İsraildən Şəfa xəstəxanasına gecəylə hücum: 100-dən çox əsgər və tanklar əməliyyata cəlb olunub - HƏMAS inkar etdi
15-11-2023 [09:38]
İsrail əsgərləri Qəzzanın ən böyük sağlamlıq kompleksi olan Şəfa xəstəxanasına hücum edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 100-dən çox əsgər xəstəxananın təcili yardım otağından binaya daxil olublar.
"Hərbçilər əvvəlcə 6 tankla xəstəxananın həyətinə daxil olaraq orada hücuma hazırlıq üçün möhkəmləndilər. Bundan sonra isə təcili yardım şöbəsi istiqamətindən əməliyyata başladlar. Dəhlizlərdə qarşılarına çıxan hər kəsə "hərəkət etmə, tərpənmə" deyə bağıraraq hər yeri alt-üst edirər..."- deyə hadisə şahidlərindən biri danışıb.
Əl-Cəzirə müxbiri yazıb ki, tibb işçilərinə xəstələrə, o cümlədən yeni doğulmuş körpələrə belə baş çəkməyə imkan verilmir: "Xəstəxanada tibbi yardım tam dayanıb, hətta yaralıların qəbulunun qarşısı alınıb".
Xəstəxananın həkimi müxbirə deyib ki, onlar çarəsiz qalıblar: "Bizə nə edəcəklərini bilmirik. İnsanları öldürəcəklərmi, bilmirik. Biz bu xəstəxana ilə bağlı yalan təbliğatın olduğunu bilirik, əslində, onlar da bizim qədər yaxşı bilirlər ki, burada HƏMAS döyüşçüləri yoxdur, olmayıb da".
İsrail ordusunun sözçüsü Aviçay Adraee isə sosial şəbəkədəki paylaşımında Şəfa Tibb Mərkəzinin müəyyən hissəsində hərbi əməliyyat keçirildiyini təsdiqləyib: "Əməliyyat vətəndaşları, tibb işçilərini və xəstəxanada olan xəstələri hədəf almayıb. Əməliyyatdan əvvəl məsələnin xəstəxana müdiriyyətinə çatdırdıq".
O, hətta əməliyyatdan əvvəl xəstələrin və ora sığınan qaçqınların çıxarılması barədə "Şəfa" rəbərliyinə təlimat verdiklərini də gizlətməyib və eyni zamanda, HƏMAS üzvlərini təslim olmağa çağırıb.
Qəzza Səhiyyə Nazirliyinin Facebook səhifəsində nazirliyin sözçüsü Əşrəf əl-Qudra yazıb ki, İsrail qüvvələrinin xəstəxananı şiddətli bombardmana və şiddətli atəşə məruz qoyub: "İndi də İsrail tankları xəstəxananın qapısında dayanıb. İsrail Şəfa Tibb Mərkəzini hər tərəfdən mühasirəyə alaraq, buradakı hər kəsi ölümə sürükləyib...".
Sözçü deyib ki, xəstəxanada 1500 nəfərlik tibbi heyət və təxminən 7 min qaçqın var.
HƏMAS isə əməliyyatla bağlı açıqlamasında bildirib ki, orada hər hansı bir hərbi ünsürü yoxdur: "Biz Birləşmiş Millətlər Təşkilatını Qəzzadakı xəstəxanaları yoxlamaq üçün beynəlxalq komissiya yaratmağa çağırırıq".
HƏMAS daha sonra hücuma görə İsraili və Baydeni ittiham edib: "Cenevrə Konvensiyası ilə qorunan bir tibb müəssisəsinə qarşı törədilən bu vəhşi cinayətin məsuliyyəti onların üzərindədir...".
Tahir Şəlvəli
MİA.AZ
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib