Rəsmi Tehran: "Qaz kəmərlərinə hücumu İsrail həyata keçirilib"

img

21-02-2024 [11:57]


"İranın təbii qaz boru kəmərlərinə hücumu İsrail edib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İranın neft naziri Cavad Ovci fevralın 14-də təbii qaz kəmərinin partladılmasına münasibətdə deyib.

Nazir qeyd edib ki, hücumdan sonra ölkənin heç bir yerində təbii qaz kəsilməsi yaşanmayıb: "Düşmən ölkədə böyük qaz kəsintisi planlasa da, buna nail ola bilmədi. Əsasən, dağlıq və çətin gedilən bölgələrdə qismən problemlər yaşansa da, problem qısa müddətdə həll olundu...".

Xatırladaq ki, fevralın 14-də səhər saatlarında İranın Çeharmahal-Bahtiari və Fars əyalətlərində təbii qaz magistral paylayıcı boru kəmərlərində  güclü partlayışlar baş verib. Həmin vaxtı rəsmi Tehran bunu təxribat sayaraq "Düşmənin planı qışda ölkəmizin bir çox böyük şəhər və vilayətinə qaz axınını tamamilə kəsmək idi" məzmunlu bəyanat yaymışdı.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA