Türk Dünyası Kino Rejissorları Birliyi yaradılır

img

26-12-2023 [20:29]


Özbəkistanın paytaxtı Daşkənddə Türk Dünyası Kino Rejissorları Birliyinin (TÜRKFİLM) yaradılması ilə bağlı niyyət bəyannaməsi imzalanıb.

Mia.az xəbər verir ki, sənəd Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və TÜRKSOY rəsmilərinin iştirakı ilə imzalanıb.

Qeyd edilib ki, birliyin yaradılmasında əsas məqsəd Türk kino sənayesinin maraqlı tərəflərinin ehtiyac duya biləcəyi mövzulara dəstək vermək, Türk dünyasının zəngin mədəni irsini əks etdirən əsərlərin istehsalını təşviq etmək, Türk xalqlarının birlik və qardaşlığını gücləndirmək, kino sahəsində mövcud bilik və təcrübələrin qarşılıqlı ötürülməsi, bu şəkildə ictimai, mədəni və iqtisadi inkişafı təmin etməkdir.

Qeyd edək ki, tədbirdə ölkəmizi Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsinin icraçısı Orxan Fikrətoğlu təmsil edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA