NATO Baş katibi: "Rusiya Qafqaz və Orta Asiyada əvvəlki təsirini itirib" - "Moskva gələcəyini Pekinə girov qoyub"
29-11-2023 [17:23]
"Rusiyanın Ukraynada itkisi 300 mindən çoxdur".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirləri Toplantısından sonra təşkil olunan mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Rusiya ötən ilin fevralından bu günədək Ukraynadakı müharibədə yüzlərlə təyyarə, minlərlə tank, eləcə də 300 mindən çox əsgər itirib: "Üstəlik, Rusiyanın ələ keçirdiyi bölgələrin 50 faizini Ukrayna ordusu geri almağı bacarıb".
Ukraynanın suveren dövlət olaraq mövcudluğunu davam etdirdiyini və bunun ən mühüm nailiyyət olduğunu vurğulayan Stoltenberq bildirib ki, Rusiya siyasi baxımdan təkcə Ukraynada deyil, Qafqazda və Orta Asiyada da əvvəlki təsirini itirib: "Hazırda Rusiya Çindən daha çox asılı vəziyyətə düşür. Moskva gələcəyini Pekinə girov qoyub".
Rusiyanın iqtisadi təzyiq altında olduğunu, neft və qaz gəlirlərinin azaldığını, 1000-dən çox xarici şirkətin ölkədəki fəaliyyətini dayandırdığını və ya dövrlüyünü kəskin azaltdığını, keçən il 1,3 milyon insanın Rusiyanı tərk etdiyini də sözlərinə əlavə edən Stoltenberq qeyd edib ki, bütün bunlar Putinin günahıdır: "O, Ukraynanı işğal etməklə strateji səhvə yol verdi. Düzdür, Rusiyanın kişik görmək olaz. Ancaq indi Rusiya iqtisadiyyatı da müharibə vəziyyətindədir. Putinin itkilərə qarşı dözümlülüyü yüksəkdir. Rusiyanın Ukraynadakı hədəfləri dəyişməyib. Rusiya qışdan əvvəl böyük bir raket ehtiyatı yaratdı. Üstəlik, Ukraynanın elektrik təchizatını sıradan çıxarmaqla ölkəni qaranlıq və soyuqda əzməyə can atır".
Baş katib sonda Ukraynanın qələbəsinədək bu ölkəyə dəstək verəcəklərini təkrarlayıb.
Lamiyə Əhmədli
MİA.AZ
Bernardo Silva İtaliya nəhənginin radarına düşüb
"PSJ"nin cinah hücumçusu Bredli Barkola zədələnib
Coşua Zirkze mövsümün sonunda "Mançester Yunayted"dən ayrıla bilər
İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı videoçarx paylaşılıb
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı