Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-11-2023 [00:01]
Qoç - köhnə problemlər yenidən gündəmə gələ bilər. Yaranan suallara cavab tapmaq asan deyil. Yanlış nəticələr çıxarmayın. Əslində bir-birinə əsla bənzəməyən situasiyalar arasında analogiyalar aparmayın. Yaşam təcrübənizə bel bağlamayın, çünki o, yaxşı köməkçi deyil. Günün ikinci yarısında bəzi problemlərin öhdəsindən gələ bilmədiyinizi anlayacaqsınız. Yaxın ətrafınızdakı insanları idarə etməyə çalışmayın. Yanlışlığa yol verən, səhv edənə qarşı qəddar olmayın. Axşam saatlarında əhvalınız yaxşılaşacaq.
Buğa - intuisiyanıza güvənin. Peşəkar fəaliyyətdə və şəxsi münasibətlərdə hissləriniz sizi aldatmayacaq, yaxşı məsləhətçi olacaq. Gələcəklə bağlı planları tələsik qurmayın. Ehtiyatlı olun. Çatılması çətin olan hədəfləri ehtiyatla müəyyənləşdirin. İkinci dərəcəli məsələlərdə aza qane olun.
Günün ikinci yarısında ailənin maraqları ön plana çıxacaq. Həmin maraqların təmin olunması üçün öz mənafeyinizi hələlik unudun. Baş verənləri ciddi itki kimi qəbul etməyin. Az sonra işləriniz sürətlə irəliləyəcək.
Əkizlər - işlər və maliyyə məsələləri üçün əlverişli gündür. Diqqət mərkəzində olacaqsınız. Yaxın ətrafınızdakı insanlar sizi anlamağa çalışırlar. Önəmli məsələləri qeyri-formal şəraitdə müzakirə etmək olar. Dəvət aldığınız tədbirə qatılın. Sınaq və imtahan üçün əlverişli gündür.
Ailədə anlaşılmazlıq yaranacaq. Bu səbəbdən mübahisələrə qatılmayın. Yaxınlarınız incik, emosional, hisslərə qapılmış vəziyyətdədir. Axşam saatlarında maraqlı ideya yaranacaq.
Xərçəng - bir çox işin öhdəsindən gələ bilərsiniz. Amma köməkçi və ya sizə dəstək ola biləcək insana ehtiyacınız var. İndiyədək uğurla çalışdığınız insanlar cari fəaliyyət ritminə alışa bilmirlər. Daha enerjili, qətiyyətli və usanmaz yardımçıya ehtiyacınız var. Maliyyə məsələləri ilə bağlı danışıqlar uğurla başa çatacaq.
Şəxsi münasibətlər harmonik məcradadır. Sevdiyiniz insanın hisslərinə şübhə etməyin, qısqanc olmayın. Kiçik problemləri ürəyinizə salmayın. Gün problemsiz olmayacaq. Fəqət ciddi nigaranlıq və ya əndişəyə səbəb yoxdur.
Şir - maliyyə məsələlərində uğur vəd edən gündür. Pul əldə etmək, sərfəli və mənfəətli anlaşmaya nail olmaq ehtimalı var. İşlərdə uğur olacaq. Nüfuzlu insanın dəstəyini qazanacaq, ya da fəndgir və ya hiyləgər insanı öz tərəfinizə çəkəcəksiniz. Dostlarla görüş sizi sevindirəcək. Yaxınlarla münasibətlərdə problemlər yaranmayacaq. Kiçik məişət problemləri istisna deyil. Təmirə və ya geniş miqyaslı layihəyə başlayacaq halda deyilsiniz. Usanacaqsınız, əhvalınız pozulacaq.
Qız - peşəkar fəaliyyət müstəvisində fikir ayrılıqları ola bilər. İşdə rəhbərliklə mübahisə istisna deyil. Problemləri həll etmək üçün güzəştə getməyi bacarın. Belə olarsa, yaşanan olayların sizin üçün pis nəticələri olmayacaq. İşgüzar tərəfdaşlardan biri ilə ixtilaf ola bilər. Mövqeyizi qorumaq asan olmasa da, bu işin öhdəsindən gələcəksiniz.
Günün ikinci yarısında işlə yanaşı, ailə üzvlərinin qayğılarını da ön planda tutun. Axşam saatlarında dostlar, qohumlar, sevdiyiniz insanla ünsiyyət üçün vaxt tapın. Son vaxtlar sizi narahat edən istənilən problemi müzakirə edərək onun çözüm yollarını aramaq olar.
Tərəzi - ünsiyyət, münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi üçün əla gündür. Yaxın ətrafınızdakı insanları da işə cəlb edin. Layihə və ya planın daha tez reallaşdırılması üçün tərəfdaş arayın.
Təzyiq və ya sərt təsirə əl atmayın. İşdə karyera inkişafının perspektivlərini müzakirə etmək üçün rəhbərliklə danışıqlar apara bilərsiniz. Məqsədinizə çatmağa çalışın.
Şəxsi münasibətlərdə riskli eksperimentlərə əl atmayın. Ekstravaqant addımlardan çəkinin. Həmişəkindən daha çox sentimental olmayın, hisslərə qapılmayın. Axşam saatları problemsiz keçəcək.
Əqrəb - asan və sadə gün deyil. Əvvəlki günlərdən fərqli olaraq, ətrafınızdakı insanlar sizə daha çox təsir və təzyiq göstərməyə çalışırlar. Az qala istənilən ünsiyyət emosional sınağa çevrilir. Diqqətli və həssas olun, yaxınlarınızla kobud davranmayın. İstəmədən kimsənin xətrinə dəyməyin. Alış-veriş vasitəsilə əhvalınızı yaxşılaşdırmağa çalışmayın. Boş yerə pul xərcləyəcəksiniz. Yaxınlarınızdan mənəvi dəstək ala bilərsiniz. Bir şərtlə ki, sizi narahat edən məsələlərdən onları əyan edəsiniz.
Oxatan - mənfi təmayüllərin təsiri güclü olacaq. Yanlış təsəvvürlərin köləsi olmayın. Əks halda səhv nəticələr hasil edəcəksiniz. Önəmli qərarlar, mühüm işlər, yeni layihəyə başlamaq üçün münasib gün deyil. Yaşlı qohumlarla fikir ayrılıqları yarana bilər. Günün ikinci yarısında dəqiq, səliqəli olun. Xırdalıqlara varın. Ailə üzvləri ilə ünsiyyət əhvalınızı yaxşılaşdıracaq. Dostlarla təmasları unutmayın.
Oğlaq - ətrafınızda baş verənlər xoşunuza gəlmir. Qıcıqlanmayın, stressə qapılıb güclü emosiyaların təsiri altına düşməyin. Vəziyyəti yaxşılaşdırmaq mümkündür. Sizə rəğbət bəsləyən insandan dəstək alacaqsınız. Qəfil etiraf istisna deyil. Yaxınlarınızla müzakirə olunmasına ehtiyac duyulan məsələlər var. Di gəl, günün ikinci yarısı önəmli söhbətlər üçün düşərli zaman deyil. Yalnız aktual və təxirəsalınmaz məsələləri nəzərdən keçirin.
Dolça - təmkinli, soyuqqanlı, sakit olsanız, çətin situasiyaların öhdəsindən gələ biləcəksiniz. Nüfuzlu insanla təmaslarda diqqətli olun. Birgə fəaliyyətə uzun müddətdən bəri mane olan münaqişələri nizamlayın. Bəzi unudulmuş layihələri yada salmaq olar. Şəxsi münasibətlər müstəvisində vəziyyət fərqlidir. Sevdiyiniz insanların hisslərinə şübhə etməyin. O, sizdən heç nə gizlətmir, mühüm xəbəri deməyə hazırlaşır. Açıq söhbət durumu dəyişərdi, di gəl belə söhbətə necə başlamağı bilmirsiniz.
Balıqlar - günün emosional fonu əlverişli deyil. Yaşananlardan asılı olmayaraq narazısınız. Özünüzü aldanmış hiss edə bilərsiniz. Yaxınlarınızın əməlləri sizi təəssüfləndirir. Məsləhət verəndə sizə qulaq asmaq istəmirlər. Böyük maraqla görmək istədiyiniz işləri başqalarına həvalə etmək məcburiyyətindəsiniz. Özünüz isə çox darıxdırıcı təsir bağışlayan işlərlə məşğulsunuz. Mühüm məqamları diqqətsiz qoymayın, detalları unutmayın. Günün ikinci yarısında istənilən izafiliklər zərərlidir. "Bu qədər bəsdir" sözlərini unutmayın. Axşam saatlarında normal istirahət edin.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qərarı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib