Xankəndi və Xocalıda xeyli sayda silah-sursat aşkarlanıb

img

09-01-2024 [10:06]


Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 8-də Xankəndi və Xocalıda onlarla silah, sursat tapılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, keçirilən əməliyyat zamanı 1 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 37 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 23 ədəd alışdırıcı, 7277 ədəd müxtəlif çaplı patron, 131 ədəd patron darağı, 12 ədəd süngü-bıçaq və digər döyüş sursatları aşkar edilib.

Həmçinin, Xocalı şəhəri ərazisində isə 30 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd qumbaraatan, 2 ədəd snayper, 10 ədəd qumbara, 1 ədəd tüfəng, 23300 ədəd patron, 23 ədəd patron darağı və 2 ədəd patron qatarı aşkar olunaraq götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA