Somali prezidentinin oğlu İstanbulda adam öldürdü - Polis buraxdı, İmamoğlu hədələdi, nazir isə... (VİDEO)
GÜNDƏM
08.12.2023, 15:27
Prokurorluq İstanbulda motosikletli kuryerinin öldüyü qəza ilə bağlı Somali prezidentinin oğlu Mohammed Hassan Shekh Mohamud haqqında həbs tələb edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, noyabrın 30-d a İstanbulda motosikletli kuryeri arxadan vuraraq ölümünə səbəb olan Somali prezidentinin oğlu Mohammed Hassan Shekh Mohamud saxlanlsa da, o, qısa müddət sonra "günahı yoxdur" əsası ilə sərbəst buraxılıb: "Hadisə noyabrın 30-da, günorta saatlarında Kennedi küçəsində Zeytinburnu istiqamətində baş verib. 2 uşaq atası, 38 yaşlı Yunus Emre Göçer idarə etdiyi motosikletlə yolunda gedərkənSomali prezidentinin oğlu Mohammed Hassan Shekh Mohamudun idarə etdiyi 06 CD 4581 dövlət nömrə nişanlı avtomobil tərəfindən arxadan vurulub. Zərbənin təsirindən yola düşən Göçer ağır yaralanıb. Göçer aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Göçerin ölümündən sonra mütəxəssislərin ilkin təsbitində heç bir günahının olmadığı bildirilən Məhəmməd sərbəst buraxılıb. Hadisənin videogörüntüləri ortaya çıxdıqdan sonra İstanbul Respublika Prokurorluğu onun həbsini tələb edib".
Məhkəmə yaxın müddətdə bu tələbə baxacaq.
Bu gün isə baş verən hadisənin görüntülərini sosial media hesabında paylaşan İstanbul bəılədiyyəsinin sədri Əkrəm İmamoğlu Somali prezidentinin oğlu Məhəmməd Həsən Şex Məhəmmədin sərbəst buraxılmasını etiraz edib: "Somali prezidentinin oğlu motosiklet sürücüsü Yunus Emre Göçeri vuurb öldürüb və o, sərbəst buraxılıb. Allah Göçərə rəhmət eləsin, ailəsinə başsağlığı versin. Bu məsələni nəzərdə saxlayacağıq. On minlərlə motosikletli kuryer işçisi adına hüquqi prosesi sonuna qədər təqib edəcəyəm".
Ədliyyə naziri Yılmaz Tunç isə yayılan görüntülərlə və tirajlanan xəbərlərlə bağlı deyib ki, qanun qarşısında hamı bərabərdir: "Son görüntülərə baxdığımızda vətəndaşımız motosiklet sürərkən arxadan vurulduğu görünür. Bunu qiymətləndirəcək Respublika Baş Prokurorluğudur. Vətəndaşımıza Allahdan rəhmət diləyirəm. Orada cinayət varsa, cəzası da olacaq. Hər kəs qanun qarşısında bərabərdir".
Firudin Səfərli
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:07 GÜNDƏM
-
“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir, möhlət istəyir…” - VİDEO
Bugün, 00:00 GÜNDƏM
-
“Çağırır torpağım, çağırır anam...”
26.06.2026, 23:51 MƏDƏNİYYƏT
-
Mədəniyyət kanalının rəhbəri dəyişib? - AÇIQLAMA (YENİLƏNİB)
26.06.2026, 22:32 PRESS
-
Zakir Həsənov generallara rütbələrini təqdim etdi - FOTOLAR
26.06.2026, 18:15 CƏMİYYƏT
-
Xalq şairi Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib
26.06.2026, 16:14 MƏDƏNİYYƏT
-
Hindistanlı cütlük Şahdağda 3 gün 3 gecə toy edir - VİDEO
26.06.2026, 16:12 ŞOU-BİZNES
-
Bakı Dövlət Universitetinə prorektor təyin olunub - FOTO
26.06.2026, 15:19 CƏMİYYƏT
-
Ceyhun Sultanov yeni vəzifəyə təyin edildi
26.06.2026, 15:13 İDMAN
-
"Neftçi" klubu baş məşqçi ilə müqaviləni yeniləyib
26.06.2026, 13:21 İDMAN
-
Avropa Komissiyasının sədri Azərbaycana gəlir
26.06.2026, 12:48 GÜNDƏM
-
Azərbaycan nefti bir dollar bahalaşıb
26.06.2026, 11:02 İQTİSADİYYAT
-
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib
26.06.2026, 10:06 GÜNDƏM
-
Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib - FOTO
26.06.2026, 10:05 GÜNDƏM
-
DÇ-2026: Türkiyə evə döndü, Paraqvay isə...
26.06.2026, 09:07 İDMAN
-
Tovuzda uşaq baxçasının müdirəsi iş otağında döyülüb
26.06.2026, 00:26 CƏMİYYƏT
-
Şahin Bağırov: "Azərbaycan və Gürcüstan gömrük xidmətləri bir-birinə yaxın məsafədə çalışacaq"
26.06.2026, 00:23 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26.06.2026, 00:05 MƏDƏNİYYƏT
-
Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür
26.06.2026, 00:01 GÜNDƏM
-
Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım - FOTO
25.06.2026, 23:01 GÜNDƏM
-
Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
25.06.2026, 22:43 İQTİSADİYYAT
-
TƏBİB-in yeni "media patron"u "seçilmiş jurnalistlər"lə görüşü niyə gizlətmək istəyib? - Zara İbrahimovanın izahı və jurnalistlərin rəyi... (FOTOLAR)
25.06.2026, 22:05 PRESS
-
Hörmüz boğazında yük gəmisi vurulub
25.06.2026, 21:54 DÜNYA
-
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı oldu
25.06.2026, 20:37 GÜNDƏM
-
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb - FOTOLAR
25.06.2026, 20:08 SİYASƏT
-
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və..." - Hikmət Hacıyev
25.06.2026, 19:05 SİYASƏT
-
Azərbaycan hərbçiləri "Anadolu Qartalı - 2026" taktiki-uçuş təlimində - FOTOLAR
25.06.2026, 18:47 GÜNDƏM
-
Analitik Ekspertiza Mərkəzinə müdir təyinatı olub
25.06.2026, 18:01 CƏMİYYƏT
-
Sahibkarlıq subyektlərinə dəstək göstəriləcək - Baş nazirdən qərar
25.06.2026, 17:50 İQTİSADİYYAT
-
Türkiyədə zəlzələ olub
25.06.2026, 17:49 GÜNDƏM
-
İstanbulun “göbəyi”ndə rus blogerə sataşdılar - "Gəl, bu gecə qonağım ol"
25.06.2026, 17:38 PRESS
-
Sabah bu yollar yürüşlərə görə müvəqqəti bağlanacaq - SİYAHI
25.06.2026, 17:34 CƏMİYYƏT
-
Ədliyyə naziri deputata qalib gəldi – Təzminat ödəniləcək
25.06.2026, 17:27 DÜNYA
-
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
25.06.2026, 17:16 GÜNDƏM