"Nazirlikdən soruşmurlar ki, nə oldu, necə oldu?" - “Azdrama”dan yaşlıları uzaqlaşdırırlar
08-11-2023 [18:53]
“Direktor İlham Əsgərov və bədii rəhbər Mehriban Ələkbərzadə ilə görüşdüm. Dedilər, mədəniyyət nazirindən məktub almışıq, pensiya yaşına çatanları çıxartmalıyıq. Dedim, axı mənim pensiya yaşım olsa da, mən səhnəyə çıxmıram, yazıçıyam, dramaturqam. 45 ildir bu sahədə çalışıram. Mütəxəssisə bu cür münasibət olar?! Gördüm yox ey, heç cür mümkün deyil”.
Mia.az xəbər verir ki, bu sözləri Abzas Media-a 10 ilə yaxındır işlədiyi Akademik Milli Dram Teatrından (“Azdrama”) çıxarılan teatrşünas Çingiz Ələsgərov deyir.
Teatrşünas deyir ki, işdən çıxarılması onun dolanışığına təsir edəcək: “Mənim oradan başqa gəlir yerim yoxdur, 1060 manat alırdım. Yaşa görə 500 manata qədər pensiya da almağa başlamışam, indi onunla dolanacam. İndi heç Mədəniyyət Nazirliyindən də zəng edib soruşmurlar ki, nə oldu, necə oldu? Səadət Qarabağlıya da deyiblər ki, sənlə işləmək mümkün deyil, o da işdən çıxıb. Teatırın Bədii Şurası var, amma kollegial fəaliyyəti yoxdur. Özümə olan haqsızlığı qəbul etmirəm”.
Akademik Milli Dram Teatrınnın (“Azdrama”) mətbuat katibi Cavid Zeynallı Abzas Media-nın sorğusuna cavab olaraq bildirib ki, Çingiz Ələsgərlinin və Səadət Qarabağlının əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinə uyğun şəkildə aparılıb: “Əmək Məcəlləsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir və 65 yaşına çatmış işçinin əmək müqaviləsi hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çingiz Ələsgərlinin 65 yaşı 2017-ci ildə tamam olub. Ona 2023-cü ilin oktyabr ayınadək imkan yaradılıb ki, teatrda öz işini davam etdirsin. 65 yaşına çatmış işçinin əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələbidir. Fəhlə, mühəndis, dərzi, kostyumçu olmaqla bəzi işçilərin də əmək müqaviləsinə yaşla əlaqədar xitam verilib”.
Mədəniyyət Nazirliyindən suallarımıza cavab almaq mümkün olmayıb.
MİA.AZ
Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib
İspaniya bu il Ukraynaya hərbi dəstək üçün 1 milyard avro ayıracaq
"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur
İran Fars körfəzi ölkələrinin neft obyektlərinin yerləşdiyi ərazilərdən təxliyəyə çağırıb
Aİ və İslandiya müdafiə sahəsində tərəfdaşlığa dair saziş imzalayıb
Bu gecə Xırdalanın bəzi ərazilərində işıq olmayacaq
Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb
Hikmət Hacıyev Parisdə Makronun diplomatik müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib
İlham Əliyev: 2021-ci ildən sonra bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam, bu, böyük xoşbəxtlikdir
Azərbaycanın QHT təmsilçisi BMT-nin konfransında
Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Azərbaycan əhalisinin sayı açıqlanıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Dünyanın ən böyük qaz yatağı olan Cənub Parsa zərbə endirili
"Astana" gəmisi Rumıniya sahillərində batıb, ölən var
Kats: İranın kəşfiyyat qurumunun rəhbəri İsmayıl Xətib öldürülüb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb
İsrailin zərbələri nəticəsində Beyrutda 12 nəfər ölüb
Hyon-qyu Oh Türkiyə Super Liqasında ayın oyunçusu elan edilib
Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq
Kuba höküməti: Vaşinqton administrasiyası Kuba xalqını kollektiv şəkildə cəzalandırır
İranda nüvə elektrik stansiyasına raket zərbəsi endirilib
Səudiyyə Ərəbistanı: Bir raket və 15 dron vurulub
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq