ƏMLAKLARIN SƏNƏDLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI FƏRMAN: yeni sistem yaradıldı - Nələr olacaq?
17-11-2023 [12:52]
Prezident İlham Əliyev noyabrın 17-də “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında” Fərman imzalayıb.
MİA.AZ xəbər verir ki, Fərmana əsasən, daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və operativliyin artırılması, biznes mühitinin yaxşılaşdırılması baxımından əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin elektronlaşdırılması və keyfiyyətinin yüksəldilməsi, nəzarət mexanizmlərinin, habelə elektron sənəd dövriyyəsinin genişləndirilməsi məqsədilə “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi yaradılıb.
Sistem aşağıdakıları təmin edir:
- ərizəçinin daşınmaz əmlakın dövlət reyestrini və kadastrını tərtib edən və aparan quruma müraciətinin və ona əlavə edilən sənədlərin (məlumatların) qəbulu, emalı və nəticələrinə dair elektron sənədlərin, habelə məlumatların elektron qaydada verilməsini, eləcə də ərizəçilər tərəfindən müraciətlərin icra vəziyyətinin izlənilməsini;
- “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş sənədlərin (məlumatların), həmçinin daşınmaz əmlakın tarix və mədəniyyət abidəsi olması barədə məlumatın Sistemə daxil edilməsini və həmin sənədlərdən (məlumatlardan) istifadə edilməsini;
- daşınmaz əmlak üzərində hüquq əldə edən, onun tərəfindən vəkil edilmiş şəxs tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki sənədlərin, habelə notariuslar və ya qanunla müəyyən edilmiş hallarda notariat hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş hallarda notariat hərəkətinin aparılması üçün zəruri olan məlumatların elektron qaydada Sistemdən yoxlanılmasını və əldə edilməsini;
- daşınmaz əmlakın dövlət reyestrinin və kadastrının aparılması üçün əsas olan hüquqi və texniki sənədlərin, habelə məlumatların əldə edilməsini;
- qanunla nəzərdə tutulan ödənişlərin elektron qaydada həyata keçirilməsi imkanının yaradılmasını.
Nazirlər Kabineti altı ay müddətində Sistem haqqında əsasnamənin layihəsini, Sistemin yaradılması ilə əlaqədar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi sahələrində normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq