Tarixə dönən və gorbagor olmuş kəlmələr...
08-11-2023 [10:07]
Əli Cabbarov
(ƏZİZ ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ)
***
Dünya düzəninə öz imzasını qoymuş elə hadisələr vardır ki, onlar bir tarixi dövrün sona çatması və bunun ardınca yeni bir dövrə başlanılması ilə özünü yaddaşlarda yaşadır.
Əgər uzaq keçmişdəki mühüm hadisələri bir anlığa unutmuş olsaq, II Dünya müharibəsindən sonrakı dövrdən başlayaraq SSRİ-nin süqutu ilə Soyuq müharibənin bitməsi, sonrasında Amerikanın təkqütblü dünyada özündən uydurduğu düşmənlə mübarizəsi, eləcə də dünyanın işgüzar mərkəzinin Qərbdən Çinə doğru yerdəyişməsi ilə qlobal enerji, kommunikasiya və loğistika xətlərinin də yeni marşrutlar üzərinə çıxması ötən 70 il ərzində müharibələrdən yorğun düşmüş qoca dünyanın qət elədiyi məsafənin bir hissəsidr.
Ötən əsrin 90-ci illərindən etibarən isə dünyada “.com” erasına başlanılmaqla paralel olaraq sivilizasiyalararası konfliktlərin də yeni konturlara keçməsi ilə əslində, tarixi nisbətən daha irəliyə dayanan yeni konfliktlərə də qaynar yağ töküldü. İki yüz il ərizində qonşu torpaqları hesabına dövlət qurmaq istəyən ermənilər çoxdan gözlədikləri fürsəti göydə qapıb yenidən öz cinayət əməllərinə geri döndülər: erməni faşizmi Cənubi-Qafqazda yenidən baş qaldırdı!
Bu gün artıq ötuz ildən çox davam etmiş Qarabağın erməni işğalının tamamilə tarixə gömüldüyü, Azərbaycanın öz dövlət suverenliyini tam şəkildə təmin edərək Xankəndində Qələbə paradı keçirdiyi bir zamanda ötən bu dövrdən yaddaşlarımıza iz salmış bəzi kəlmələri bir daha xatırlatmaq bəlkə də yerinə düşərdi. Təkcə ona görə yox ki, bu ifadələrin bəziləri bizi heç zaman dost olaraq görmək istəməyən erməni toplumunun əsl xislətini əsla unutmamaq və unutdurmamaq üçün yaddaşımızda yaşamalıdır. Bu həm də ona görə lazımdır ki, gələcək nəsillər bəlkə də yüz illər sonra, Yer üzündə həyatın tamamən başqa bir üslubda və texnoloji zəmində olacağı bir dövrdə də oxuyub bilsinlər ki, insanlar nə qədər müharibələrdən yorulub, əbədi sülh və sevgi arayışında olsalar da, mütləq hardasa gizlənmiş bir şeytan vardır ki, onun fitvası ilə bu gözəl dünyamız yenidən qaranlığa bürünə, günahsız insanların qanı axıdıla bilər.
Hələ 35 il əvvəl, Xankəndində Azərbaycanın pulu, nefti, qazı, çörəyi, suyu ilə yağ-bal içində yaşayan haylar “miatsum” quruldaşmaları ilə küçəyə axışdıqları vaxt o zamankı gənclik bəlkə də ilk dəfə olaraq “separatizm” kəlməsi ilə tanış oldu. Etimologiyası da əsasən, fransızca mənşəli olan bu kəlmənin elə indinin özündəki kimi, şorbasının Parisdə bişirilib, çömçəsinin də Berlindən uzadıldığı “erməni separatizmi” timsalında sonradan Gürcüstan, Moldova, Ukraynaya da sıçrayıb hər yeri qana bulaması bəlkə də təsadüfi deyildi. Bununla da, 1988-ci ildə Xankəndidə, bax bu meydana doluşmuş meymun sürüsünün beynini zəhərləmiş bədnam “Ayastan” xülyası sonrakı illərdə daha dəhşətli bir apokalipsisin — “erməni terrorizmi”nin qanlı simtomları kimi bütün hayları yoluxduran bir pandemiya kimi dünyanın başına bəla olacaqdı.
Doğrudur, hazırda Qarabağda basdırılmış minaların partlaması ilə davam edən erməni terrorizmi hələ tam görbagor olmasa da, daha əvvəlki illərdə erməni işğalı ilə leksikonumuza daxil olan onlarla sayda kəlmələr oldu ki, bu gün onların bəziləri yada düşdükcə ürəklər dağlanır, göz yaşları sel olur, yaxud da ermənilərin yuxusunu qaçırdan Dəmir yumruqlar düyünlənir. Amansızlığı və qəddarlığı ilə bənzəri olmamış Xocalı soyqırımı, onun qurbanlarını lentə almış Milli Qəhrəman Çingiz Mustafayevin qulaqlardan getməyən həmin o, “Allah!” kəlmələri heç bir azərbaycanlı tərəfindən heç zaman unudulmayacaq. Dərələyəzin, Kəlbəcərin qarlı dağ aşırımlarında don vurub qaralmış çılpaq ayaqlarını daha ata bilməyib anasının ardınca “Ana!” hıçqırtısı ilə gözlərini yuman balaca qızcığazların bu son kəlməsi isə sonralar çığ kimi böyüyərək Qarabağ fatehlərimizin ürəyndəki qisas alovuna dönəcəkdi.
Ancaq bütün belə unuda bilməyəcəklərimiz kəlmələrlə yanaşı, 1994-cü ildən 2020-ci ilin 27 sentyabrına qədərki dövrdə o qədər yaddaşımızı məşğul edib, sonradan “status-kvo” kimi cəhənnəmə getmiş kəlmələr də vardı ki, onlar da sözün əsl mənasında bu günkü erməni revanşistlərinin və onların havadarlarının bir növ vizit kartı idilər. Otuz il ərzində guya münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışan, əslində isə bir turizm firmasının işindən artığını görə bilməyən “ATƏT-in Minsk qrupu”, onların iştirakı ilə keçirilən qoşunların təmas xətti boyunca keçirilən “monitorinqlər” və bu təmas xəttinin arxasında milyonlarla dollara başa gəlmiş mifik “Ohanyan səddi” də bu gün artıq göndərilmiş yerlərindədir.
Gözəl Qarabağ, mədəniyyət Paytaxtımız Şuşa özünün füsunkar cazibəsi ilə buraya səfər edən hər bir kəsi məftun edib. Ancaq otuz il əvvəlki Qarabağdan fərqli olaraq bu gün erməni işğalından geriyə qalanlar 1945-ci il Xirosimasından heç də fərqlənmir. Dünyanın ən məzlum və ən əzabkeş xalqı cildində siyasətçilərin gözünə girib Xocalıda, Meşəlidə, Ağdabanda soyqırım törədən, sonradan isə ədalət məhkəməsində timsah göz yaşları tökən ermənilər işğal altında saxladıqları torpaqlarda daşı-daş üstə qoymayaraq, əslində təkcə sürünənlərin deyil, gəmiricilər dəstəsinin də unikal bir biotəsnifat nümunəsi oldğuqlarını bütün dünyaya sübut etdilər. Nəticədə, işğaldan sonra Qarabağa səyahət edən istər yerli, istərsə də əcnəbi turistlər, eləcə də diplomatlar, səfirlər və dövlət başçıları üçün dünyanın heç bir yerində analoqu olmayan bir “Qaranlıq turizmi” destinasiyası miras qalıb.
Nə qədər acı, nə qədər təəssüfverici olsa da bu kəlmə hələ onillərlə bizimlə bərabər qalacaq və bütün dünya erməniliyinin üzünə tərs şapalaq kimi dəyəcəkdir. Elə buna görə də Qarabağın dağıdılmış yaşayış məskənlərinin, məscidlərinin, evlərin sökülüb satılmış divar daşlarının boş qalmış yerlərinin, susuzluqdan yanıb kül olmuş meyvə bağlarının, kəsilmiş çinarlarının, quruyub yox olmuş çaylarının, ayaq altında tapdalanıb əzilmiş otların və çiçəklərinin son halı bu dünyada erməni vandalizmini ifşa edə bilmək üçün ən tutarlı kəlmələr olacaqdır.
Dünya biləcək ki, torpaqlarımıza uydurma adlar yapışdırıb, təpəgözə oxşayan heykəllər quran ermənilər, özlərinin də gələcəyinə inanmadığı və varlığını da heç zaman tanımadığı bədnam “Artsax” adlı bir oyuncaq dövlət qurub, mərkəzini də çoxdan görbagor olmuş daşnak terrorçu “Stepan”ın adı ilə kertləşdirmişdilər. Və bütün bunlarin hamısı qəhrəman Azərbaycan əsgərinin cəmisi bir günlük antiterror əməliyyatı ilə cəhənnəmə vasil olduğunda isə hayların bütün dünyanın başını ağrıdıb, Aralıq dənizindən Xəzərə qədər xəyal etdikləri nəhəng “hayastan” xəritəsi də elə cinayətkar xunta başçısının stolunun üstündəcə gorbagor oldu.
Elə, görünür, bunu bir “nəhayət” kimi görüb özləri üçün də bayram edən Qərbli havadarlar isə erməni baş nazirini avroparlamentdə ayaq üstə alqışlamaqla, əslində, bütün erməniləri də ələ salırdılar.
Bu gün artıq Azərbaycan ərazisində erməni separatizminin kökü tamamilə kəsilmiş, keçmişi ləkəli hay töküntüləri “erməni millət deyil”, — deyə-deyə rədd olub getmişlər. Ermənilərin doğurdan da millət olmadığı isə onların döyüş meydanında uduzanda dinc əhaliyə divan tutması, öz məğlubiyyətinin səbəbini sülhməramlıda axtarması və bütün imkanlar tükənəndə on illər boyu sığındıqları ağalarını satması ilə bir daha sübut olundu. Bizim üçün isə tam qalibiyyətlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra ikiyüz illik sərsəm erməni iddialarının birdəfəlik yox edilməsindən geriyə qalanlarsa Vətən sevgisi ilə dastana dönən minlərlə Şəhidlərimizin əziz xatirəsi və Dövlət başçımızın hər bir Azərbaycanlının dilində əbədi yaşayacaq “Qarabağ Azərbaycadır!” kəlməsi olacaq.
MİA.AZ
"Samsunspor" hesabı qoruya bilməyib - 2 qol, 2 qırmızı kart...
Türkiyədə həbsxana maşını qəza törədib - 23 yaralı var
Hindistanda GPS saxtakarlığı... - Bəzi uçuşlar təxirə salıındı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Yekaterinburqda azərbaycanlı iş adamı saxlanılıb
Ukraynanın vurduğu Rusiya gəmiisi İstanbula çəkildi - FOTO
Prezidentdən əfv istəyən Netanyahu hakim qarşısına çıxdı - Prokurorla baş nazir iclasda mübahisə edib
Ruben Vardanyanın məhkəməsi: zərərçəkənlərin ifadələr dinlənilib
Bu gün Türkiyədə derbidir: "Fənərbağça, yoxsa "Qalatasaray"? - "Qara bazar"da biletin qiyməti 4 min manatı ötüb
Sabunçuda 11 il əvvəl törədilmiş cinayət hadisəsinin üstü açılıb - İki qurum açıqlama yaydı
Heydər Əliyev Fondu "İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə"nin tərəfdaşı olub
Bakıda Yeni İl yarmarkasına da xüsusi hazırlıq görülür
AXCP ləğv olunacaq? - Milli Məclisin komitə sədri bunu mümkün sayır
“Qurd dərəsi” “İtlər vadisi”nə çevrilib - İcra Hakimiyyətindən şikayətə reaksiya (YENİLƏNİB)
"Ramiz Mehdiyev faktoru..." - Siyavuş Novruzovdan açıqlamalar
Ən çox qol vuran futbolçular... - Peşəkar Futbol Liqası siyahı yaydı
Əli Əsədov yeni qərar imzalayıb
ƏƏSM pensiya təyinatına dəyişikliyə izah verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Əli Kərimlinin həbsi Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində..." - Əli İnsanovdan açıqlamalar
Ramiz Mehdiyevin Şabrandakı villası - Sabiq deputat "makler" adıyla girdi və... (VİDEO)
Daha 33 maşın hərraca çıxarılıb
Cenk Tosundan boşanma xəbərinə reaksiya: "Yalandır..." - FOTO
Prezident İlham Əliyev Fərman imzalayıb
NAZİR MÜAVİNİ VƏZİFƏDƏN AZAD EDİLDİ - Ramiz Mehdiyevin oğlu haqda sərəncam imzalandı
"Azercell Telecom"dan qış kampaniyası!
Özəl bağçalara elektron portal üzərindən qeydiyyat başlayıb
Laçın – enerji və mədəniyyətin birləşdiyi geosiyasi məkan
Bakıda beynəlxalq konfrans keçiriləcək - Bu tarixdə
AXCP sədri Əli Kərimli və Məmməd İbrahimə ittiham elan olunub - Məhkəmə həbs qərarı verdi (YENİLƏNİB)
“Nar”da həyəcan artır: 6-cı avtomobil səni gözləyir
"O paltarı daha geyinmərəm" - Günay İbrahimli
Türkiyədə İŞİD-ə qarşı daha bir əməliyyat: 3 suriyalı qandallandı
AFFA rəsmiləri beynəlxalq konfransa qatılıblar
Naxçıvanda daha bir nazir vəzifədən azad edildi - Nazir postu kimə həvalə olundu? (YENİLƏNİB)
Vilayət Eyvazov Gəncədə 384 vətəndaşı qəbul edib, rəislərə taşırıq verib - Polis olmaq istəyən 382 nəfər isə... (VİDEO)
İsrail ordusu Tubas və Aqaba şəhərlərin yeni əməliyyata başlayıb
"Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb
AAYDA-ya 2 milyon manatı ayrıldı - Sərəncam
Mərkəzi Bankda kadr dəyişikliyi olub
Rəqsanə konsertə hazırlaşır - Vəkil ev dustaqlığında olan müğənninin necə konsert vercəyini izah edir
Xəzər dənizidə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb