Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
12-12-2023 [00:03]
Qoç - planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə dəyişikliklər ola bilər. Vəziyyətdə maraqlı olan yeni şəxslər peyda olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısında yeni sifariş ola bilər. Yaxınlarınızın problemlərindən hali olun. Dəyər verdiyiniz insanlarla çox sərt danışmayın.
Buğa - situasiya sizdən ani reaksiya, qərarların sürətlə qəbul olunmasını tələb edir. Uğur qazanmaq üçün yeni şərtlərə uyğunlaşmaq labüddür. Adi günlərdən fərqli olaraq daha çevik davranmalı, süstlük və ətaləti bilmərrə unutmalısınız.
Günün ikinci yarısında alacağınız rabitə vastəsi, yaxud dəftərxana ləvazimatı və avadanlıq az sonra karınıza gələcək. Mənəvi baxımdan sizə yaxın insanlarla ünsiyyət qurun. Yaradıcı ideyaları bölüşməyə dəyər. Axşam saatlarında səhhətinizə, xüsusilə də rasiona fikir verin.
Əkizlər - günün ilk yarısında fəal ünsiyyət və yeni əlaqələrin yaradılması işlərinizi əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Bütün diqqəti özünüzə cəlb etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanlardan birinin köməyə və yaxşı məsləhətə ehtiyacı var.
Günün ikinci yarısında şərait səmimi söhbət üçün əlverişli deyilsə, susun. Təkbaşına çalışın, kimsədən yardım gözləməyin. Axşam saatlarını ailə üzvlərinə həsr edin. Ailədə mühitin yaxşılaşmasında qarşılıqlı anlaşmanın çox böyük rolu var. Sevdiyiniz insanı dinləyin.
Xərçəng - günün ilk yarısında kommunikasiya, mübadilə, informasiyanın alınması ilə bağlı cəhdlər uğurlu olacaq. İşgüzar müzakirələr üçün qeyri-rəsmi format seçin. Tərəfdaşlarla ünsiyyətdə maraqlarınızı tam təmin edin. Bunun üçün əlahiddə səylərə heç bir lüzum yoxdur.
Günün ikinci yarısında hisslərinizi sevdiyiniz insanla bölüşməyi bacarın. Münaqişələri dəf edin, münasibətlərdə inam və etibar mühiti yaradın. Subaysınızsa, internetdəki tanışlığa çox bel bağlamayın.
Şir - günün ilk yarısı ən mürəkkəb işlərin başa çatdırılması üçün münasib zamandır. Peşəkar fəaliyyətiniz daşımalar, marketinq və ya vasitəçiliklə bağlıdırsa, yaxşı nəticələr əldə edəcəksiniz. Dəvət aldığınız yerə yollansanız, maraqlı xəbərlər eşidəcəksiniz.
Günün ikinci yarısında işlərdə aktiv olmaqla yanaşı, ailə qayğılarını da unutmayın. Yaxınlarınız əlavə diqqət istəyirlər. Qıcıqlanmayın. Onlara sevginizi, müsbət emosiyalarınızı nümayiş etdirin. Axşam saatlarını dəyərləndirdiyiniz insanlarla birgə istirahətə həsr edin.
Qız - işdə rəhbərliklə danışmaq, problemləri müzakirə etmək üçün günün ilk yarısı daha əlverişlidir. Təşəbbüskar olsanız, dəstək və yardım alacaqsınız. İşgüzar danışıq, görüş uğurlu olacaq. Sözləriniz eşidiləcək.
Günün ikinci yarısında vəziyyət sizdən trivial olmayan qərarlar tələb edir. Problemlərin həllində çevik və mütəhərrik olun. Axşam saatlarında səmimi və qayğıkeş davranış ailədəki problemlərin asanlıqla həllinə imkan verəcək. Dəyərləndirdiyiniz insanı tərifləməyə xəsislik etməyin.
Tərəzi - fikir və mövqelərinizi yaxın ətrafınızdakı insanlardan gizlətməyin. Bu minvalla yeni əlaqələr yaratmaqla yanaşı, mövcud təmasları möhkəmləndirə bilərsiniz. Sizi daha çox maraqlandıran sahə ilə bağlı mümkün qədər çox informasiya əldə etməyə çalışın.
Günün ikinci yarısında peşəkar fəaliyyət bacarıqlarınızı artırın. Qiymətli təcrübə əldə etmək, yeniliyi əxz etmək imkanları var. Axşam saatlarına yaxın təmasların intensivliyini azaldın. Bir qədər tək qalın, zərərli fikirlərdən qurtulun. Sevdiyiniz insan istəklərinizi anlamayacaq, sizdən izahatlar tələb edəcək.
Əqrəb - problemlərin çözümündə məntiqli, amma sürətli davranın. Kommunikativ təcrübənizdən yararlanın. Məqsədə çatmaq üçün bu gün ən adi söhbətdən də yararlana bilərsiniz. Nəzakətli olun, rişxənd və iradlara yol verməyin.
Günün ikinci yarısında zarafat ən ağır situasiyanı yüngülləşdirə bilər.
Saatlar keçdikcə yaxın ətrafınızdakı insanlarla aranızda sərinlik yaranmasın. Onların əməl və istəklərini anlamağa çətinlik çəkir, sinirlənirsiniz. Axşam saatlarında ünsiyyətdə səmimi olun. Ailədəki ab-havanı yaxşılaşdırın.
Oxatan - günün ilk yarısında məhsuldar çalışa bilərsiniz. İşlərin öhdəsindən gəlməyə can atın. Ünsiyyətdə quru rəsmiyyətçiliyə yol verməyin. İşgüzar danışıqlarda isə səmimi olmağa can atın. Saatlar keçdikcə maliyyə imkanları artır. Yaxın ətrafınızdakı insanların qayğılarından hali olun.
Günün ikinci yarısında ailədə məişət problemləri yarana bilər. Dəyər verdiyiniz insanlar sizə vədlərinizi xatırladacaqlar. Onlar qayğı gözləyirlər.
Oğlaq - karyeranızın inkişafı yaxın ətrafınızdakı insanlarla dil tapmaq və danışıqlarda məntiqli davranmağınızdan asılıdır. Bilikli, təcrübəli insan təsiri bağışlamaq istəyirsinizsə, ünsiyyətdə səmimi olun. Peşəkar fəaliyyət sahəsində irəliləyişlərə can atın.
Günün ikinci yarısında uğur istisna deyil. Sənədləşdirmə və hesablamalarda diqqətli olun. Sevdiyiniz insanla münasibətləri təftişə uğratmayın. Axşam saatlarında səs-küylü məkana yollanmayın.
Dolça - günün ilk yarısından müsbət enerjili olun. Belədə istənilən ağır situasiyadan çıxış yolu tapa bilərsiniz. İşlərin yerinə yetirilməsi prosesində ciddi maneələr olmayacaq. Test və ya söhbətlərdə bacarıqlarınızı aşkarlamağa çalışın. Günün ikinci yarısında fəal olun. Əyləncə və istirahət fikirlərini təxirə salın. Axşam saatları romantik hisslər vəd edir.
Balıqlar - günün ilk yarısı işgüzar tərəfdaşlar, həmkarlar və işdə rəhbərliklə müzakirələr üçün əlverişlidir. Mövqeyinizi qoruyun, arqumentlərinizi unutmayın. Qəbul edilmiş oyun qaydalarına riayət edin. Danışmaqla yanaşı, dinləməyi də bacarın.
Günün ikinci yarısında sevdiyiniz insan sizə qarşı iradlar səsləndirə bilər. Kateqorik, sərt cavabınız mübahisəyə səbəb olmasın. Münasibətləri normallaşdırın. Belədə bir-birinizi daha yaxşı anlaya bilərsiniz.
Milli.Az
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu (Yenilənib)
Ramazanən 5-ci günün duası: imsak və iftar vaxtı
Bəzi rayonlara yağış və qar yağacaq - Xəbərdarlıq
Deputat da dilə gəldi... - Erkinlə Fərmanın gizli planı!
Prezident İlham Əliyev Səudiyyə Kralına məktub ünvanlayıb - MƏTN
Şamaxıda zəlzələ olub
Ər əvvəl arvadını öldürüb, daha sonra isə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + FOTO
AGENTLİK SƏDRİ HƏBS EDİLDİ - Nə baş verir?
Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər
Ana dilimiz: ən gözəl arzu... - Əli Cabbarov yazır
Adnan Əhmədzadənin biznesini alan Yusif Məmmədov: "Gizlətmirəm, Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki..."
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
Bazar günü Azərbaycanda arabir yağış yağacaq - PROQNOZ
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb
Türkiyədə 4,5 maqnitudalı zəlzələ baş verib
Yevlax stadionu futbol azarkeşlərinin ortaq görüş nöqtəsi olacaq - "Karvan Yevlax”ın icraçı direktorundan maraqlı açıqlamalar
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Muğlada 44 qanunsuz miqrant xilas edlib
“Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə icra olundu
Tramp savaş anonsu verdi: "İrana lokal zərbə endirməyi düşünürəm"
Almaniya kansleri: "Yeni dünya nizamı sürətlə formalaşır" - "Bu yeni dünya sərt və bəli, təhlükəlidir"
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
"Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər" - SƏFİRLİK BƏYANAT YAYDI
PREZİDENTDƏN MÜHİM İSLAHAT FƏRMANI: bu qurumlar birləşir, yeniləri yaradılır - DETALLAR
Prezident onlara yeni vəzifə verdi - SƏRƏNCAM
Şəhid Nofəl Əsgərov dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Oqtay Qasımovun məqsədi məni dələduz göstərməkdir" - Həbs olunan partiya sədri hakim qarşısına çıxarıldı
Müğənni Fərəh Samirəqızı saxlanılıb
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı... - Yeni qanun
"Vilyarreal" Marko Asensionu heyətinə qatmaq istəyir
Milli Məclisin növbəti plenar iclasınin vaxtı açıqlandı
"Brayton" və "Bayern Münhen" Said El Malanı transfer etmək istəyir
Xocavənd şəhəri və kəndinə ilk köç karvanı yola salınıb
Sabah hava necə olacaq? - Proqnoz
Mülki və inzibati işlər tam elektronlaşdırılacaq
Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sı ratifikasiya olunub
Bu qanunu pozanlar 2500 manatadək cərimələnəcək - Dəyişiklik
Zahid Oruc Milli Məclisdə: "Emin Hüseynov insan haqlarının vəziyyətini soruşur, Mehriban xanım isə..."
Sumqayıtda şəhidlə vida mərasimi olub
Prezident İlham Əliyevin ABŞ-a səfəri başa çatıb
Şəhid Rafiq Hüseynovla vida mərasimi keçirilib