Əli Əsədov notariatla bağlı yeni qərar verdi - Dəyişiklik
29-11-2023 [12:43]
Azərbaycan Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilib.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a aşağıdakı məzmunda 15-2-ci hissə əlavə edilib:
- Sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər notariat ofisinə gəlmədən, əvvəlcədən onların xahişi ilə sosial xidmət müəssisəsinin müdiriyyəti tərəfindən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətlərinin aparılması üçün qanunvericiliklə tələb olunan sənədlər, o cümlədən sosial xidmət müəssisələrinə yerləşdirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsi nəzərə alınmaqla) notariusa təqdim edilməklə notariat hərəkəti sosial xidmət müəssisəsində aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir.
Həmçinin, bildirişdə müraciət edilən notariat hərəkətlərinin adı və sayı, xidmətin göstərildiyi yer və başlanma və başa çatma vaxtı (gün və saat), müraciət edənin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi və əlaqə vasitələri (mobil və stasionar telefon nömrələri) əks edilir.
Sosial xidmət müəssisəsinin müdiriyyəti tərəfindən verilmiş bildiriş notariat işində saxlanılır, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin rəsmiləşdirilməsinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq alınmır.
Bundan başqa, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər barəsində notariat hərəkətləri sosial xidmət müəssisələrinin olduğu inzibati ərazi üzrə notariat ofisinin və ya həmin müəssisənin yerləşdiyi əraziyə ən yaxın notariat ofisinin notariusu tərəfindən aparılır.
Qərara əsasən, notarius nəqliyyat xərclərinin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməz.
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...