Prezident Ərdoğan Əlcəzairə gedir

img

20-11-2023 [23:02]


Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının İkinci Toplantısında iştirak etmək üçün sabah Əlcəzairə rəsmi səfər edəcək.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, səfər Əlcəzair lideri Əbdülməcid Tebbunun dəvəti ilə baş tutacaq.

Məlumata görə, toplantı iki prezidentin sədrliyi ilə müvafiq nazirlərin iştirakı ilə keçiriləcək.

Görüş çərçivəsində aparılacaq müzakirələr zamanı son vaxtlar ciddi sürət qazanan Türkiyə-Əlcəzair əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək və eyni zamanda, iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq.

Şura Toplantısı zamanı Türkiyə-Əlcəzair əlaqələrinin müqavilə əsaslarına əhəmiyyətli töhfələr verəcək müxtəlif saziş və anlaşma memorandumlarının imzalanması da nəzərdə tutulur.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq