Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası birgə bəyanat verib - Səbəb
14-02-2024 [15:33]
Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası birgə bəyanat verib.
Mia.az xəbər verir ki, məlumatda deyilir:
"Bakı şəhərinin Xətai rayonunda fevralın 13-də törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülər paylaşılmış, qeyd olunan görüntülərin bir qismi yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərini, digər qismi isə qətlə dair detallı görüntüləri açıq şəkildə əks etdirmişdir.
“Media haqqında” Azərbaycan Respublikası Qanununa görə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan media subyektləri və jurnalistlər tərəfindən yayılmasına yol verilmir.
Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına əsasən bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin (qanuni nümayəndələrinin) razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir.
Təəssüflə bildiririk ki, bir sıra media subyektləri tərəfindən baş vermiş hadisə ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasında qeyri-həssas və qeyri-peşəkar yanaşma nümayiş etdirilmiş, həm qanunvericiliyin, həm də peşə etikası qaydalarının tələbləri ciddi şəkildə pozulmuş, istər zərərçəkmiş şəxslərə, istərsə də onların yaxınlarına münasibətdə jurnalistika prinsiplərinə zidd təqdimetmə forması seçilmiş, bununla da cəmiyyəti maarifləndirmə funksiyasını yerinə yetirməli olan media ümumi qəbul edilmiş dəyərlər sistemi ilə bir araya sığmayan mövqe sərgiləmişdir.
Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri jurnalistika prinsiplərinə, qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə, fəaliyyətlərində cəmiyyətdə humanist dəyərlərin möhkəmləndirilməsi ideyasını əsas götürməyə çağırırlar. Qanunazidd fəaliyyətin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət tədbirlərinin, o cümlədən fəaliyyətin dayandırılması da daxil olmaqla sanksiyaların tətbiqinə əsas yaratdığı media subyektlərinin diqqətinə bir daha çatdırılır".
“Yelo Bank” ASC-də yeni icraçı direktor... - Köhnə komanda Vahid Ələkbərovun bankında əsas gücə çevrilir
Bakı-Laçın müntəzəm avtobus reysi açılır
Sabahın hava proqnozu açıqlanıb
Xocalıya növbəti köç olub
Kapital Bank"ın İdarə Heyətində dəyişiklik edilib
Şəhid Vüqar Babayevlə vida mərasimi keçirilib
Agentliyin sədr müavini vəzifədən azad olunub
İran rəsmilərinə sanksiyalar tətbiq olunub
Ərəstun Orucluya da hökm oxundu - Məhkəmə prosesi
Pensiya məbləği necə hesablanır?
Orxan Lökbatanlı: "Belə bir adamı Allaha tapşırıram"
"Azərsilah"ın zavodunda qəza olub
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə başlayır
Gimnaziyalarda nöqsanlar aşkarlanıb
İcra Hakimiyyəti işçilərinin yarısı işdən azad edildi - Başçıdan diqqətçəkən qərar + SİYAHI
Azərbaycan nefti bahalaşdı - 2 dollar
“Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verib
Coca-Cola şirkəti məhkəməyə verildi - Qadınlara görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan sabiq nazirə təşəkkür etdi
Okan Buruk: "Mourinyoya çox böyük hörmətim var"
Çempionlar Liqası: "Qarabağ" darmadağın oldu - YENİLƏNİB
Məşhur serial yarımçıq dayandırıldı - Tanınmış aktyor saxlanıldı
İŞİD terrorçuları Suriyada həbsdən qaçıblar
Mirça Luçesku Türkiyəyə qarşı oyuna olacaq? - Qeyri-müəyyənlik var
"Qazprom": "Avropada qaz anbarlarının çoxunda ehtiyat azalıb"
İsrail Qəzzaya zərbələr endirib - Ölənlər var
Almaniya Müdafiə naziri: "Türkiyə NATO-ya böyük güc verir"
"Maraqlıdır ki, “m10”un "söykəndiyi" "Kapital Bank”da da bu sahəyə xarici vətəndaş rəhbərlik edir" - Ekspertdən şok açıqlamalar
TRAMP DƏVƏT ETDİ, ƏLİYEV ABŞ-a GETDİ - FOTO
Ramazanın ilk gününün duası - İmsak və iftar vaxtı
SU PULU LİMİTLƏ HESABLANACAQ - Əhali üçün qiymət dəyişir (YENİLƏNİB)
Altay Göyüşova hökm oxundu - 6 il həbs cəzası
ƏDƏBİ MUSİQİLİ MƏKANDA ŞAİRLƏ GÖRÜŞ... - FOTOLAR
"Ədəbi şəxsiyyətinizlə vəhdətdə alim, pedaqoq və..." - Prezident və Birinci vitse-prezident Xalq şairini təbrik ediblər
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Məşhur kollecin direktorunun adı qalmaqalda: milyonluq mülklər...
İcra başçısı sabiq deputatdan polisə şikayət verib - AÇIQLAMA
Kremlin sözçüsü: "Nə Rusiya, nə də Çin nüvə sınaqları keçirməyib"
Sabiq deputat bacısı oğlunun həbsini istəyir - TƏFƏRRÜAT