"Nar Mobile" təhlükəli operator obrazında - Danışıqlar dinlənilir!

img

06-06-2014 [20:01]


Müştərilərinin sayına görə "China Mobile İnc.” şirkətindən sonra dünyada ikinci yeri tutan "Vodafone Group Plc” (Böyük Britaniya) mobil rabitə operatoru bütün dünya boyunca mobil telefon danışıqlarının dinlənilməsinin miqyası barədəki informasiyanı açıqlayıb.


Virtualaz.org saytının "Financial Times” qəzetinə istinadən verdiyi xəbərə görə, "Vodafone” şirkətinin hesabatında deyilir ki, mobil telefonların dinlənilməsi bu mobil rabitə operatorunun çalışdığı 29 ölkədə geniş tətbiq olunan praktikadır.

Xəbərdə deyilir ki, həmin ölkələrin 6-da yerli hakimiyyət orqanlarının şəbəkə daxilində gizli saxlanan məlumatlara birbaşa çıxışı olur. "Vodafone” şirkətinin hesabatında söhbətin hansı ölkələrdən getdiyi açıqlanmır.

"Vodafone” şirkəti həmçinin bildirib ki, bir sıra ölkələrin dövlət hakimiyyəti orqanları şirkətdən bəzən abonentləri barədə məlumatlar verməyi xahiş edirlər. Bu da tutaq ki, istintaq aparılarkən, kiməsə yardım göstərmək və yaxud həmin abonentlərin telefonla danışdıqları şəxslərin yerini müəyyən etmək lazım gələrkən və s. hallarda baş verir.

Qeyd edək ki, telekommunikasiya sektoruna aid digər iri şirkətlər, məsələn, "AT&T”, "Verizon” və ya "Deutsche Telekom” da oxşar hesabatlar hazırlayıb yayırlar. Amma bu tipıi hesabatlar ABŞ xəfiyyəsi Edvard Snoudenin ifşaedici xarakterə malik açıqlamalarından sonra artıq heç kimə təəccüblü görünmür.

Onu da yada salaq ki, "Vodafone” şirkəti Azərbaycanda da işləyir. Bu Britaniya şirkəti Azərbaycanın mobil rabitə operatoru olan "Nar Mobile” şirkətinin tərəfdaşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:00 02.08.2025

Vətənə xidmət...