ABŞ-nin ATƏT-dəki səfiri: “Biz Bakı ilə  Yeravan arasında görüşlərin keçirilməsi üçün səyləri davam etdirəcəyik"

img

29-11-2023 [13:28]


“ABŞ ardıcıl olaraq bəyan edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını istəyir. Son bir il ərzində biz iki ölkə arasında gedən danışıqları dəstəkləmişik”.

Bunu ABŞ-nin ATƏT-dəki səfiri Maykl Karpenter deyib.

O bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken Cənubi Qafqazda bütün ölkələrin maraqlarına cavab verən münasibətlərin normallaşması səylərində şəxsən iştirak edib: “Biz Ermənistan və Azərbaycan rəsmiləri arasında görüşlərin keçirilməsi üçün işləri davam etdirəcəyik. Bunu qiymətləndirmək tərəflərin özlərindən asılıdır”(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq