Türkiyə müdafiə naziri ​​azərbaycanlı qaziləri qəbul edib

img

08-01-2024 [21:44]


Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər bu gün ​​azərbaycanlı qaziləri qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlikdən verilən açıqlamaya görə, qəbula Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Dəniz Qüvvələri komandanı Admiral Ərcüment Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu da qatılıblar.

Firudin Səfərli

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA