7 ölkə Qəzza ilə bağlı yeni qrup yaratdı - "Atəşkəsə təcili nail olmalıyıq"

img

21-11-2023 [00:25]


Türkiyə, İndoneziya, Nigeriya, İordaniya, Misir, Qətər və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri tərəfindən "Qəzzada atəşkəs üçün təmas qrupu yaradılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 7 ölkə nazirləri bui məqsədlə dünyanın mühüm ölkələrinə səfərlərə başlayıblar.

Məlumata görə, Xarici işlər naziri Hakan Fidan çərşənbə günü London və Parisə gedərək orada görüşlər keçirəcək.

Diplomatik mənbələrdən verilən açıqlamaya görə, Türkiyə, İndoneziya, Nigeriya, İordaniya, Misir, Qətər və Səudiyyə Ərəbistanı rəsmiləri Qəzzada atəşkəsə nail olmaq üçün bu gün Çində rəsmi təmaslarda ollublar: "Nümayəndə heyəti sabah Moskvada olacaqlar. Heyət açıq bəyan edib ki, ən qısa zamanda Qəzzada atəşəkəsə nail olunmalıdır"

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR