Qətər XİN başçısı: "Qəzza Fələstin rəhbərliyi altında olmalıdır"

img

08-01-2024 [10:51]


"Qəzza Fələstin rəhbərliyi altında olmalıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani Dohaya gələn amerikalı həmkarı Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.

Əl Tani vurğulayıb ki, Qəzza Fələstin ərazisinin bir hissəsidir: "Bura Fələstin idarəsi altında olmalıdır. Qəzza ilə bağlı yalnız Fələstin xalqı qərar vermək hüququna malikdir".

Qəzza, oradakı girovlarla bağlı danışıqlar prosesinin davam etdiyini, lakin çətinliklərlə üzləşdiklərini qeyd edən Əl Tani bildirib ki, HƏMAS-ın Siyasi Büro Rəhbər müavini Salih əl-Arurinin öldürülməsi mürəkkəb prosesi tormozlayıb: "Çətinliklərə baxmayaraq, tərəflərlə danışıqları davam etdirik. Qəzzada atəşkəs, yardım və məhbusların azad olunması üçün çalışırıq".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 27.12.2025

45 hakim and içib

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA