Fransa ABŞ və Avropa İttifaqına qarşı: Parisin göndərdiyi silahlar Rusiyanın əlinə keçə bilər...
20-11-2023 [23:09]
Azərbaycan prezidenti İlham Əliyev İraq prezidenti Əbdüllətif Camal Rəşid ilə birlikdə mətbuata bəyanatında Fransa-Ermənistan münasibətlərini kəskin şəkildə tənqid edib.
Fransanı Ermənistana pis məsləhətlər verilməkdə suçlayıb: “Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər.. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir; Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə”.
Bəli, İlham Əliyev təkidlə deyir ki, “Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır”. Ancaq belə bir fikir yaranmasın ki, Azərbaycanla Fransanın münasibəti pis olduğuna görə İlham Əliyev belə deyir. Fransa Cənubi Qafqazda destruktiv rol oynaması artıq xeyli vaxtdır ki, dünya mediasının gündəmindədir. Sizə təqdim etdiyim bu məqalə Bolqarıstanın “sofiaglobe.com” saytında gedib. “French weapons could be used by Iran and Russia against the West” (Fransa silahlarından İran və Rusiya Qərbə qarşı istifadə edə bilər) adlnan həmin məqaləni cüzi ixtisarla sizlərə çatdırırıq:
Noyabrın 5-də Beyruta səfərindən sonra Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastien Lecornu Livan ordusunun “gücləndirilməsinin” vacibliyindən danışıb. Onun sözlərinə görə, bu, İsraillə İranın nəzarətində olan Livanın “Hizbullah” hərbi-siyasi təşkilatı arasında gərginliyin artması fonunda xüsusi əhəmiyyət kəsb edir. Buna cavab olaraq noyabrın 16-da ABŞ-ın mühafizəkar respublikaçılarının tribunası olan “The National Interest” Parisin mövqeyini tənqid edib: “Livan ordusuna tədarük edilən hər hansı hərbi texnikanın “Hizbullah” terror qruplaşmasına və ya onun ağası İrana doğru yol alması riski çox yüksəkdir. “Hizbullah”ın İsrailin şimalına davamlı raket hücumlarına baxmayaraq, bu riskə məhəl qoyulmadı”.
İsrailin “Alma” (məhz Alma) tədqiqat mərkəzi iyun ayında xəbərdarlıq etmişdi ki, “Hizbullah”ın arsenalına Livana ABŞ, İngiltərə və Fransadan gətirilən silahlar daxildir. Bununla bağlı Israil Qərbi Livana yeni silahlar göndərməməyə çağırıb. Buna baxmayaraq, Paris yenə də Beyruta onlarla qabaqcıl zirehli texnika göndərməyə hazır olduğunu açıqlayıb. Maraqlıdır ki, bu açıqlama “Hizbullah” lideri Həsən Nəsrullahın döyüşçülərinin Livan-İsrail sərhədində “indiyə qədər görünməmiş şiddətdə gedən savaşda” iştirakını elan etdikdən bir gün sonra verilib.
Fransa prezidenti Emmanuel Makronun ərəb-İsrail münaqişəsinin hazırkı gərginləşməsi ilə bağlı siyasəti ABŞ və Britaniyanın ümumi xəttinə tamamilə ziddir. Vaşinqton və London Qəzza zolağında atəşkəsə qarşı çıxaraq “bu, yalnız HƏMAS-ın xeyrinə olacaq”, deyib. Rəsmi Paris isə noyabrın 11-də İsraili kəskin şəkildə tənqid edərək hərbi əməliyyatları dayandırmağa çağırıb. Makron yəhudi dövlətini “körpələrin və qadınların qatili” adlandırıb. Makronun siyasəti təkcə İsrail ilə deyil, həm də Cənubi Qafqazda ABŞ və Avropa İttifaqın maraqları ilə tərs mütənasibdir. Bunu İranla hərbi-strateji tərəfdaşlığı açıq şəkildə ortada olan Ermənistanla Fransanın hərbi-siyasi əməkdaşlığına da aid etmək gərəkir.
Aprelin 24-də (tarixə diqqət edin) Fransa xüsusi xidmət orqanlarına məxsus “Intelligenceonline” məlumat yayıb ki, rəsmi Paris Ermənistan üçün silah ixracı sistemi qurmağa hazırlaşır. İyunun 12-də Fransa Müdafiə Nazirliyinin keçmiş müşaviri “Caucase de France” nəşrinə müsahibəsində Ermənistana 50 fransız zirehli transportyorunun verildiyini təsdiqləyib. Noyabrın 12-də Fransa və Ermənistan Müdafiə Nazirliklərinin rəhbərləri Parisdə “ikitərəfli əməkdaşlığa dair sənədlər” imzaladıqdan iki həftə sonra İrəvan gözlənilən zirehli transportyorların ilk partiyasını qəbul edib. Oktyabrın 24-də Fransanın nüfuzlu “Le Monde” nəşri Fransa-Ermənistan hərbi əməkdaşlığının təfərrüatlarını şərh edərək, bu barədə məlumat verib:
-Qısa mənzilli Mistral raketlərinin qeyri-müəyyən sayda çatdırılması;
-250 km-ə qədər məsafədə hava təhlükələrini aşkar etmək üçün nəzərdə tutulmuş 3 ədəd GM200 radarının çatdırılması;
-Ermənistan silahlı qüvvələrinə təlim keçmək üçün 2024-cü ilin əvvəlinə qədər Fransa hərbi personalının İrəvana göndərilməsi.
Ukrayna və Avropa mediası dəfələrlə xəbərdarlıq edib ki, Ermənistan Rusiya Federasiyasına sanksiya tətbiq edilən məhsulların tədarükü üçün böyük tranzit mərkəzi rolunda çıxış edir, rəsmi İrəvan eyni zamanda Rusiya-İran alyansına hərbi və logistik dəstək verir. Mayın 9-da Ukraynanın “Unian” informasiya portalı yazıb: “Ermənistan Ukraynaya təcavüz nəticəsində Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün Rusiya Federasiyasına fəal şəkildə kömək edir”. Bu fikir Rumıniyanın ən böyük xəbər resursu “Digi”nin də öz əksini tapıb: “Rusiya Federasiyasının Ukraynanın infrastrukturuna hücum etdiyi dronlar Ermənistan ərazisindən keçməklə İrandan Rusiyaya daşınıb”. Bütün bu faktları nəzərə alaraq, “The Washington Post” Qərbi Ermənistana qarşı sərt mövqedə durmağa çağırıb. Bildirib ki, bir sıra zəruri mallar, o cümlədən elektronika öncə Ermənistana daxil olur. Ermənistan isə həmin malları Rusiyaya ixrac edir.
Ukrayna kimi İsrail də Fransanın Ermənistana silah tədarükündən ehtiyat edir. İsrailin “Vesti” nəşri mayın 16-da qeyd edib ki, “Ermənistandan Tehrana Fransadan gələn silahlar HƏMAS, “Hizbullah” və “İslami Cihad”a verilən silahların modernləşdirilməsi üçün istifadə olunacaq”. “Ermənistana Fransanın tədarük etdiyi silahların çatdırılması həm Kiyevi, həm də Qüdsü hövsələdən çıxarır. Çünki bu silahlar bu dövlətlərin ən böyük düşmənlərinin əlinə keçə bilər”.
NATO ilə yaxın əlaqədə olan bir sıra Qərb beyin mərkəzlərində çalışan kanadalı analitik Robert Kattler hesab edir ki, “Fransa hava hücumundan müdafiə sistemi Ermənistan üzərindən Rusiyaya göndərilir. Rusiya İranla əməkdaşlıq edərək əks-mühəndislik yolu ilə həmin texnologiyanı mənimsəmək imkanı qazanır. Sonda həmin silahlar Ukrayna və İsrailə qarşı istifadə olunacaq".
Hətta Fransanın “Forbes” xidməti may ayında yazmışdı ki, Ermənistana tədarük edilən hərbi malların Rusiyaya çatma ehtimalı yüksəkdir: “Ermənistan Ukraynaya qarşı təcavüz üçün Kremlin əsas maddi-texniki bazası rolunu oynayır”. Lakin Qərb, İsrail və hətta Fransa mediasının xəbərdarlıqları Parisi İrəvana hərbi tədarükdən imtina etməkdən yayındıra bilmədi.
Bu ziddiyyət xüsusilə Aİ-nin Bakı ilə İrəvan arasında münasibətlərin müsbət məcraya yönəlməsi üçün vasitəçi olması və Cənubi Qafqazda sülhün əldə olunmasına töhfə verməsi fonunda nəzərə çarpır. Makron isə əksinə, birləşmiş Avropanın səylərini baltalayaraq tərəflərdən birini silahla təmin edir. Beynəlxalq media son altı ayda buna diqqət yetirib:
20 iyun 2023-cü il, Ukraynanın Teleqrafı belə yazır: “Makronun Cənubi Qafqazdakı siyasəti Putinin maraqlarına uyğundur və hər ikisi Vaşinqtonun Ermənistan və Azərbaycan arasında sülh əldə etmək səylərinə mane olur”.
Litvanın “Alfa” nəşri yazır ki, “Makronun Cənubi Qafqazla bağlı siyasəti Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması məqsədi daşıyan Avropa İttifaqının xarici siyasəti ilə tam ziddiyyət təşkil edir”.
“Fransa prezidenti etiraf edib ki, onun mövqeyi Avropanın qalan hissəsi tərəfindən qəbul olunmur: “Beynəlxalq aləmdə gündəmi belə olan demək olar ki, tək mən olsam da , səylərimi davam etdirəcəyəm”, - Rumıniyanın ən böyük media resursu “stiripesurse.ro” belə yazır.
Latviya mətbuatından “La.lv” isə belə deyir: “Qərbdə postsovet ölkələrində separatizmi dəstəkləyənlər var. Kremlin yeritdiyi bu siyasət Avropa Birliyinin mövqeyinə ziddir. Buna baxmayaraq Aİ-da separatizmə dəstək verənlər az deyil. Onların arasında Fransa prezidenti Emmanuel Makron da var”.
"Bu mənada Makronun Cənubi Qafqazdakı siyasəti Aİ-nin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına yönəlmiş xarici siyasətinə tamamilə ziddir", - Xorvatiyanın “Direktno” xəbər saytı situasiyanı belə şərh edir.
Yunanıstanın “Protothema” nəşri yazır ki, “Paris Vaşinqton və Brüsselin Ermənistan-Azərbaycan münaqişəsini həll etmək səylərinə zərbə vurur”.
Paris Ermənistanı silahla təmin etməklə, nəhayət, İrəvanın üç hərbi-siyasi himayədarından biri statusunu qazanır. Moskva və Tehranla eyni sırada dayanır.
Bu bir daha təsdiq edir ki, Makron Aİ və ABŞ-dan ayrı siyasət yürüdür və bu siyasət Cənubi Qafqaz və Yaxın Şərqdə Aİ və ABÇ-ın maraqları ilə çox vaxt ziddiyyət təşkil edir.
Elbəyi HƏSƏNLİ
MİA.AZ
Yazının orijinalı: https://sofiaglobe.com/2023/11/20/french-weapons-could-be-used-by-iran-and-russia-against-the-west/
Qırğızıstan pezidenti Azərbaycana ikigünlük səfərə gəlir
“Azevrotel”in direktoru dəyişib - Yeni təyinat (Özəl)
Zabrat və Hövsanda bu gün qaz olmayacaq
"Kəssam Tuqayları" ilə "Qüds sərdarələri" İsrail ordusu ilə döyüşə giriblər - "Onlarla hərbçini vurduq"
Türkiyədə təyyarə qəzasına düşən biznesmen həlak olub - Arvadı isə möcüzə sayəsində sağ qalıb
Ərəb ölkələri İsrail etiraz edib
10 yaşlı gimnast "Sarı gəlin"in sədaları altında uğur qazandı
Oğurlanan 757 illik əlyazma Bəhreyndən geri gətirilib - FOTO
Qəzzada daha 116 nəfər ölüb - Bir ailə isə tamamilə yox edilib
Lənkəranda 65 yaşlı kişi bıçaqlanıb
İspaniyada meşə yanğını: 2 nəfər yanaraq ölüb
Ağcabəddə 18 yaşlı gənc kanalda boğulub
Türkiyədə iş adamı və arvadı təyyarə qəzasında öldü
"Kurtlar Vadisi"nin "Cevat"ı öldü - "Rahat yat, qardaş!"
Almaniya kansleri vacib sualdan yayındı - "Bu, qəbuledilməzdir"
İran: "Nüvə sənayesini bombalamaqla məhv etmək olmaz" - "Güclü deyilsinizsə, sağ qala bilməzsiniz"
Azərbaycan və Özbəkistan prezidentləri görüşüb, yeni sənədlər imzalanıb - FOTOLAR (YENİLƏNİB)
Yekaterinburqda daha bir Azərbaycan vətəndaşı həbs olunub
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - DETALLAR
Qəzzada son 24 saatda 142 nəfər öldürülüb
"Beşiktaş" bəyənmədi - "Liverpul"la anlaşdı
RƏSMİ BAKIDAN RUSİYA XİN və SƏFİRLİYƏ CAVAB: "Vəziyyəti daha da gərginləşdirən addmlar atmayın"
"Azneft" Istehsalat Birliyi ləğv olunur? - Komitə sədri "Görəsən, işçilər bu dəfə hansı dili öyrənəcək?", - deyə sual edir
Xüsusi icra məmurları ilə bağlı yeni qanun hazırlanır
Əminə Ərdoğan Roma Papası ilə görüşüb - FOTO
Ərzurumda zəlzələ olub - 4,1 bal gücündə
İsrail ordusu Ramallahda evləri dağıdıb
"Beşiktaş" klubu məşhur italyan hücumçu ilə vidalaşıb
Vəkil bürolarında yoxlama olub
KTN-in işçiləri rüşvət alıblar
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşüb
RUSİYA SƏFİRİ XİN-ə ÇAĞIRILDI - Rəsmi Bakıdan moskvaya etiraz
DAHA ÜÇ İTKİN DÜŞMÜŞ ŞƏHİDİN ŞƏXSİYYƏTİ MÜƏYYƏNLƏŞDİ - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Moskvanın Cənubi Qafqaz siyasəti və... - TƏHLİL
Bakıda böyük söküntü işi başlayır - YENİ KOMİSSİYA YARADILDI
Filippində güclü yanğın... - Minlərlə insan evsiz qalıb
Yunanıstanda məhbuslar qiyama qalxıb - Həbsxana yandırılıb
Ərdoğanı təhqir edən 42 nəfər tutulub - "Heç kim nifrət və təxribat zəhərini küçələrə daşıya bilməz"
Kəbirə-Tibb Mərkəzi satılıb
Politoloq Azər Qasımlı hakim qarşısına çıxarıldı
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
“Arxamızda güclü dövlətimiz və rəhbərimiz var" - ŞIXLINSKİ SAXLANILMASINDAN DANIŞDI
Sabah hava necə olacaq? - Proqnoz
Serj Sarqsyan həbs təhlükəsiylə üzləşib