Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
21.11.2023, 00:06
Qoç - ailə üvləri ilə təmaslarda emosional olmayın. Hisslərinizi cilovlamasanız, planları dəyişmək məcburiyyətində qalacaqsınız. İşdən icazə alın, ailə qayğısını çözün. Ailə üzvləri sizə güvənirlər.
Günün ikinci yarısında kiçik qıcıq və sərtlik çalışdığınız kollektivdə böhran yarada bilər. Mübahisələrdə hisslərə aldanmayın. Axşam saatlarında bir problemi həll edə biləcəksiniz.
Buğa - sakit ritmlə işləsəniz, tələskənliyə yol verməsəniz, bütün işlərin öhdəsindən gələ bilərsiniz. Maliyyə məsələlərinin həllində uğurlu irəliləyişlər ola bilər. Yeni gəlir mənbələri arayın. Bel bağladığınız insanlardan dəstək alacaqsınız.
Günün ikinci yarısında işdə rəhbərliklə, kommersiya fəaliyyəti müstəvisində isə alıcı və ya satıcı ilə müzakirələr aparmaq olar. Enerji ilə qüvvələrinizi bərabər paylaşsanız, ciddi nailiyyətlər əldə edəcəksiniz.
Ailədəki mühit xoşunuza gəlmirsə, onu dəyişin. Ab-havanın yenilənməsi çətin olsa da, mümkündür. İnadkar, əzmkar olun. Bütün hallarda yaxınlarınızla təmaslarda soyuqqanlı və təmkinli davranın.
Əkizlər - daşınmaz əmlakla bağlı məsələlərin effektiv həlli üçün əlverişli zamandır. Təmir, yaşam arealının yaxşılaşdırılmasına başlamaq olar. Yeni mebel almaq üçün münasib vaxtdır.
Günün ikinci yarısı kommersiya üçün yaxşıdır. Sərfəli anlaşmalar, gəlir vəd edən müqavilələrə nail ola bilərsiniz. Daşınmaz əmlak almaq və satmaq olar. Yaxınlarınız sizdən onların işlərində iştirak tələb edəcəklər. Qıcıqlanmayın, səbrli olun. Onlar, sadəcə, sizdən diqqət istəyirlər. Qayğıkeş olun və belədə ailə üzvləriniz sevinəcəklər.
Xərçəng - yalnız ideyaları ön plana çəkməyin. Planlaşdırılmış fəaliyyət olmadan işlərdə önəmli uğurlara nail olmaq mümkün deyil. Əks təqdirdə bir müddət sonra yerinizdə saydığınızı görəcəksiniz. Əhvalınız dəyişə bilər.
Günün ikinci yarısında depressiyaya qapılmayın, bədbin olmayın. Bəzi adamlarla birbaşa yox, elektron poçt vasitəsilə ünsiyyət məsləhətdir.
İstək və niyyətləriniz ailə üzvlərinin istəklərinə uyğun olmaya bilər. Yalnız öz işlərinizlə məşğul olsanız, dəyər verdiyiniz insanlarla münasibətlərinizə zərbə dəyə bilər. Təşəxxüs, təkəbbürdə suçlanmağınıza səbəb yaratmayın.
Şir - pozitiv düşüncə tərzi, qüvvələrinizə inam uğurunuzun rəhnidir. Yaxın ətrafınızdakı insanlar arasında biri yaxın tərəfdaşınız ola bilər. Yardım və dəstək olmadan bugünkü işlərin öhdəsindən gələ bilməyəcəksiniz.
Sizə laqeyd qalmayan adama minnətdarlıq etməyi unutmayın. Günün ikinci yarısında uğurlar və nailiyyətlərinizlə fəxr etməyin. Sadə, təvazökar olun.
Axşam saatlarını aktiv istirahətə, yaxınlarınızla ünsiyyətə həsr edin. Sevdiyiniz işə vaxt tapsanız, əla olar. Münasibətləri möhkəmləndirməyə çalışın.
Qız - ətrafınızdakı insanlarla davranışda eqoist olmayın. Unutmayın ki, eqosentrizm yaxşı heç nə vəd etmir. Səmimiyyət can atdığınız nəsnəni asanlıqla əldə etməyinizin əsas şərtidir. Məqsədə çatmaq üçün nəyisə qurban verməlisiniz.
Günün ikinci yarısında qarşınıza real hədəflər qoyun, prioritetləri müəyyənləşdirin. Karyera sizin üçün daha vacibdirsə ailə işlərinin bəzilərini təxirə salmaq olar.
Günün ikinci yarısında dəvət aldığınız məkana yollanın. Axşam saatlarını xoş məclisdə keçirmək şansınız var. Subaysınızsa, maraqlı insanla tanış olacaqsınız.
Tərəzi - gərəkli informasiyanı uzun müddətdən bəri tapa bilmirsinizsə, onu alternativ mənbələrdə arayın. Yaradıcılıq fəaliyyəti o qədər də yaxşı deyil. Yaxın ətrafınızdakı insanlar sizi layiq olduğunuz səviyyədə dəyərləndirmirlər.
Günün ikinci yarısınşa iştahınıza hakim olun. İdeal tərəfdaş və tam sadiq müttəfiq aramayın. Axşam saatlarını sevdiyiniz insana həsr edin. Səmimi olmağa çalışın.
Əqrəb - yeniliklərin əxz olunması və yeni biliklərin əldə edilməsi üçün əlverişli zamandır. Fəaliyyət arealının genişləndirilməsinə ehtiyac duyulur. Bir qədər tək qalın, müstəqil çalışın. Bu minvalla təhlükəsizlik hissini gücləndirə bilərsiniz.
Günün ikinci yarısında əldə edəcəyiniz məlumat peşəkar fəaliyyət sahəsində irəliləyişlə yanaşı, əlavə gəliri də təmin edə bilər. Axşam saatlarında stressdən qurtulun. Yaxınlarınızla birlikdə istirahət edin.
Oxatan - işgüzar fəaliyyət müstəvisindəki vəziyyət birmənalı deyil. Narahatlıq, nigaranlıq hissləri sizdə şübhələndiyiniz adamı ifşa etmək istəyi yarada bilər. Belə situasiyanı obyektiv izah etmək asan deyil. Axı böhran üçün heç bir obyektiv səbəb yoxdur.
Günün ikinci yarısında sakitləşin. Fəaliyyət aktivliyini bir qədər azaltmaq da olar. Situasiyaya bir qədər fərqli baxın.
Cari məişət qayğılarını çözmək gərəkdir. Axşam saatlarında müttəfiq və tərəfdaşlarla görşün. Romantik təmasları ertələyin.
Oğlaq - diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizə qayğı ilə yanaşırlar. Onlar sizi tərifləyəcək, ideya və layihələrinizdə dəstəkləyəcəklər. Lakin bu durumdan sui-istifadə etməyə, ifrat dərəcədə yararlanmağa çalışmayın.
Günün ikinci yarısında nüfuzunuza xələl gətirə biləcək addımlar atmayın. Ailədəki mühiti yaxşılaşdırmaq üçün əlverişli zamandır. Harmonik münasibətlər ailə üzvləri ilə təmaslardakı müəyyən çətinlikləri aradan qaldıracaq.
Sevdiyiniz insanın sizə münasibəti əminlik və nikbinlik yaradacaq.
Dolça - yaxın ətrafınızdakı insanların qeydinə qalın. Başladığınız işlərə onları da cəlb edə bilərsiniz. Səxavətli olun, qayğınızı və səmimiyyətinizi dəyər verdiyiniz insanlardan əsirgəməyin. Maliyyə məsələlərində isə emosiyalara uymayın. Günün ikinci yarısında diqqətli, sərvaxt davranın. Real situasiyanı nəzərə alaraq məntiqi qərarlar verin. Uzaq qohumlar və dostlardan birinə yardım gərəkdir.
Qohumların arasında ağır vəziyyətə düşənə, çətinliklə üzləşənə kömək edin.
Balıqlar - bu yaxınlarda qəbul etdiyiniz qərarlar və əməlləriniz o qədər də xoş olmayan nəticələr yaradıb. Haqqınızda şayiələr yayanlar var. Köhnə borcu qaytarın. Yaxın ətrafınızdakı insanların davranışlarını diqqətlə müşahidə edin. Vəziyyəti münaqişə həddinə çatdırmayaraq problemi həll etməyə çalışın.
Günün ikinci yarısında romantik hisslər, təəssüratlar və emosiyalarınızı etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla gəzintiyə çıxmaq gərəkdir. Normal istirahət etməyə çalışın.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakı–Tbilisi–Bakı sürət qatarı: vaqonların sayı artırlldı, qiymətlər isə... - MƏBLƏĞLƏR
Bugün, 15:00 GÜNDƏM
-
İcra başçısının nümayəndəsi bələdiyyə sədrinın başına butulka atıb - “Ciyər axşamı”nda dava düşüb
Bugün, 13:31 CƏMİYYƏT
-
Haqqında şok iddialar səsləndirilən rektor Məleykə Abbaszadənin yerinə hazırlaşır? - "DİM sədri olacağımla bağlı iddialar..."
Bugün, 13:19 CƏMİYYƏT
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib - Nələr müzakirə olunub? + FOTOLAR
Bugün, 12:54 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:27 GÜNDƏM
-
Anar Ələkbərov: "İnanıb dəstəkləyən və yanımızda olan hər kəsə təşəkkür edirik"
Bugün, 12:24 MƏDƏNİYYƏT
-
“Stop” əvəzinə “dur”, ya da “toxta” olmalıdır..." - Deputat indi də dilçiliyə keçib, yol nişanlarına belə düzəliş təklif edir
Bugün, 11:26 SİYASƏT
-
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında 5 milyonluq siqaret qaçaqmalçılığı... - Ənvər Tağıyev də həbsdən azad edildi
Bugün, 11:09 İQTİSADİYYAT
-
Leyla Əliyeva və Alyona Əliyeva "Baku Art Weekend” sərgisində - VİDEO, FOTOLAR
Bugün, 10:06 MƏDƏNİYYƏT
-
Qubanın alma bağlarında xəstəlik yayılıb
Bugün, 09:54 İQTİSADİYYAT
-
Azərbaycan nefti bahalaşdı - 4 dollar
Bugün, 09:02 İQTİSADİYYAT
-
Rusiyalı milyarder Bakıya gəlib - FOTO
Bugün, 00:04 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
"Qalatasaray" səfərdə "Konyaspor"u darmadağın etdi
30.10.2026, 22:57 İDMAN
-
Soltanlının gülləri heç vaxt solmayacaq... - Seymur Verdizadə yazır
30.10.2026, 22:44 YAZARLAR
-
G20-nin toplantısında gərginlik yarandı - Lavrova görə "Ailə fotosu" ləğv olunub
30.10.2026, 21:53 GÜNDƏM
-
"Napoli" rəsmisi "Fənərbaxça"nın hücumçusunu ələ saldı: "Biz şanslı idik, onu satdıq"
30.10.2026, 20:47 İDMAN
-
SAHİL BABAYEVƏ DAHA BİR MÜAVİN TƏYİN EDİLDİ - O, kimdir? + FOTO
30.10.2026, 20:04 GÜNDƏM
-
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi və... - Prezident medalları təqdim etdi + VİDEOLAR (Yenilənib)
30.10.2026, 19:35 GÜNDƏM
-
Zelenski Türkiyəyə gəlir
30.10.2026, 18:44 GÜNDƏM
-
Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir
30.10.2026, 17:51 SİYASƏT
-
Türkiyədə işıqpulu qalxıb - Yanvarın 1-dən
30.10.2026, 17:38 İQTİSADİYYAT
-
BİR GÜNDƏ ÜÇ GƏMİ... - Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
30.10.2026, 17:22 DÜNYA
-
DEPUTATLAR DAHA 10 MƏSƏLƏNİ MÜZAKİRƏYƏ ÇIXARACAQ - SİYAHI
30.10.2026, 17:22 GÜNDƏM
-
YAP Təftiş Komissiyası toplandı: sədr və müavin seçildi
30.10.2026, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
30.10.2026, 17:00 İQTİSADİYYAT
-
Canlı yayımda Türkiyəni hədələdi: "Gərəkirsə, anlayacaqları dildə başa salarıq"
30.10.2026, 16:56 DÜNYA
-
Ard-arda ittihamlar öz işini gördü - Deputat istefa verdi
30.10.2026, 16:42 SİYASƏT
-
Böyük ümidlərlə alınmışdı, indi isə... - "Gedirəm"
30.10.2026, 16:35 İDMAN
-
ƏRDOĞANLA BAYRAMOVUN ZİRVƏYƏ DAMĞA VURAN SÖHBƏTİ... - FOTOLAR
30.10.2026, 16:31 GÜNDƏM
-
Tokayev Ankarada: "Türkiyə inanılmaz beynəlxalq nüfuza malik bir ölkədir"
30.10.2026, 16:24 SİYASƏT
-
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - SİYAHI
30.10.2026, 16:09 GÜNDƏM
-
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib - FOTOLAR
30.10.2026, 16:07 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Ankaradan mühüm mesajlar verdi: "Ölkəmiz yalnız öz təhlükəsizliyini təmin etmir, daha geniş regionda..." (YENİLƏNİB)
30.10.2026, 16:02 SİYASƏT