BLİNKEN ƏLİYEVƏ ZƏNG ETDİ: "Atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub..." - Nələr müzakirə olunub?
GÜNDƏM
28.11.2023, 10:55
Noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.
Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.
Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.
Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.
Dövlət katibi Blinken münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.
Bununla yanaşı, qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.
Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti görüşünə dair fikir mübadiləsi aparıblar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ərdoğan Qazaxıstan prezidentini Ankarada belə qarşıladı - FOTOLAR
Bugün, 21:36 GÜNDƏM
-
Şəmkirdə 67 yaşlı kişi bıçaqlanıb
Bugün, 20:33 KRİMİNAL
-
Yeni nazirdən ilk dəyişiklik - Mətbuat katibi vəzifədən kənarlaşdırıldı
Bugün, 19:44 PRESS
-
İspaniyada sürət qatarları toqquşub: 68 nəfər ölüb, 500-dək yaralı var (YENİLƏNİB)
Bugün, 18:50 DÜNYA
-
Prezidentin qızları “Cənnətin ariyası”nın konsertində - FOTOLAR
Bugün, 18:44 MƏDƏNİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 18:01 İQTİSADİYYAT
-
Azərbaycan Kubokunun növbəti oyunları keçirilib
Bugün, 17:58 İDMAN
-
Derbidə əlbəyaxa dava - "Qalatasaray" və "Fənərbaxça" futbolçularını ağır cəzalar gözləyir
Bugün, 17:33 İDMAN
-
İpoteka kreditləri ilə bağlı qayda dəyişdi
Bugün, 17:33 İQTİSADİYYAT
-
Belqradda İsrail səfirliyinə hücum: iki nəfər öldürüldü - "Bu, terrordur"
Bugün, 17:19 GÜNDƏM
-
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifədən azad edildi
Bugün, 17:02 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:01 İQTİSADİYYAT
-
Azərbaycan Məkkə Konvensiyasına qoşulub
Bugün, 16:55 GÜNDƏM
-
Prezident İlham Əliyev Maliyyə Nazirliyi haqqında fərman imzaladı - Əsasnamə dəyişdi
Bugün, 16:23 GÜNDƏM
-
Prezident "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" haqqında fərman imzalayıb - DƏYİŞİKLİK
Bugün, 16:17 GÜNDƏM
-
AFFA BU KLUBLARI CƏZALANDIRDI
Bugün, 16:03 İDMAN
-
Keçmiş arvadı və iki oğlu tutulan, özü haqqında isə şok iddialar yayılan deputat partiyadan uzaqlaşdırıldı
Bugün, 15:45 SİYASƏT
-
İsrail seçki: bu, Azərbaycan, Türkiyə və ya bölgəyə nə vəd edir? - TƏHLİL
Bugün, 15:35 SİYASƏT
-
Bloger evində ölü tapıldı - Son paylaşımı nə olub?
Bugün, 15:22 PRESS
-
UKRAYNA LİDERİ PUTİNLƏ GÖRÜŞMƏK ÜÇÜN VASİTƏÇİLƏRƏ "AĞIZ AÇIB? - Kremldən yayılan xəbərə reaksiya: "Əgər görüşmək istəyirsə..."
Bugün, 15:16 GÜNDƏM
-
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı
Bugün, 15:02 SİYASƏT
-
Mətbuat Şurasnın İdarə Heyətinin keçmiş üzvü 2 manata çörək aldı, gördüyünə inanmadı - FOTOLAR
Bugün, 14:37 İQTİSADİYYAT
-
Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
Bugün, 14:13 KRİMİNAL
-
Yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılacaq
Bugün, 14:07 İQTİSADİYYAT
-
VƏZİFƏLİ ŞƏXSLƏRƏ HANSI QADAĞALAR QOYULACAQ - Yeni qanun layihəsi Milli Məclisdə (YENİLƏNB)
Bugün, 13:31 GÜNDƏM
-
Bakıda məktəbli 4-cü mərtəbədən yıxılaraq ölüb
Bugün, 13:27 KRİMİNAL
-
"Dövlət qurumları qəbul etdiyi ianələrlə bağlı ictimaiyyətə hesabat verəcəklər"
Bugün, 13:17 CƏMİYYƏT
-
"Onu özünə "ağsaqqal" seçən bəzi məmur və icra başçılarının cəzası haçan veriləcək?" - Keçmiş başçı maraqlı fakt açıqladı
Bugün, 13:06 SİYASƏT
-
NETANYAHU SEÇKİ BİTMƏMİŞ "QILINCINI ÇƏKDİ": "Sionist və yəhudilər ağlını başına yığmalı və..." - "Tehran rejiminin dirçəlməsinə imkan verə bilmərik..."
Bugün, 12:59 GÜNDƏM
-
Nazirlikdə təyinat - Fərman Qurbanlı Aparat rəhbəri oldu
Bugün, 12:46 CƏMİYYƏT
-
ABŞ prezidenti: "Çox tezliklə görüş keçiriləcək"
Bugün, 12:24 GÜNDƏM
-
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
Bugün, 12:10 CƏMİYYƏT
-
Kredit borcu zaminin əmlakına avtomatik qadağa yaradır? - Məhkəmə vahid qərar verdi
Bugün, 12:06 CƏMİYYƏT
-
Nazir müavini: "Axmaqlar doğru seçim etmədi..."
Bugün, 11:52 DÜNYA