Rejissor: "Telekanallarımız Azərbaycan kinosuna ögey münasibət bəsləyir" - MÜSAHİBƏ
01-11-2023 [16:32]
Müstəqillik dövründə Azərbaycanda çəkilmiş çox az sayda filmimizin telekanallarda nümayişini görmüşük. Yüzlərlə filmdən yalnız üç-dördünü xalq tanıyır və sevir.
Halbuki Sovet dövründə çəkilmiş Azərbaycan filmlərinin bütün replikalarını orta yaşlı insanlar əzbər bilir desək, yanılmarıq. Bu gün beynəlxalq festivallara gedib, mükafatlarla qayıdan çoxlu sayda filmlərimiz var ki, Azərbaycan tamaşaçısı onu görmür. Görmək, təbliğat üçün ən yaxşı yer teleməkandır. Amma bu platformada müxtəlif ölkələrin və yerli istehsalçılarımızın seriallarını, əyləncə proqramlarını görürük, öz filmlərimizi yox. Niyə?
Mia.az bildiriir ki, Lent.az bu suala Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarovdan cavab almağa çalışıb:
- Əli İsa bəy, nə üçün yeni filmlərimiz köhnə Azərbaycan filmləri qədər populyar deyil, biz onları demək olar ki, görmürük?
- Telekanallarımız Azərbaycan kinosuna ögey münasibət bəsləyir. Bu son illər belədir. Azərbaycan telekanalları bayağı musiqi və səviyyəsiz əyləncəyə aludə olublar. Ona görə bizim kinomuzun problemləri, uğurları barədə telekanallarımızda məlumata rast gəlinmir. Yalnız AzTV və İctimai Televiziya istisna olmaqla. Qalan özəl kanalların başları qeyri-peşəkar zövqsüz verilişlərə qarışıb, milli kinomuz yadlarına düşmür. Klassik filmlərimizi də təbliğ eləmirlər. Bu gün artıq bir nəsil formalaşıb ki, onlar “Qayınana”, “Dədə Qorqud”, “Uzun ömrün akkordları”, “Babək”, “Əhməd haradadır?”, O olmasın bu olsun”, “Qəm pəncərəsi” kimi maraqlı filmləri görməyiblər, bilmirlər. Bu filmlərimizlə biz tariximizi öyrənmişik.
- Filmlərimizin təbliği ilə bağlı hansısa addım atmaq olarmı?
- Azərbaycan Kinematoqrafçılar İttifaqı bir təklif irəli sürdü. Milli Televiziya və Radio Şurasına təklif verdik ki, (indi bu şuranın adı Audioviziual Şuradır) telekanalların qarşısında Azərbaycan filmlərinin nümayişinin aşağı kvotasını qoysun. Yəni tutaq ki, həftə ərzində müəyyən sayda film göstərilsin. Yoxsa yalnız 20 Yanvarda, Xocalı soyqırımı günündə, hansısa bayram və ya tarixi günlərdə milli filmlərimiz yada düşür, onda da ya “Dədə Qorqud”u, ya “Babək”i göstərirlər. Başqa heç nə. Müstəqillik illərində çəkilmiş yüzlərlə bədii, sənədli, qısametrajlı film efir üzünə həsrət qalıb. Təəssüf ki, telekanallarımızda kino siyasətinə məsul olan şəxslər, proqram direktorları milli kinomuza biganədirlər. Onlara elə gəlir ki, yalnız musiqi ilə reytinq əldə etmək olar, Azərbaycan tamaşaçısı bütün gün çalıb-oynamaq istəyir. Bizim tamaşaçılarımız Azərbaycan kinosunun pisini də, yaxşısını da görmək istəyir.
- Təklifiniz qəbul olunmadı?
- Biz bu təklifi mətbuat vasitəsi ilə səsləndirdik. Azərbaycan Kinematoqrafçılar İttifaqı və Kinorejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev tərəfindən səsləndirildi. Rəsmi məktub göndərməmişik. Şura hər dəfə dil xətaları ilə bağlı problemlərə münasibət bildirir, hansısa qalmaqal olanda ona cavab verir, bizim təklifimizə cavab verilmədi, susdular. Kinomuza diqqət ayrılmalıdır. Kinomuz qələbəmizdə rol oynayıb. Qəhrəmanlarımızı, keçmişimizi filmlərimiz tanıdır, göz önünə gətirir.
- Sizcə Audiovizual Şuranın özəl telekanallara təsir imkanları nə dərəcədədir?
- Şurada müəyyən təsir mexanizmlər var. Xüsusilə dövlət istehsalı olan filmlərimizin nümayiş etdirilməsi üçün təsir göstərə bilər. Özəl kanalların mülkiyyət forması özəldir, şəxsidir, amma onların istifadə etdiyi efir dalğaları ictimaidir, dövlətindir. Xalqa məxsus efir dalğasından istifadə edən özəl telekanalın borcudur ki, dövlətin maliyyə ayırıb çəkdiyi filmi təbliğ etsin, tanıtdırsın. Bir-iki dəfə yox, dəfələrlə göstərilməlidir. Bu gün hər sözünü, cümləsini əzbər bildiyimiz o məşhur filmlərimizin hər birini Sovet dövründə dəfələrlə nümayiş etdirirdilər.
- Azərbaycan filmləri istər yeni, istər köhnə filmlər olsun, telekanllarda nümayiş olunanda istehsalçılya qonorar ödənilir?
- Kinorejissorlar Gildiyasına cüzi bir məbləğdə qonarar ödənilir. Bu, dünyada böyük məbləğdir, bizdə isə təxminən 60-100 manat təşkil edir. Gildiya həmin qonorarı sağdırsa rejissorun özünə, yoxdursa onun ailə üzvlərinə ödəyir.
- “Ən yaxşı Avropa filmi” nominasiyasında festivala qatılmış “Suğra və oğulları” telekanallarda və ya kinoteatrlarda yayımlanıb?
- Yox. Çünki film təzədir. Müsabiqələrə, festivallara göndərilir. Beynəlxalq qaydalara əsasən, müsabiqələrə çıxarılan filmlər televiziyalarda göstərilmiş filmlər olmalı deyil. “Azərbaycan” və “Nizami” kinoteatrlarında filmin nümayişini, təqdimatını təşkil etdik. 2-3 ay sonra telekanallara çıxacaq.
- Bəs kinoteatrlarımızın Azərbaycan filmlərini nümayiş etdirmək səviyyəsi sizi qane edir?
- Kinoteatrlarımızdan narazılıq edə bilmərik, sahibkarlar özəl şirkətlər olsa da, filmlərimizi dəstəkləyirlər. Hətta bəziləri film istehsalına pul ayırırlar. Amma dövlət mülkiyyətində olan “Nizami” kinoteatrı siyasətindən Azərbaycan Kinematoqrafçılar İttifaqı olaraq narazıyıq. Bu kinoteatrda bilet qiymətləri yüksək də olsa, aşağı da olsa Azərbaycan filmləri göstərilməlidir. Uşaqlar üçün Azərbaycan dilində bədii film, cizgi, animasiya filmlərinin nümayişi üçün xüsusi zal ayrılmalıdır. Özəl kinoteatrlardan bunu tələb edə bilmərik, amma dövlətə məxsus “Nizami” kinoteatrında bu mütləq olmalıdır.
MİA.AZ
“Azərişıq” heç bir borcu olmayan “Veysəloğlu” şirkətlərinin ofislərini işıqsız qoydu (Yenilənib)
Ramazanın 5-ci günün duası: imsak və iftar vaxtı
Bəzi rayonlara yağış və qar yağacaq - Xəbərdarlıq
Deputat da dilə gəldi... - Erkinlə Fərmanın gizli planı!
Prezident İlham Əliyev Səudiyyə Kralına məktub ünvanlayıb - MƏTN
Şamaxıda zəlzələ olub
Ər əvvəl arvadını öldürüb, daha sonra isə...
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FHN-in şöbə müdiri haqda şok iddialar yayıldı - Blogeri hədələyən məmur kimdir? + FOTO
AGENTLİK SƏDRİ HƏBS EDİLDİ - Nə baş verir?
Azərbaycanlı məktəblilər beynəlxalq proqramlaşdırma müsabiqəsində 6 medal əldə ediblər
Ana dilimiz: ən gözəl arzu... - Əli Cabbarov yazır
Adnan Əhmədzadənin biznesini alan Yusif Məmmədov: "Gizlətmirəm, Əhmədzadə ilə bağlı hadisələr, şübhəsiz ki..."
Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
Bazar günü Azərbaycanda arabir yağış yağacaq - PROQNOZ
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb
Türkiyədə 4,5 maqnitudalı zəlzələ baş verib
Yevlax stadionu futbol azarkeşlərinin ortaq görüş nöqtəsi olacaq - "Karvan Yevlax”ın icraçı direktorundan maraqlı açıqlamalar
Ramazanın üçüncü günü: dua, imsak və iftar vaxtı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Muğlada 44 qanunsuz miqrant xilas edlib
“Konstitutsion hüquqlar və beynəlxalq hüquq çərçivəsində ictimai vəkillik” adlı layihə icra olundu
Tramp savaş anonsu verdi: "İrana lokal zərbə endirməyi düşünürəm"
Almaniya kansleri: "Yeni dünya nizamı sürətlə formalaşır" - "Bu yeni dünya sərt və bəli, təhlükəlidir"
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
"Prezident avtomobilinə yönəlik hücum aktları həyata keçiriblər" - SƏFİRLİK BƏYANAT YAYDI
PREZİDENTDƏN MÜHİM İSLAHAT FƏRMANI: bu qurumlar birləşir, yeniləri yaradılır - DETALLAR
Prezident onlara yeni vəzifə verdi - SƏRƏNCAM
Şəhid Nofəl Əsgərov dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Oqtay Qasımovun məqsədi məni dələduz göstərməkdir" - Həbs olunan partiya sədri hakim qarşısına çıxarıldı
Müğənni Fərəh Samirəqızı saxlanılıb
Elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı və satışı... - Yeni qanun
"Vilyarreal" Marko Asensionu heyətinə qatmaq istəyir
Milli Məclisin növbəti plenar iclasınin vaxtı açıqlandı
"Brayton" və "Bayern Münhen" Said El Malanı transfer etmək istəyir
Xocavənd şəhəri və kəndinə ilk köç karvanı yola salınıb
Sabah hava necə olacaq? - Proqnoz
Mülki və inzibati işlər tam elektronlaşdırılacaq
Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sı ratifikasiya olunub
Bu qanunu pozanlar 2500 manatadək cərimələnəcək - Dəyişiklik
Zahid Oruc Milli Məclisdə: "Emin Hüseynov insan haqlarının vəziyyətini soruşur, Mehriban xanım isə..."
Sumqayıtda şəhidlə vida mərasimi olub
Prezident İlham Əliyevin ABŞ-a səfəri başa çatıb
Şəhid Rafiq Hüseynovla vida mərasimi keçirilib