dəstəkləyir: "ABŞ iki ölkə arasında razılığın əldə edilməsinə köməyini davam etdirəcək".

ABŞ dövlət katibi Antoni Blinkenin ötən həftə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşdüyünü də xatırladan mətbuat katibi qeyd edib ki, iki ölkə lideri problemin həlli üçün səylər göstərir.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA