Savaş dənizə sıçradı: ABŞ və Böyük Britaniya Yəmənə hücum edib - Açıqlamalar (VİDEO/FOTOLAR)
12-01-2024 [09:08]
ABŞ və Böyük Britaniya Yəməndəki husi hədəflərinə havadan və dənizdən hücum edib. Ən azı 12 Husi hədəfi döyüş təyyarələri və Tomaqavk raketləri ilə vurulub. Hücumlar təyyarələr, gəmilər və sualtı qayıqlarla həyata keçirilib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə İranın dəstəklədiyi husilərin ticarət gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq ABŞ və Böyük Britaniya belə qərar qəbul edib.

Britaniya mətbuatı yazır ki, Baş nazir Rişi Sunak axşam saatlarında Nazirlər Kabinetinin fövqəladə iclasında savaşı müzakirəyə çıxararaq hökumətdən müsbət rəy alıb.
ABŞ rəsmilərinin məlumatına görə isə, hücumlar təyyarə, gəmi və sualtı qayıqlarla həyata keçirilir.
Yəməndəki yerli mənbələrdən alınan məlumata görə, ABŞ və İngiltərəyə məxsus döyüş təyyarələri gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərində bəzi nöqtələrə hava zərbələri endirib.

Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın hücumlara dəstək verdiyi açıqlanıb.
Yəməndəki husilər hücumla bağlı açıqlama verib. ABŞ-ın Yəmənə qarşı heç bir hücumunun cavabsız qalmayacağı bildirilib.
Onu da eyd edək ki, dünən BMT Təhlükəsizlik Şurasında Yəməndə husilərin Qırmızı dənizdəki hücumlarının dərhal dayandırılmasını tələb edən qətnamə layihəsi qəbul edilib.
Qətnamə layihəsi Birləşmiş Millətlər Təşkilatının 15 üzvdən ibarət Təhlükəsizlik Şurası tərəfindən 11 "hə" və 4 "bitərəf" səsi ilə təsdiqlənib.
İsrailin Qəzzaya hücumlarına cavab olaraq Yəməndə husilərin ticarət gəmilərinə qarşı son hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
Pentaqon dekabrın 6-da Husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarına qarşı beynəlxalq “Dəniz İşçi Qrupu” yaratmaq üçün danışıqlar apardıqlarını bildirib.
Dekabrın 18-də o, “Operation Welfare Guardian” adlı çoxmillətli missiyanın yaradıldığını elan edib.
Son zamanlar artan hücumlar səbəbindən Qırmızı dənizdə ticarət kəsilib. Dekabrda gəmi trafiki 20/100 azalıb.
Bayden: "Bu hücumlar husilərin Qırmızı dənizdəki hücumlarına birbaşa cavabdır"

ABŞ prezidenti Bayden Qırmızı dənizdə "at oynadan" husilərə qarşı hücumlarla bağlı yazılı açıqlama verib.
Bayden açıqlamasında deyib: “Bu gün mənim göstərişimlə ABŞ hərbi qüvvələri Böyük Britaniya ilə birlikdə Avstraliya, Bəhreyn, Kanada və Hollandiyanın dəstəyi ilə Yəməndə husi üsyançılarının bəzi hədəflərinə hava hücumu təşkil edib. Bu, husilərin Qırmızı dənizdəki hərəkətlərinə birbaşa cavabdır"
Həm Husilərə qarşı bölgədə qurulan ABŞ-ın rəhbərlik etdiyi dəniz qüvvələrinə, həm də beynəlxalq ictimaiyyətin yanaşmasına diqqət çəkən Bayden, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında bir gün əvvəl alınan qərarı xatırladaraq, husiləri hücumlara son qoymağa çağırıb: "Yəməndəki bu hücumlar ABŞ və müttəfiqlərinin dünyanın ən kritik ticarət marşrutlarından birində naviqasiya azadlığını təhlükəyə atmasına və şəxsi heyətimizi hədəfə almasına dözməyəcəyimizin açıq bir mesajıdır. Bilinməlidir ki, lazım gələrsə, əlavə tədbirlər görməkdən çəkinməyəcəyik".
Sunak: "Böyük Britaniya azad ticarət və hərəkət azadlığını müdafiə edəcək"

Kral Hərbi Hava Qüvvələrinin Yəməndə husilərin istifadə etdiyi hərbi obyektlərə "məqsədli hücumlar" həyata keçirdiyini bildirən Sunak qeyd edib ki, husilər son aylarda Qırmızı dənizdə ticarət gəmiçiliyinə qarşı bir sıra təhlükəli və sabitliyi pozan hücumlar həyata keçiriblər: "Bu, həyati əhəmiyyət daşıyan ticarət yolunda böyük axsamalara səbəb olub. Bu səbəbdən müvafiq hədəflərə qarşı lazımlı cavablar verilib və veriləcək".
Baş nazir Sunak xəbərdarlıqlara baxmayaraq, husilərin bu həftə Qırmızı dənizdə İngiltərə və ABŞ hərbi gəmilərinə hücumlarını davam etdirdiyini xatırladıb: "Bu qəbuledilməzdir. Böyük Britaniya hər zaman naviqasiya azadlığını və ticarətin sərbəst axınını müdafiə edəcək. Buna görə də biz Hollandiya, Kanada və Bəhreynin operativ dəstəyi ilə bu hücumlarla əlaqəli hədəflərə qarşı özünümüdafiə ilə məşğul oluruq...".

Baş nazir əlavə edib ki, Kral Hərbi Dəniz Qüvvələri Husilərin təcavüzünün qarşısını almaq üçün Qırmızı dənizdə patrul xidmətini davam etdirir və biz husiləri hücumlarını dayandırmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq”.
Firudin Səfərli
MİA.AZ
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək