Kəlbəcərdə maşın aşıb, ölən var - Açıqlama

img

28-11-2023 [18:30]


Kəlbəcərdə maşın aşıb, ölən var.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Mia.az-a bildirilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Yanşaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Kəlbəcər rayon sakini, 1969-cu il təvəllüdlü Adil Həsənov "Niva" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb və nəticədə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:08 11.04.2024

Bakıda qətl törədilib

12:18 10.04.2024

Sabah yağış yağacaq

16:01 09.04.2024

Millimiz yenə uduzub