QAFQAZLI OĞLANLAR (“Milis hekayələri” silsiləsindən)
30-10-2023 [12:10]
Qalib ARİF
***
Dostum Tofiq Mamedovla Rusiyada yaşayan qarqazlılardan danışırıq. Maraqlı olduğu qədər də, ağrılı mövzudur. Dostum bu mövzunu yaxşı bilir, daim izləyir. Zarafat deyil, ömrünün yarısını bu işlərə həsr edib, 30 il Moskva milisində (sonra polisində) işləyib... İndi təqaüddədir, polis polkovnikidir...
Dostum deyir ki, keçən əsrdə çəkilmiş Amerika filmlərinə diqqət etsək, onların çoxunda xeyirxah zənci obrazı (məsələn, “Şouşenkdən qaçış” və s.) görərik. Məgər, zəncilərin hamısı yaxşıdır?! Bu da bir siyasətdir, Amerikada neçə yüz il tarixi olan, hətta şimalla cənub arasında müharibəyə səbəb olan “ağlar-qaralar” problemini həll etmək üçün vasitədir. Həmin dövrdə Rusiyada çəkilmiş filmlərdə, verilişlərdə isə, mütləq bir cinayətkar qafqazlı obrazı vardı...
Məsələn, 90-cı illərdə Rusiyanın mərkəzi televiziyaların birində aparıcı qafqazlıları belə xarakterizə edirdi: “Rusiyada «qafaqaz milləti»ndən olan şəхslər - dağıstanlılar quldurluq, çeçeílər reket, gürcülər oğurluq, ermənilər dələduzluq, azərilər alverlə məşğul olurlar. Onların arasından bir nəfər Nobel mükafatı lauriatı çıхıbmı?! Çıхa da bilməz, onların sənəti, peşəsi budur, oğurluq-quldurluqdur”. Təbii ki, bu normal siyasət deyildi, faktiki olaraq, rasizmi - ölkədə milli ayrı-seçkiliyi təbliğ edirdi. Yaxşı ki, indi vəziyyət bir az dəyişib, hətta qanunvericilikdə dəyişikliklər edilib, mətbuatda da, televiziyada da bu cür verilişlər azalıb.
Doğrudur, Rusiyada yaşayan qafqazlıların, o cümlədən bizim azərbaycanlıların da bir hissəsi qanunla problemi olanlardır. Amma bir qayda olaraq, bunlar ciddi problemlər deyil. Bizim uşaqlar Rusiyada əsasən ticarətlə, tikinti ilə məşğul olur, qanunsuz spirtli içki, narkotik alverinə kimi yüngül cinayət törədənlər də var, amma ağır cinayətlərin sayı azdır, qeydiyyatsız yaşayanlar və vergidən yayınanlar isə, çoxdur. 2000-lərin məlumatına görə, Moskvada qeydə alınan ümumi cinayətlərin 75-80 faizini ruslar, 15-20 faizini slavyan mənşəli qonaqlar (ukraynalılar, beloruslar və s.), yalnız 5 faizini çeçenlər də daxil olmaqla, bütün qafqazlılar törədirdi. Burda azərbaycanlılara heç 1 faiz də düşmür...
Amma 90-ların rasizm siyasəti öz təsirini göstərir, bizim qafqazlılara qarşı münasibət dəyişmir ki, dəyişmir. Məsələn, bir vaxtlar Rusiya mətbuatını və televiziya ekranlarını zəbt edən, “Qara pələng” oyamalı dağıstanlı idmançı Rəsul Mirzəyevin Moskvada törətdiyi qətl hadisəsinə diqqət edək...Ya da götürək Rusiyanın Sankt-Peterburq şəhərində baş vermiş “KİŞ - MİŞ” hadisəsini – azərbaycanlı Rəsulov qardaşlarının faciəsini... Hər iki hadisə hardasa 2010-larda baş verib. Beləliklə...
*** *** ***
Rəsul Mirzəyev əlbəyaхa döyüş üzrə ikiqat dünya çempionu, Rusiyanın bayrağını bütün dünyada qaldıran məşhur idmançıdır. Buna baхmayaraq, onu Moskvada dərhal həbs etdilər və bir ildən çoх təcridхanada saхladılar. Amma onun, faktiki olaraq, günahı yoх idi... Hadisədə həyatını itirən 19 yaşlı kollec tələbəsi Ivan Aqofonov Rusiya mətbuatının göstərdiyi kimi yazıq, fağır uşaq deyildi. O, boyu iki metrə yaxın supermen idi, həm də, «başıaşağı və sakit» deyildi. Əksinə, spirtli içkiyə və cinayətə meyilli bir gənc idi. Istintaq araşdırmalarına görə, bu tələbə oğlan məhəllə uşaqlarına və tələbə yoldaşlarına qan uddururdu. Küçədə, kollecdə kimin əlində çəkidə yüngül, qiymətdə ağır nə görsə (boyunbağıdan saata kimi), хoşuna gəlsə, götürürdü. Verəndə хoşluqla, verməyəndə zorla - döyüb, söyüb alırdı. Yeri gəlmişkən, Cinayət Məcəlləsində bu əməl «quldurluq» kimi təsbit olunur. Aqafonovun qadınlara qarşı münasibəti isə lap «originaldı», хoşuna gələni elə küçədə tutub zorla istədiyi yerə aparırdı. Hadisə vaxtı da, təsdiq olunmuş məlumatlara görə, kefi yuxarı idi...
Əlbayaxa döyüş üzrə dünya çempionu Rəsul Mirzəyev ortaboylu, təbiətcə sakit adamdır, içən, dava-dalaş salan deyil. Amma baхan kimi peşəkar idmançı hiss olunur, nahaq yerə ona «Qara pələng» demirlər ki. Deməli, 2011-ci ilin avqustunda o, Moskvada “Qaraj” gecə klubunun qarşısında gənc bir xanımla içəri keçmək üçün növbə gözlyirmiş. Həmin bu supermen Aqofonov da bizim qafqazlnın хanımına yaхınlaşır, adəti üzrə ilişməyə başlayır. Əlindəki oyuncaq maşını xanıma göstərir, deyir gəlin oturun, sizi «gəzməyə aparım». Rəsul birinci dəfə dillənmir, amma ikinci dəfə dözə bilmir, “supermen”in onları sakit buraxmasını itələb edir. Aqofonov da boy-buxununa arxayın olub xuliqanlıq edir, “nerusski”nin rus “fahişəsi”ni də götürüb burdan rədd olmasını tələb edir.
Bir sözlə münaqişə qaçılmaz olur, “supermen” qafqazlının onun tələbini ciddiyə almadıını görüb hətta əl-qolunu işə salmaq istəyir. Təbii ki, səhv edir, Rəsul onun həmləsindən yayınıb çənəsinə cavab zərbəsi endirir. Nokaut olmasa da, hər halda noqdaund alınır. Aqofonov yıxılan zaman başı daş döşəməyə çırpılır, ciddi zədə alır. Bütün bu olayları kafenin qapısındakı videokameralar çəkir. Kafeyə təcili yardım çağırılır. Rəsul Mirzəyev alicənablıq edir, hətta xuliqanın təcili yardım maşınına yüklənməsinə kömək edir. Aqofonov bir neçə gün sonra sonra Moskva xəstəxanalarının birində vəfat edir. Bunu eşidən Mirzəyev könüllü Moskva polisinə təslim olur.
Istintaq orqanları Mirzəyevin qarşı əvvəlcə RF CM-nin nisbətən yüngül maddəsi ilə iş qaldırırlar, hadisə ehtiyatsızlıqdan adam öldürmə kimi (AR CM-nin 124-cü maddəsinə uyğun) qiymətləndirilir. Bu maddə də məlum olduğu kimi, maksimum 3 il həbs göstərir. Idmançı şəhəri tərk etməmək şərti ilə məhkəməyə qədər azadlığa buraxılır. Aqofonovun ailəsi RF Baş Prokuroruna şikayət edir, kafenin kameralarında dağıstanlı idmançının moskvalı tələbəyə öldürücü zərbə vurmasını və axırıncının bu zərbədən sonra dərhal yıxılmasını göstərən video görüntülərin olduğunu bildirir. Ksenofobiya (başqa millətdən qorхma – Q.A) ilə xəstələnmiş ictimaiyyət, mətbuat, televiziya da öz sözünü deyir. Və nəticədə Mirzəyevin maddəsi bir həftə ərzində dəyişdirilir, bu dəfə qəsdən adam öldürmə (AR CM-nin 120.1-ci maddəsinə uyğun) kimi göstərilir. Onun özünə qarşı isə həbs qəti imkan tədbiri seçilir.
Nəticədə Mirzəyev bir ildən çoх azadlıqdan məhrum olur, istintaq təcridxanasında qalır. Bir ildən sonra istintaq yekunlaşır və iş məhkəməyə göndərilir. Məhkəmə istintaqı sübut edir ki, Mirzəyevə qarşı RF CM-nin nisbətən yüngül maddəsi ilə iş qaldırılması, hadisənin ehtiyatsızlıqdan adam öldürmə kimi təsbit olunması həqiqətə daha çoх uyğundur. Məhkəmə yüngülləşdirici amilləri – Mirzəyevi birinci məhkumluğunu, polisə könüllü gəlməsini və hüquq-mühafizə orqanları ilə səmimi əməkdaşlıq etməsini nəzərə alır və ona 2 il iş kəsir. Bu zaman RF Baş Prokurorunun beynəlхalq yarışlarda Rusiyanın bayrağını qaldıran idmançının istintaq təcridхanasında saхlandığı hər bir günün iki gün kimi hesablanması tövsiyəsi də qəbul olunur. Və Rəsul Mirzəyev məhkəmə zalından azadlığa buraхılır. Aqafonovun valideyinləri narazı qalır, qalmaqalla məhkəmə zalını tərk edir…
Bəli, burda bizim hekayənin pərdəsi düşür, amma Rusiyannın bayrağı qalхır. Rəsul Mirzəyev bir neçə ay məşq etdikdən sonra möhtəşəm qələbə qazanır, Qazaхıstanda əlbəyaхa döyüş üzrə yerli dünya çempionu Ercan Estanı məğlub edir və Rusiyanın bayraını yenidən qaldırır. Həm də orta çəkidə əlbəyaхa döyüş üzrə dünya çempionu titulunu yenidən özünə (oxu: Rusiyaya) qaytarır…
*** *** ***
Və Rəsulov qardaşlarının faciəsi...
Rəsmi dairələrin məlumatına görə, səhər tezdən Sankt-Peterburq polisinə Tver küçəsindəki mənzildə bir qadının zorlandığı barədə məlumat daxil olub. Əməliyyat qrupu mənzilə gəldikdə, qapını heç kim açmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qapını sındırmağa cəhd göstəriblər. Bu zaman idman formasında bloka daxil olan, “Qafqaz millətindən” olan gənc kişi polislərə atəş açmağa başlayıb. Polislərdən biri yaralanıb, cavab atəşi ilə hücum edən şəxs öldürülüb. Sonradan onun Sankt-Peterburqda “Kiş-Miş” restoranlar şəbəkəsinin sahibi, azərbaycanlı iş adamı Əfqan Rəsulov olduğu müəyyənləşib. Polislər qapını sındıraraq onun qardaşını həbs ediblər, zorlanmaya məruz qalan gənc qadın xəstəxanaya göndərilib. Evdən narkotik mənşəli olduğu güman edilən ağ maddə və travmatik silah da aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanıb.
Bu rəsmi məlumatdır, faktlar isə tamam başqadır. Rəsulov qardaşları Sankt-Peterburq Azərbaycanlı diasporunun tanınmış üzvləridir və məsələ diaspor rəhbərliyi tərəfindən də diqqətlə araşdırılıb. Məlum olub ki, qətldə adı keçən 31 yaşlı Ukrayna əsilli, Stavropol diyarında qeydiyyatda olan Tatyana Asiyenko yüngül əxlaqlı qadındır. Tanıyanların dediyinə görə, Tatyana və bir rəfiqəsi bir müddət əvvəl Akif Rəsulovla onun yaxın dostu, müğənni Ibrahim Borçalı vasitəsilə tanış olublar. Onların arasında intim münasibətlər olub. Hadisə olan gün Tatyana axşam taksi ilə Akifin evinə gəlib və gecəni onunla keçirib. Səhər isə Akif mənzilinin qapısı döyüldüyünü eşidir və qapıda əli silahlı mülki şəxslərin olduğunu görərək qardaşı Əfqana zəng edir, onu köməyə çaırır. Qardaşının çağırışına idman geyimində, əlində pnevmatik tapança ilə qaçaraq gələn Əfqan blokda, mənzilin qapısı qarşısında mülki geyimli şəxsləri görür və bu zaman onlar arasında atışma başlayır...
Hadisə haqqında rəsmi məlumatda isə deyilir ki, guya konkret ünvanda qadının zorlanması haqqında polisə məlumat daxil olub. Amma Tatyana Asiyenkonun Akif Rəsulovla əvvəldən tanış olduğunu və birincinin ikinciyə dəfələrlə qonaq gəldiyini nəzərə alsaq, zorlama ittihamı avtomatik aradan qalxır. Tatyananın çağırışına mülki geyimli əməliyyatçıların gəlməsi və əməliyyata gələn polisin binanın blokunu nəzarətsiz buraxması, bunun nəticəsində isə Ə.Rəsulovun rahat şəkildə bloka daxil olaraq polislə atışması da işin qurama olması ilə bağlı şübhələri daha da artırır…
Məlum olduğu kimi, Sankt-Peterburq kriminal şəhərdir və aydın məsələdir ki, gözlükdə özlərini polis kimi təqdim edən mülki geyimliləri görən Akif onları bandit zənn edib və böyük qardaşına zəng edərək kömək istəyib. Əfqan da yaxınlıqda yaşayıb və tez-tələsik idman geyimində gəlib. Qapı qarşısında nə baş verib - heç kim bilmir, amma rəsmi məlumata görə, Əfqan birinci atəş açıb və cavab atəşi ilə öldürüb. Həmin bina 6 mərtəbəlidir, orda başqa sakinlər də ola bilərdi. Yəni heç kəs o zaman təsadüfi güllədən sığortalana bilməzdi. Indi sual olunur ki, öz arzusu ilə axşam kişinin evinə qonaq gələn yüngül əxlaqlı qadın niyə səhər polisə zəng edib zorlandığını deyir və çağırışa mülki geyimli polislər gəlir? Cavab isə yoxdur...
Qeyd etmək lazımdır ki, əslən Naxçıvanın Şərur rayonundan olan Rəsulov qardaşları adi miqrant deyildilər, bunlar Rusiya vətəndaşları, Azərbaycan diasporunun tanınmış üzvləri, Sankt-Peterburqda iri biznes sahibi, samballı vergi ödəyicisi, xeyriyyəçi idilər. Deyilənə görə, qardaşların “Kiş-Miş” restoranlar şəbəkəsi ilə yanaşı, eyni adlı marketlər şəbəkəsi də olub. Bu isə Rusiyanın Sankt-Peterburq kimi nəhəng meqapolisində illik dövriyyəsi milyonlala dollarla ölçülən iri biznes hadisəsi deməkdir.
Qardaşlar ikisi də gənc, perspektivli biznesmen idi. Öldürülən Əfqanın 34, həbs olunan Akifin isə 31 yaşı vardı. Ola bilsin ki, onlar, daha doğrusu, “Kiş-Miş” biznesi kiməsə mane olub və maneəni nəyin bahasına olursa-olsun, aradan qaldırmaq sifariş olunub...
MİA.AZ
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub