Qadın biznesmeni əvvəl güllələdi, daha sonra isə qayçı ilə... - Borc davası (FOTO)

img

28-11-2023 [18:17]


Türkiyədə 49 yaşlı biznesmen sahibi olduğu fabrikdə hücuma məruz qalıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mersində geyim fabrikinin sahibi, 49 yaşlı Hülya Kırmızı əvvəl güllələnib, daha sonra isə boğazını qayçı ilə kəsiilib.

Məlumata görə, onu bu vəziyyətə salan isə  38 yaşlı F.E adlı şəxs olub: "Mersinin Erdemli mahalının Kargıpınarı rayonunda tekstil fabrikinə gələn F.E ona olan borcunu tələb edib. Lakin ala bilmədikdə Hülya Kırmızını tapança ilə vurub, ancaq ölmədiyini gördükdə, qayçı ilə də boğazını kəsərək hadisə yerindən qaçıb".

Xəbərdə deyilir ki, səs-küyə gələnlər biznesmen qadını xəstəxanaya çatdırıblar: "Hazırda onun durumu çox ağırdır. Hadisəni törəədn isə qısa zamanda saxlanılıb".

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:28 17.04.2024

ZİYANLI VƏRDİŞLƏR