KÖHNƏ KİŞİLƏR
11-02-2024 [21:35]
Qalib ARİF
***
(“Qısa qeydlər” silsiləsindən)
***
Millətin qeyrətin çəkən ər kişilər, köhnə kişilər, vətənpərvər kişilər... Evin, elin yükünü illərlə çəkən, canından, qanından keçən, amma bir haqsız sözə, söyüşə keçməyən, qan tökən, azadlığın dadını təmiz adına qurban verən nər kişilər... Hanı indi köhnə kişilər???
Bir hissəsini bolşeviklər 30-larda türmələrdə, sürgünlərdə qırdılar, millətin genofonduna sağalmaz yara vurdular. Bir hissəsi də 41 - 45-də çetdi, canını bolşeviklərin vətəninə fəda etdi. Köhnə kişilərin oğulları 60 – 70-lərdə dirçəlməyə başladılar, onları da sovetin senzurası sıxdı, suyunu çıxartdı, sapı özümüzdən olan baltalar satdı, evini yıxdı... Regionçuluq, qohumbazlıq da axırına çıxdı...

Köhnə kişilərin nəvələri 80-lərin sonlarında ayağa durdular və Azərbaycanda müstəqil dövlət qurdular. 90-larda I Vətən müharibəsinə atıldılar, torpaq yolunda şəhid oldular. Sağ qalanlara da Vətəndə yer, iş tapılmadı, ayaqlarını əllərinə aldılar və bir tikə çörək dalınca Rusiya - Türkiyə bazarlarına, Avropa vağzallarına üz tutdular. Xalq günahımdan keçsin, Azərbaycanda elə kəndlər vardı ki, damazlığa bir kişi yoxdu...
II Vətən müharibəsi və köhnə kişilərin nətiçələri yetişdi. “Vətən, Vətən” deyib ayağa durdular, “Düşmənə ölüm” deyib döyüş meydanına atıldılar. Ata-babalarına layiq oğullar 44 gündə Vətən torpaqlarını düşmən işğalından azad etdilər. Qələbə minlərlə igidimizin canı və qanı bahasına başa gəldi... Şəhidlərimiz göylərə getdi, cənnəti haqq etdi, qazilərimiz gələcəyə ümidlə kəndinə, ailəsinə gəldi...
Sən saydığını say... Müharibə qurtarsa da, problemlər qurtarmadı – vəziyyət "urusca"dır. Aşağılardan güman yoxdur, yuxarılardan aman. Ölkəmizdə qohumbazlıq, rüşvətxorluq, inhisarçılıq baş alıb gedir. Müəllimlər, həkimlər bir qarın çörəyə işləyir, pensiyaçılar Allahdan rəhmət, adamlardan mərhəmət diləyir. Ziyalı saydıqlarımız, “aydınlar”ımız ölkənin problemlərini dilə gətirmək, həllinə yardım etmək əvəzinə, saray qapılarında dilənir.
Ölkəmizin gələcəyi - köhnə kişilərin nəticələri, kötüycələri Vətəndə öz qabiliyyətləri ilə yaxşı bir iş qura, yuxarı qalxa bilmirlər. Sosial pilləkan yoxdur, çoxdan sındırılıb, dağıdılıb. Odur ki, gənclər özlərini reallaşdıra bilmir, sıradan olanlar “Qul bazarına” gedir. İstedadlar ingilis dili öyrənir, Vətəndən qaçmağa, qürbətə qucaq açmağa fürsət gözləyir... Və “asta qaçan namərddir” deyib arxaya baxmadan gedir... Avropada, Amerikada süpürgəçilik edir...
Beləliklə, millətin qeyrətini çəkən köhnə kişilər indi gordadır, övladları da özgə qapılarında, Allah bilir hardadır... Nəvələri, nəticələri də İ və II Vətən müharibələrində şəhid, qazi oldular. Vətəndə də şəhid ailələrinə kömək edən, qazilərə əl yetirən, çörək verən məmurları barmaqla saymaq olur. Amma özünə qəsd edən qaziləri barmaqla saymaq olmur... Hökumətimiz “oğru məmur” axtarışında, ziyalılarımız “tavan altında”, oğullarımız “Qul bazarında”dır...
MİA.AZ
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər