İsrail və Həmas arasında növbəti girov mübadiləsi oldu: 10 qarşı 30 

img

29-11-2023 [00:05]


HƏMAS daha 12 girovu "Qırmızı Xaç"a təhvil verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari sosial media platformasında paylaşım edib.

O bildirib ki, HƏMAS az əvvəl daha 10 israilli, 2 əcnəbi girovu ölkələrinə qaytarılmaq üçün Qırmızı Xaç Cəmiyyətinin rəsmilərinə təhvil verib: "Həmin 12 nəfər artıq Misirə doğru yola çıxıblar. Razılaşmaya əsasən, İsrail bunun əvəzinə 15-i uşaq, 15-i isə qadın olmaqla, 30 fələstinlini bu gün sərbəst buraxacaq".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq