Türkiyəli tanınmş aktyor vəfat edib

img

20-12-2023 [12:57]


Kamal Sunalın baş rolda oynadığı "Tosun Paşa" filmində "Seferoğulları"ndan "Suphi" obrazını canlandıran "Yeşilçam"ın usta aktyoru Cevdet Arıkan vəfat edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, uzun müddət xərçəng xəstəliyindən müalicə olunurdu.

Ötən gün evdə vəziyyəti qəfil ağırlaşan aktyor xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

76 yaşında dünyasını dəyişən Arıkan bu gün Tarsusda dəfn olunacaq.

Onu da qeyd edək ki, aktyor "Tosun Paşa", "Kibar Feyzo", "Gırgır Ali" və "İstasyon" kimi filmlərlə ölkəsində məşhurlaşıb.

Ləman

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA