Ekvadorda cinayətkar dəstələr qiyama qalxdı, ölkə prezidenti "hərbi hədəfsiniz" təlimatı verdi - Ölən, yaralanan, girov alınanlar var
10-01-2024 [10:06]
"Mən silahlı qüvvələrə cinayətkar dəstələri qətiyyətlə zərərsizləşdirməyi tapşırdım".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ölkəsindəki silahlı toqquşmalar barədə açıqlama verən Ekvador prezidenti Daniel Noboa sosial media hesabında yazıb.
O, ölkədə silahlı qarşıdurma faktını təsdiqləyərək, mütəşəkkil cinayətkar təşkilatların adlarını ardıcıllıqla qeyd edib. Daha sonra bildirib ki, bunların heç birinə aman verilməyəcək.
Bununla yanaşı, Quayaquil şəhərində "TC Televiziya" kanalının studiyasına canlı yayım zamanı silahlı şəxslər tərəfindən basqına toxunan ölkə başçıs qeyd edib ki, bu hadisədən dərhal sonra təhlükəsizlik toplantısı keçirilib və silahlı qüvvələrə cinayətkarlara qarşı sərt mübarizə yetkisi verilib.

Prezidentin bu açıqlamasından sonra yerli jurnalistlərin qarşısına çıxan Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığının rəisi Jaime Vela terror təşkilatlarının artıq "qanuni hədəfləri" olduğunu bəyan edib:

"Bu qruplarla qətiliklə heç bir danışıqlar aparılmayacaq. Onlara qısa müddətdə ciddi zərbə vurduq və qətiyyən dayanmayacağıq. Onlar ölkə tariximizdə qanlı və misli görünməmiş hücumlar həyata keçirdilər. Onların bu vəhşilikləri cəzasız qalmayacaq. Əksinə, çox sərt və layiq olduqları cavabı qısa zzamanda alacaqlar. Onlar terrorçudur...”.

Prezident Noboanın 111 saylı fərmanla onlara aydın bir vəzifə verdiyini xatırladan Velanın sözlərinə görə, bundan sonra hər bir terrorçu hərbi hədəfdir: "Dediyim kimi, onlar xaos yaratmaqla bizim geri çəkiləcəyimizi düşünürdülər. ancaq biz geri addım atmayacağıq və heç bir danışıq aparmayacağıq. Onların torpaqlarımızda həyata keçirmək istədikləri sabitliyi pozmaq və xaos aktlarına sərt reaksiya veriləcək. Görəcəksiniz. İctimaiyyətə söz verirəm ki, silahlı qüvvələr polislə birgə ölkədə təhlükəsizliyi bərpa edəcək"
Xatırladaq ki, dünən ölkədə "Fito" ləqəbli mafiya lideri qaçb. Bundan sonra onun tutulması üçün 3 min nəfərlik qüvvə ayrılıb. Bu hadisədən sonra isə ölkədə silahlı toqquşmalar başlayıb.

Prezidentin Kommunikasiya üzrə köməkçisi Roberto İzurietenin dünən verdiyi açıqlamaya görə, "Fito" ləqəbli banda lideri Adolfo Macias Salazar və bir neçə məhbusun Quayas şəhərindəki həbsxanadan qaçması reasl təhlükədən qaynaqlanır və müvafiq trədbirlər görüləcək.

Ekvador Polis Departamentinin X-də paylaşdığı məlumatda isə qeyd olunub ki, cinayətkarları tutmaq üçün xüsusi bölmələr ayrılıb: "Bu hadisələrin heç biri cəzasız qalmayacaq".
Sosial mediada paylaşılan videolarda dəstə üzvləri tərəfindən qaçırıldıqdan sonra başlarına silah tutan polislər prezident Noboadan kömək istəyiblər.

Son məlumata görə, ölkədəki xaosda ölən və yaralananlar var...
Tahir Şəlvəli
MİA.AZ
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi
"ASCO Arena" mayda təmirə bağlanacaq - "Yerli futbolçulara keyfiyyətlərini artırmaq üçün yeni imkanlar yaradılmalıdır"
İsrail Livanın cənubunda əməliyyatı genişləndirib
Qurban Qurbanov küsüb?
Tramp İranda növbəti hədəfi açıqladı: “Geri qalanlar…"
Yaxın Şərq: Amerika erası zəifləyir, Türkiyə yüksəlir - Azərbaycan üçün strateji nəticə... (TƏHLİL)
Marneulidə bir həftə əvvəl toyu olan oğlan öldürüldü
ABŞ-ın F-35 qırıcısı vurulub – Iran səmasında
Regional İdarə rəisi dövlət vəzifəsindən getdi, otel müdiri oldu - Agentlikdə maraqlı dəyişiklik
Azərbaycan nefti 11 dollar qalxdı - Qara qızıl 142 dollara satılır
Məmur olmaq istəyənlər aprelin 5-də imtahan verəcək
ABŞ Kəşfiyyatı: “İranın hələ də çoxlu raket ehtiyatı və buraxılış imkanları var” - HESABAT
İran İsrailə raket atıb – Yaralılar var
DÇ-2026: biletlər bahalaşdı – QİYMƏTLƏR
ABŞ-ın Quru qoşunları komandanı vəzifədən çıxarıldı
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək