GÜCLƏRİN CƏNUBİ QAFQAZDAKI SAVAŞI və ya QƏRBİN GİZLİ PLANI... - Əliyev erkən seçkiyə niyə qəfil qərar verdi?
09-12-2023 [15:55]
"Xarici güc mərkəzlərinin regionumuz, o cümlədən Azərbaycanla bağlı planları, bizdən tələb və istəkləri haqqında ən informasiyalı şəxslərdən biri sayılan Prezident İlham Əliyevin qəfildən, heç kimin gözləmədiyi halda, ölkədə növbədənkənar prezident seçkiləri təyin etməsi ciddi müzakirə mövzusuna çevrilib".
Mia.az xəbər verir ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Elxan Şükürlü sosial media hesabında yazıb.
Onun sözlərinə görə, hazırda hər kəsin cavab axtardığı bir sual var:

"Növbədənkənar prezident seçkiləri hansı ehtiyacdan yaranıb və bu qərarın qəbulunda hansı – daxili, yoxsa xarici amillər əsas rol oynayıb?"
E.Şülürlü bildirib ki, hökumətin təbliğat maşını növbədənkənar seçki zərurətini daha çox daxili amillərlə - Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və ölkənin bütün ərazilərini əhatə edən bir seçkinin keçirilməsinə olan ehtiyacla, hakimiyyət əleyhdarları isə ökədə sosial-iqtisadi vəziyyətin 2025-ci ilədək ciddi şəkildə ağırlaşacağı və Əliyevin nüfuzunun zəifləyə biləcəyi qorxusuyla izah etməyə çalışsalar da, hər iki arqument olduqca dayanıqsız, məntiqə və sağlam düşüncəyə ziddir:
"Əksinə, bu qərarın hansı zaman çərçivəsində və hansı geosiyasi şəraitdə qəbul edildiyinə, eləcə də sərəncam imzalanan günədək regionumuz ətrafında və ölkəmizdə hadisələrin hansı istiqamətdə getdiyinə diqqət yetirdikdə, Prezidentin və dövlət ərkanının olduqca məxfi saxladığı “erkən seçki planı”nın da hansı səbəblərdən qaynaqlandığı haqda da təxminlər yürütmək mümkündür.

Görünən odur ki, erkən seçki qərarında daxili deyil, xarici faktorlar əsas rol oynayıb. Xüsusən o fakta diqqət yetirmək gərəkdir ki, Əliyev erkən seçki qərarını açıqlamazdan bir gün əvvəl – dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” adlı tədbirdə həm Ermənistanla Azərbaycan arasında gedən sülh danışıqlarının real durumu və perspektivləri haqqında cəmiyyətə müfəssəl məlumat vermiş, həm də regionda rəqabət aparan güc mərkəzlərinə ünvanlı çox mühüm, hətta ilk dəfə dilə gətirilən bəyanatlar səsləndirmişdi.
Məsələn, Əliyevin ilk dəfə açıq şəkildə dilə gətirdiyi bəynatlardan biri Azərbaycanın xarici siyasət konsepsiyasında Avropa İttiaqına üzvlük məsələsinin hədəf olmadığını və Azərbaycanın da heç vaxt Avropa İttifaqına üzv qəbul edilməyəcəyini elan etməsi idi.
Eyni zamanda, Əliyev diplomatik dillə Ermənistanın da Rusiyanın çətiri altında çıxıb Qərbə inteqrasiyasının rəsmi İrəvan üçün qurtuluş olmayacağına əminliyini ifadə etmişdi. Paşinyanın cəhdlərini “bir qütbdən digərinə xaotik keçid” və “yeni böyük qardaş axtarışı” kimi qiymətləndirən Azərbaycan prezidenti “daha uzaqda olan yeni böyük qardaş”ın əvvəlkindən yaxşı olacağına şübhə etdiyini dilə gətirməklə yanaşı, Ermənistanın öz suverenliyini yalnız Cənubi Qafqaz ölkələriylə birgə addımlayacağı halda təmin edə biləcəyinə açıq eyham vurmuşdu.

Yəni, daha konkret desək, Əliyevin 6 dekabr bəyanatlarının məzmununun təhlilindən çıxan nəticə o idi ki, Qərb-Rusiya qarşıdurmasının növbəti episentrinə çevrilən Cənubi Qafqazı qarşıdakı illərdə çox çətin bir mərhələ gözləyir və hər üç Cənubi Qafqaz respublikasının geopolitik seçimi bu təhlükənin miqyasına da mütləq təsir göstərəcək".
Ekspert xatırladıb ki, 2020-ci ilin 44 günlük Vətən Savaşından sonra Prezident İlham Əliyev Cənubi Qafqazda davamlı sülhə və əməkdaşlığa nail olmaq üçün hər üç respublikanın öz yaxın qonşuları ilə – Rusiya, Türkiyə və İranla birgə yeni bir formatda əməkdaşlığa başlamasının zəruriliyini elan etmiş, 2023-cü ilin 20 sentyabrındakı antiterror əməliyyatlarından sonra isə daha açıq şəkildə “Regiondan kənar qüvvələr əllərini bizdən çəkməli, imkan verməlidilər ki, Cənubi Qafqaz rahat nəfəs alsın” çağırışını Qərbə ünvanlamaqla, Ermənistanla sülhə də məhz onların maneçilik törətdiyini vurğulamışdı: "Əslində, elə Prezident İlham Əliyevin erkən seçki qərarının sirrini də məhz bu amildə -Azərbaycanın 2020-ci il savaşından sonra regionda yeni reallıqlara uyğun olaraq təklif etdiyi və 2023-cü ildəki antiterror əməliyyatlarıyla daha da gücləndirdiyi yeni geopolitik paradiqmanın - “3+3” formatının gerçəkləşməsinə Qərbdən yaranmış risk və təhlükələrdə axtarmaq gərəkdir.
Bir qədər də dəqiq desək, Əliyev Cənubi Qafqazda davamlı sülhə nail olmaq uğrunda Qərblə açıq döyüşə başlayır və üzərinə olacaq hücumdan qorunmaq üçün də döyüşöncəsi səngərlər - siyasi müdafiə sədləri qurur, ehtiyat tədbirlərini görür!".
Elxan Şükürlünün fikrincə, Əliyev çox yaxşı bilir ki, onun öz coğrafiyamızın şərtlərinə uyğun olaraq təklif etdiyi və regionun üç nəhəng ölkəsi – Rusiya, Türkiyə və İran tərəfindən də dəstəklənən “3+3” formatı ABŞ və Avropa İttifaqının son 30 il boyunca regionda həyata keçirməyə çalışdığı strategiyaya daban-dabana ziddir:

"Çünki ABŞ və Avropanın strategiyasında hər 3 Cənubi Qafqaz respublikasına əməkdaşlıq meydançası kimi yox, Rusiya, İran, Türkiyə və Çinə qarşı qoyulacaq qarşıdurma məkanı kimi baxılıb! İnid Əliyev nəinki 5 region ölkəsini bir-birinə bağlayan Azərbaycanı, eyni zamanda Gürcüstan və Ermənistanı da Qərbin təsirindən çıxaracaq daha cəlbedici model ortaya qoyur!
Şübhəsiz ki, bu, qətiyyən Qərbin ürəyincə deyil və onlar, bir tərəfdən, Avropa İttifaqına, NATO-ya sürətləndirilmiş üzvlük vədiylə Ermənistan və Gürcüstan üzərindən bu formatı dağıtmağa, eyni zamanda da Azərbaycanın içərisindən illərdir yetişdirib-bəslədikləri şəbəkənin əliylə də daxildən hakimiyyətə təzyiqlərə başlayacaqlar.
Əliyevsə eynilə 2018-ci ildəki taktikasını təkrarlayıb, 2024-cü ilin 7 fevralına – Rusiyada və ABŞ-da gələn ilə keçiriləcək prezident seçkilərindən daha əvvələ erkən seçki təyin etməklə, faktiki olaraq, Qərbin gələcək seçkilər üçün planlaşdırdığı bütün “inqilabi situasiya” şəraitini, risk və təhlükələri də öncədən dəfn etmiş olur. Çünki bu erkən seçki imkan verəcək ki, öz siyasi nüfuzunun pik dövrünü yaşayn Əliyev yenidən Azərbaycan Respublikasının prezidenti seçilməklə, ən azı, 7 illik sabit bir vaxt limiti qazansın, həm region, həm də ölkənin içiylə bağlı nəzərdə tutduğu planlarını rahat həyata keçirə bilsin!

Baxın, Əliyevin erkən seçki qərarına ən böyük etiraz da məhz Qərbdən və ölkəmizdəki Qərbyönümlü müxalifətdən - Avropa İttifaqı və NATO-ya inteqrasiya tərəfdarlarından başlayıb. Çünki onlar da çox yaxşı bilirlər ki, Əliyev bu qərarıyla bütün rəqiblərini çox hazırlıqsız vəziyyət salıb və bu şəkildə 7 fevral seçkilərinə gedilməsi onların rüsvayçı məğlubiyyətlərinin növbəti rəsmləşməsi, Qərbin gələcəkdə "inqilabi situasiya yaratmaq" planlarının alt-üst edilməsi olacaq".
F.ƏHMƏD
MİA.AZ
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR