Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11-02-2024 [00:06]
Qoç - travma riskinin çox olduğu gündür. Yorucu və mürəkkəb işdən, sükan arxasında uzun müddət olmaqdan, şübhəli toplantılara qatlımaqdan imtina edin. Uzaqdan xoşagəlməz xəbərlər ala bilərsiniz. Konkret məqsədə çatmaq üçün son vaxtlar göstərdiyiniz səylərin əbəs olduğunu anlayacaqsınız.
Kənar təsirlərə boyun əyməyin, soyuqqanlı davranın. Manipulyasiyaya uymayın. Kimsəyə imkan verməyin ki, sizi idarə etsin. Daha sərt mövqe tutun.
Buğa - nüfuzlu şəxsin dəstəyini ala bilərsiniz. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Yeni layihələrə qatılın, işgüzar təşəbbüslə çıxış edin. İdeyalarınız anlayışla qarşılanır. Onların əksəriyyətini reallaşdırmaq mümkün deyil. Yaxın ətrafınızdakı insanlar sizə rəğbətlə yanaşırlar. Maraqlı imkanlar yaranır. Ciddi romantik münasibətlərin başlanması istisna deyil. Təmasların asan olmayacağını bilin.
Əkizlər - çoxsaylı kiçik problemlər vəd edən gərgin gündür. Gerçəkdən də, mühüm işlə məşğul olmağa vaxtınız qalmayacaq. Daim nəyisə yoluna qoymaq, düzəltmək, qaydaya salmaqla məşğul olacaqsınız. Səhlənkarlıq və diqqətsizlik anlaşmaların uğursuzluğuna, maliyyə itkilərinə səbəb ola bilər. Nəqliyyat vasitəsini idarə edərkən xüsusilə diqqətli olun.
Sizə birbaşa dəxli olmayan münaqişələrlə qarşıdurmalara qarışmayın, mübahisələrdə iştirak etməyin. İştirakınızı mütləq saydığınız situasiyalarda belə, başqalarının problemlərini çözməyə çalışmayın. Axşam saatlarını evdə, yaxınlarınızın yanında keçirin. Onlar sizi tez başa düşürlər.
Xərçəng - bu gün görə biləcəyiniz ən yaxşı iş önəmli işə başlamamaqdır. Ciddi işlərə başlamaq, mühüm məsələlərin həllini planlaşdırmaq üçün əlverişli deyil. Rutin işlərlə məşğul olaraq pozitiv emosiyalar ala bilərsiniz. Yeni tanışlıqlar, maraqlar istisna deyil. Romantik münasibətlər başlarsa, sürətlə inkişaf edəcək. Maliyyə çətinlikləri istisna deyil. Alış-verişi təxirə salın. Qısamüddətli səfər və səyahət istisna deyil. Uzunmüddətli səyahətə çıxmayın.
Şir - sakit və rahat gündür. Çoxdan bəri görmək istədiyiniz, amma vaxt tapmadığınız işi bitirə bilərsiniz. Sizi maraqlandıran suallara cavab tapacaqsınız. Cavablar sizi narazı qoymayacaq. Qeyri-adi görüşlər, tanışlıqlar ola bilər. Qarşı tərəfdə xoş hisslər yaradın.
Alış-verişdə diqqətli olun. Pulu boş yerə xərcləməyin, yalnız lazım olan əşyalar alın. Yaşlı qohumlar və tanışlarla ünsiyyətdə fayda var. Yardım və məsləhət alacaqsınız.
Qız - çox gərgin olsa da, maraqlı gündür. Sizi maraqlı görüşlər, sizinlə eyni istiqamətdə hərəkət edən insanlarla təmaslar gözləyir. Çox danışmayın, soyuqqanlı və ehtiyatlı olun. Şəraitə rəğmən, təmkinli davranın. Çətin vəziyyətlərdə müttəfiq və tərəfdaşların yardımlarına güvənə bilərsiniz.
Ciddi iş və genişmiqyaslı layihələr üçün əlverişli gün deyil. Peşəkar aktivlik səviyyəsini ifrat dərəcədə artırmayın. Şəxsi münasibətlər baxımından uğurlu gündür. Axşam saatlarında dostlarla görüşməyi unutmayın.
Tərəzi - günün ilk yarısı danışıqlar, anlaşmalar, sövdələşmələr üçün əlverişli zamandır. Planlarınızı uğurla reallaşdıra bilərsiniz. Qısamüddətli və ya uzunmüddətli əməkdaşlığı ehtiva edən sənədləri imzalamaq olar.
Əks cins mənsubu ilə tezliklə dil tapa bilərsiniz. Uzunmüddətli planlar qurun, gələcəyi düşünün. İntuisiyanız sizə necə davranmağın yolunu göstərəcək. Bir sıra işlər planlaşdırdığınız kimi alınmayacaq.
Əqrəb - günün ilk yarısında diqqətli, sayıq olun. Hesablarda yanılmayın, xırdalıqlara və detallara fikir verin. Həmfikirlər tapacaqsınız. Onların yardımı ilə bir sıra ciddi problemləri həll edə bilərsiniz. Tərəfdaşlarla təmaslar üçün əlverişli gündür. Nüfuzlu insanlarla görüşə bilərsiniz. Əks cins mənsubları ilə təmaslarda həssas olun.
Yaxınlarınız qarşısında yüksək tələblər qoymayın, ifrat iradlar səsləndirməyin. Nöqsan və zəiflikliklərinizə haqq qazandırmayın. Belə olarsa, dostlarla münasibətlərdə sərinlik yaranacaq. Qarşılıqlı umu-küsü də istisna deyil.
Oxatan - dəyişikliklər yaşanacaq. Onlar gözlədiyinizdən də ciddi ola bilər. Yeni situasiyada özünüzü itirməyin. Niyə və necə davranmağın yollarını arayıb müəyyənləşdirin. Etiraflar üçün münasib gün deyil.
Gözlənilməz və dəyərli hədiyyələr ola bilər. Köhnə dostlar özlərini xatırladacaqlar. Onlarla əla vaxt keçirə bilərsiniz. Axşam saatları sakit istirahət üçün əlverişlidir. Dəvət aldığınız məclisə və ya çağırıldığınız tədbirə qatılın.
Oğlaq - ehtiyatlı və sayıq olun. Macəra aramayın, sərgüzəştlər axtarmayın. Əks halda ciddi səhvlərə yol verəcəksiniz. Sizinlə ünsiyyətdə olmaq istəyən insanlar çoxdur. Onlarla mühüm məsələləri müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanlardan biri və ya bir neçəsi qarşısına qoyduğu hədəfə çata bilmədiyi üçün sizdən narazıdır. Onlar uğursuzluqlarında sizi suçlu bilirlər.
Əvvəlcədən hazırladığınız plan üzrə hərəkət edin. İmprovizələr məsləhət deyil. Çox böyük rəğbət bəsləməyinizə rəğmən son vaxtlar münasibətlərinizdə sərinlik yaşanan insanla səmimi danışın. Qarşılıqlı anlaşma yolunda hansı sədlər yaratdığınızı aydınlaşdırın.
Dolça - günün ilk yarısı əhvalınızın xoş olduğu gündür. Baş verənlərə rəğmən soyuqqanlı olun. Xırdalıqlara və təfərrüatlara fikir versəniz, tezliklə qələbəyə nail olacaqsınız. Nikbin olun. Hansısa iş alınmayanda dərd etməyin.
Qəfil görüşlərdən biri yeni, romantik münasibətlərin əsasını qoya bilər. Ailə problemlərinin həlli, yaxınlarınız üçün əhəmiyyətli məsələlərin həlli üçün əlverişli gündür.
Balıqlar - asan, rahat, əlverişli gündür. Axına qarşı çıxmayın, hadisələrin məcrasına müdaxilə etməyin. Hər şey təbii istiqamətində olmalıdır. İşgüzar tərəfdaşlarla münasibətlər normal olacaq. İşdə rəhbərlik və həmkarlarla təmaslarda, evdə yaxınlarınızla söhbətlərdə həssas və diqqətli olun.
Bəyəndiyiniz işlə məşğul olmaq imkanı yaranır. Xoşagəlməz işləri təxirə salın. Maraqlı işgüzar təkliflərin alınması mümkündür. İş yerini dəyişmək və ya köçmək barədə düşünə bilərsiniz.Yeni ideyalar pis deyil.
Milli.Az
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."
"Rasim Balayevin müalicəsi yekunlaşır" - Baba Vəziroğlu “Övladları ilə əlaqə saxlayıram deyir
İran XİN başçısı: "İnsanlar sadəcə Tramp əylənmək istədiyi üçün öldürülür" - "440 kiloqram nüvə materialı dağıntılar altında qalıb"
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
QƏBUL İMTAHANLARININ TARİXLƏRİ AÇIQLANDI
"Abşeron" yatağında təbii qazın hasilatına başlanır
İran rejimi indi də jurnalistlərə həbs etməyə başlayıb - 18 media mənsubu saxlanılıb
İRAN TRAMPA MEYDAN OXUDU: "Demirsən ki, donanmanı yox etdik, o zaman cəsarətin varsa..."
MN: "Yararsız döyüş sursatları məhv ediləcək"
İrandan Körfəz ölkələrinə xəbərdarlıq: "ABŞ sizi qurban verəcək"