Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02-12-2023 [00:07]
Qoç - günün ilk yarısında məhsuldar çalışın. Əməyiniz bəhrəsini verəcək. Gəlir əldə etmək üçün inadkar və qətiyyətli olmalısınız. Tələbələr, şagirdlər, mühəndislər, kommersantlar, memarlar üçün yaxşı gündür.
Günün ikinci yarısında tərəfdaş və ya şəriklə danışıqlarınız uğurlu olacaq. Şəxsi həyatınızda hisslər tarıma çəkilməməlidir. Yeni macəralar aramayın. Dostluq münasibətləri ilə hisslər arasında dəqiq sərhədi müəyyənləşdirin. Sevdiyiniz insana qısqanclıq üçün heç bir səbəb verməyin.
Buğa - günün ilk yarısı sakit və rəvan olacaq. Lakin saatlar keçdikcə ekstravaqanat, qeyri-adi qərarlar qəbul edəcək situasiyalar yaşanacaq. Qərarlarınız və fəaliyyətiniz dəqiq bəlirlənmiş istiqamətdə olmalıdır. Belədə özünüzlə bahəm, ətrafınızdakı insanlar da gəlir əldə edəcəklər. Günün ikinci yarısınla dostlar və tanışlar planlarınızla niyyətlərinizi dəstəkləyəcəklər.
Yaxınlarınızla münasibətlərinizi gərməyin. Ailədə qarşılıqlı iradlar və emosional açıqlamalar kritik vəziyyət yarada bilər. Soyuqqanlı, təmkinli davranın. Sevdiyiniz insanla münasibətləri qorumaq üçün aktiv olun.
Əkizlər - səhər saatlarından etibarən mühüm görüşə can atmayın. Önəmli danışıqlar və ya müzakirələr üçün əlverişli zaman deyil. Amma saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Bilik və bacarıqlarınızı peşəkar səviyyədə nümayiş edin.
Günün ikinci yarısında qeyri-standart qərarlar qəbul edə bilərsiniz. Ailə üzvləri ilə qayğıkeş olun. Məişət problemlərinin sayı artacaq. Subaysınızsa, axşam saatlarında maraqlı görüşlər olacaq.
Xərçəng - rutin işlər sizi bezdirə bilər. Narahat olmayın, saatlar keçdikcə situasiya dəyişəcək. Sizi sürpriz gözləyir. Maliyyə məsələlərinin həlli üçün əlverişli zaman deyil. Mühüm qərarların qəbulunu ertələyin.
Günün ikinci yarısında mütəxəssislərin, işə bələd olan insanların məsləhətlərinə qulaq asın. Alış-verişə yollanmaq olar.
Yaxınlarınız sizi dəstəkləyəcəklər və kömək edəcəklər. Buna cavab olaraq sayğılı davransanız, ailədəki münasibətlər möhkəmlənəcək.
Şir - günün ilk yarısında sakit və rəvan vəziyyət saatlar keçdikcə gərginləşəcək. Situasiyadan asılı olaraq sürətli, təcili qərarlar qəbul etməli olacaqsınız. Qayğılar və problemlər nəticəsində başağrısı, güclü yorğunluq hissi yarana bilər. Günün ikinci yarısında hiperfəallığa can atmayın.
Yaxınlarınızla təmaslarda diqqətli, qayğıkeş olun. Sakit şəraitdə çalışın. Bəxtəvərlik və xoşbəxtlik arayırsınızsa, maraqlandığınız insandan xoş sözlər eşidəcəksiniz.
Qız - ünsiyyət, problemlərin müzakirəsi, informasiya mübadiləsi və məlumatların nəzərdən keçirilməsi üçün pis zaman deyil. Yaxın ətrafınızdakı insanlardan biri bilavasitə peşəkar fəaliyyətinizlə bağlı olmayan məsələyə görə sizdən yardım istəyəcək. Günün ikinci yarısında çay gəlməmiş çirmənməyin. Tələsik addımlar və düşünülməmiş qərarların çox pis fəsadları ola bilər.
Ailə qayğılarını sürətlə çözmək mümkündür. Çətinlikləri həll etdikcə həzz alacaqsınız. Uşaqlar və yaşlı qohumlarla təmaslar üçün yaxşı zamandır. Axşam saatlarını dostlarla keçirin.
Tərəzi - heç bir plan və ya niyyət qəfil dəiyşikliklərdən sığortalanmayıb. Əndişəyə qapılmayın. Saatlar keçdikcə problemləri həll edə bilərsiniz. Başladığınız işi yarımçıq qoymayın.
Günün ikinci yarısında ağır situasiya yaranacaq. Dostlarınızdan birinin probleminin çözülməsində fəal iştirakınız tələb olunur. Ailədə emosional mübahisələr başlaya bilər. Münasibətlərin aydınlaşdırılması, qısqanclıq istisna deyil. Lakin soyuqqanlı davransanız, yarana biləcək münaqişəni ilkin mərhələdə həll edə bilərsiniz. Situasiyaya rasional baxışda da xeyir var.
Əqrəb - yaxın ətrafınızdakı insanların mövqelərini və fikirlərini nəzərə alın. Tənqidə həddən artıq sərt reaksiya verməyin. Hamıdan yaxşı, superpeşəkar və meqaağıllı olduğunuzu əsla düşünməyin. Kimin əsl dost, kimin də maskalanmış bədxah olduğunu müəyyənləşdirmək üçün yaxşı gündür.
Günün ikinci yarısında ailə üzvləri ilə təmaslarda avtoritar olmayın. Müstəqil fəaliyyətə maneələr yaratmayın. Belə olarsa, yaxınlarınız tərəddüd və təbəddülat içində olacaqlar. Onları anlamağa cəhd göstərin. Axşam saatlarını dostlar və həmfikirlərlə keçirin.
Oxatan - yeni biliklər və fərqli məlumatlar əldə etməyə çalışın. Ünsiyyətdə səmimi olun. Həmsöhbətinizin dediklərini diqqətlə dinləyin. Təcili olaraq harasa yollanmaq zərurəti yarana bilər.
Qəfil situasiya güclü emosiyalar yaradacaq. Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla təmas zamanı ehtiyatlı olun. Yaxınlarınızla mübahisə etməyin. Ailənizdə sakitlik və rəvanlıq hökm sürsün.
Müsbət emosiyaları və nikbin olsanız, işlərinizdə irəliləyişlər istisna deyil. Subaysınızsa, sizi romantik axşam gözləyir.
Oğlaq - yeni məlumatlar əldə edin, mövcud informasiyaları yeniləyin. Peşəkar fəaliyyət müstəvisində uğurlar əldə etmək üçün ətrafınızdakı insanlarla qarşılıqlı təmaslarda olun. Yazışma, sənədləşdirmə üçün əlverişli zamandır.
Günün ikinci yarısında planlaşdırılmamış işlər və qəfil situasiyalar ola bilər. Mühüm layihəni ertələyin ki, ciddi səhvlərə yol verməyəsiniz. Yaxınlarınız diqqət və qayğı tələb edirlər. İşləriniz çox olduğundan qıcıqlana bilərsiniz. Hisslərə qapılmayın. Axşam saatlarında normal istirahət edin.
Dolça - ünsiyyət sizi sevindirəcək. Mübahisə etməyin. Sizə nəyisə sübüt etməyə çalışan insanla aqressiv davranmayın. Soyuqqanlı olun, diplomatikcəsinə davranın. Yaxın ətrafınızda dedi-qodulara, şayiələrə ifrat meylli insan var.
Günün ikinci yarısı pul yatırmaqla yanaşı, pul əldə etmək üçün pis deyil. Alış-veriş etmək olar. Geyim seçəndə diqqətli olun. Ailə üzvləri ilə müzakirələrə başlasanız, söhbət mübahisəyə çevriləcək. Mövqeyinizi hər vəchlə qorumağa çalışmayın. Münaqişə yarana bilər.
Balıqlar - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclüdür. Başqalarına çox mürəkkəb təsir bağışlayan bəzi işləri uğurla başa vura bilərsiniz. Müşkül məsələlərin həlli heç bir çətinlik yaratmayacaq.
Günün ikinci yarısında ağır problemlər yaranmayacaq. Əksinə, xoş sürprizlər olacaq.
Yaxınlarınızla təmaslarınız rəvan olsun. Ailə üzvləri qarşılaqdıqları məişət qayğılarının çözülməsində sizdən yardım gözləyirlər. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Milli.Az
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib
İrakli Kobaxidze İlham Əliyevə zəng edib
Bakı-Sumqayıt yolunda avtobus yanıb
Sabah dağlıq rayonlarda qar yağacaq
Nazirlik Rafael Ağayevi niyə tədbirə çağırmadı? - Məşhur idmançı "heç nə danışmayacam" deyir
Saç testində kokain qəbul etdiyi üzə çıxan klub prezidenti qəzəbləndi: "Təkrar ekspertiza tələb edirəm"
Putin Azərbaycan prezidentinə zəng edib
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib
Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi - FOTO
Xırdalanda iki aylıq körpə qidadan boğulub
İcra başçısı sakinin 100 manatına ehtiyac duyub - Məhkəmə qalmaqalı
7 komanda cəzalandırılacaq - Super Liqada
"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı
PUTİN ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: "Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir"
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub
Qazimiz Türkiyədə vəfat edib
Papadan dünyaya çağırış: "24 saatlıq atəşkəs elan edin!" - "Məni həqiqətən kədərləndirən hallardan biri Rusiyanın..."
Bakıda gəmi hərraca çıxarılıb
Leyla Əliyeva maraqlı foto paylaşdı: “Əziz ata, ad günün mübarək”
Əfsanəvi Tofiq Bəhramovun nəvəsi rəis vəzifəsindən çıxarılıb - Gömrükdə daha bir dəyişiklik
Bəylər Əyyubovun həbs edilən vəzifəli qardaşı oğlu... - Xəzər dənizinin sahilində 15 hektarlıq ərazi necə ələ keçirilib?
Saatlıda ər-arvad dəm qazından ölüblər
Azərbaycan neftinin qiyməti 66 dolları ötdü
"Məğlubiyyətə layiq deyildik" - Domeniko Tedesko