Naftalan şəhərində keçirilən aksiyada cəmi 4 müraciət ünvanlandı - FOTOLAR

img

07-12-2023 [17:48]


SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Naftalan şəhərində təşkil olunub.

Mia.az xəbər verir ki, aksiyada 10-a yaxın vətəndaş iştirak etsə də, mikrofon önünə cəmi 4 nəfər çıxıb.

4 abonentdən isə yalnız 1 nəfər qaz təchizatında üzləşdiyi problemi səsləndirib.

O da Namiq Qurbanovun həyətyanı sahəsindən keçən qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı ünvanladığı müraciət olub.

Digər 3 abonent Birliyin operativ fəaliyyətinə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Gəncə RQİİ-nin rəhbər şəxsləri səsləndirilən problem və təklifləri qeydiyyata alıblar.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA