İsrailli nazirdən sensasion açıqlamalar: "Fələstinliləri köçə məcbur etməliyik"

img

11-01-2024 [00:24]


"Qəzzaya hücumlar artmalı və fələstinliləri köçə məcbur etməliyik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İsrailin kommunikasiya naziri Şlomo Karhi yerli telekanallara açıqlamasında deyib.

Onun sözlərinə görə, ordu Qəzzaya hücumları daha da artırmalı və bununla fələstinliləri “könüllü köçə” məcbur etməlidir.

Məsələni hökumət iclaslarında da gündəmə gətirildiyini bildirən İsrailli nazir qeyd edib ki, dövlət olaraq bu siyasətdən əl çəkməməlidirlər: "Biz nə olur olsun, fələstinliləri mütləq köçə təşviq etməliyik. Düzdür, onları almaq, ölkələrinə yerləşdirmək istəyən dövlət yoxdur. Ciddi miqdarda pul ödəsək də, heç kim onlara könüllü sahib çıxmaq istəmir. O səbəbdən biz könüllü miqrasiya məsələsinin üzərndə israrla dayanmalıyıq. Bu, insan hüquqlarına xələl gətirmir, əksinə, müharibə şəraitində təbii qəbul olunar. Hesab edirəm, savaşın şiddəti artıqca, onlar köçə məcbur olacaqlar...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA