İsraildə iqtidar böhranı: nazir Netanyahunu "koalisiya hökumətini dağıtmaqla" hədələyib

img

29-11-2023 [00:09]


İfrat sağçı fikirləri ilə diqqət çəkən İsrail Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzzaya hücumların dayandırılmasına görə Baş nazir Binyamin Netanyahunu hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, sosial media hesabındakı paylaşımda Netanyahunu "koalisiya hökumətini dağıtmaqla" təhdid edib.

Nazir savaşın birdəfəlik dayanmasının hökumətin dağılacağına səbəb olacağını açıq bəyan edib: “Müharibənin dayanması hökumətin buraxılması demək olacaq”.

Xatırladaq ki, İsraildə koalisiya hökumətinin qurulması üçün 120 yerlik parlamentin 61 deputatın dəstəyi mütləqdir.

Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətini təşkil edən partiyaların yerlərinin sayı 64-dür.

Ben-Qvirin rəhbərlik etdiyi "Otzma Yehudit" ("Yəhudi Gücü") partiyası koalisiyadadır və onun 5 deputatı var.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:28 17.04.2024

ZİYANLI VƏRDİŞLƏR