Baş katibin Türkiyədən gözləntisi: "Bu görüşə qədər İsveçin NATO-ya tamhüquqlu üzvlüyünə ümid edirdim, lakin..."

img

28-11-2023 [15:39]


"Türkiyənin terrorla mübarizədə qanuni təhlükəsizlik narahatlıqları var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO baş katibi Yens Stoltenberq Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO qərargahında jurnalistlərə açıqlamasında deyib.

Baş katib İsveçin NATO-ya üzvlüyü barədə suala cavabda bildiirb ki, adıçəkilən ölkənin Alyansa üzvlüyü üçün Türkiyə Böyük Millət Məclisində prosesin tamamlanmasını gözləyirlər: "Mən bu görüşə qədər İsveçin NATO-ya tamhüquqlu üzvlüyünə ümid edirdim, lakin bu baş vermədi”.

Prezident Rəcəb Tayyib Ərdoğanın layihəni Türkiyə Böyük Millət Məclisinə təsdiq üçün təqdim etdiyini xatırladan Stoltenberqin sözlərinə görə, Türkiyə Böyük Millət Məclisinin ən qısa zamanda İsveçin NATO-ya üzvlüyüənə "hə" deməsini gözlədiklərini dilə gətirib: 

"Həmçinin yadda saxlamalıyıq ki, Türkiyənin terrorizmlə bağlı qanuni təhlükəsizlik narahatlıqları var. Ankara real terror təhlükəsi ilə mübarizə aparmaq üçün NATO müttəfiqləri ilə daha sıx əməkdaşlıq edir. Heç bir müttəfiq ölkə Türkiyədən daha çox terror hücumuna məruz qalmayıb. Ona görə də mən bunu bu mübarizə prosesinin bir hissəsi kimi anlayıram".

Baş katib İsveçin PKK terrorçularını Türkiyəyə təhvil verməsini qeyd edərək, Ankaradan prosesi tezliklə yekunlaşdıracağına inandığını qeyd edib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR